Bakıda Azərbaycan-Litva
biznes forumu keçirilib
Litva Respublikası
Seyminin sədri İrena Dyaqutenenin Azərbaycana səfəri
çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın
və İnvestisiyaların
Təşviqi Fondunun
(AZPROMO) təşkilatçılığı
ilə Azərbaycan-Litva
biznes forumu keçirilib. Tədbirdə
İ.Dyaqutene, Milli Məclisin sədri Oqtay Əsədov, iki ölkənin kənd təsərrüfatı,
qida sənayesi, energetika, telekommunikasiya, tikinti, təhsil sahələrini təmsil edən 100-dən çox
iş adamı iştirak edib.
Tədbiri giriş
sözü ilə açan O.Əsədov iki ölkə arasında bütün sahələrdə olduğu
kimi, iqtisadi sahədə də əməkdaşlığın inkişaf etdiyini bildirib. Ölkələrimiz
arasında ticarət dövriyyəsinin getdikcə
artdığını deyən
Milli Məclis sədri söyləyib ki, hazırkı rəqəm iki ölkənin mövcud potensialını əks etdirmir. Forum çərçivəsində
aparılan müzakirələrin
gələcək iqtisadi
əməkdaşlıq üçün
yaxşı imkan yaradacağına əminliyini
ifadə edən O.Əsədov dünya maliyyə böhranına baxmayaraq Azərbaycanın
iqtisadi inkişaf tempini saxladığını
və maliyyə böhranının təsirlərindən
yan keçdiyini deyib.
Litva Seyminin sədri forumu təşkil etdiyinə görə, Azərbaycan rəhbərliyinə təşəkkürünü
bildirib. O, Litva ilə Azərbaycan arasında əməkdaşlığın
sıfırdan başlamadığını
bildirərək diqqətə
çatdırıb ki,
2008-ci ildən Azərbaycan
Litva üçün
mühüm ticarət
tərəfdaşına çevrilib.
Son iki il ərzində Azərbaycan
və Litva arasında ticarət dövriyyəsinin 3 dəfə
artdığını vurğulayan
İ.Dyaqutene də bildirib ki, hazırkı
göstəricilər ölkələrin
mövcud potensialını
əks etdirmir və forum yeni potensialların axtarılması
üçün gözəl
fürsətdir. Litva Seyminin sədri ölkə iqtisadiyyatının
müxtəlif sahələri,
eyni zamanda, təhsil sahəsi ilə bağlı forum iştirakçılarını məlumatlandırıb və
bildirib ki, Litva qazandığı təcrübələri Azərbaycanla
bölüşməyə hazırdır.
Biznes Forumda Azərbaycanda İxracın
və İnvestisyaların
Təşviqi Fondunun
(AZPROMO) prezidenti Adil Məmmədov Azərbaycanın
investisiya və ixrac imkanları, Azərbaycan İnvestisiya Şirkətinin icraçı
direktorunun müavini Rövşən Nəcəf
şirkətin iştirakı
ilə həyata keçirilən layihələr,
Litva Xarici İşlər Nazirliyinin
nümayəndəsi Regimantas
Yablonskas isə ölkəsinin biznes imkanları barədə məlumat verib. Tədbirdə Azərbaycan
və Litva barədə qısa filmlər nümayiş olunub.
Biznes Forumda Litva Sahibkarlar Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyası, Vilnus Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasının
Kibernetika İnstitutu,
həmçinin Litvanın
“İnta” şirkəti
ilə Azərbaycanın
“Kiber Ltd” şirkəti
arasında əməkdaşlıq
haqqında Anlaşma Memorandumları imzalanıb.
Forum
iş adamları arasında ikitərəfli
görüşlərlə davam etdirilib.
Oral ƏLİYEV
Mərkəz.- 2011.- 10 fevral.- S.7.