Ceyms
Barri
Ceyms
Barri İsveç romançısı və dramaturqudur. O,
Londonda jurnalistlik fəaliyyəti ilə məşğul olub.
Yaradıcılığa "Ölmək daha
yaxşıdır" (1887) əsəri ilə
başlayıb, "Balaca rahib" (1891), "Marqaret
Oqilvi" (1894), "Balaca ağ quş" (1902), "Piter Pen
Kensinqton həyətlərində" (1903), "Piter Pen"
(1904) kimi pyeslərini yazıb.
C.M.Barri
1929-cu ildə tamaşa və kitablarının bütün
hüquqlarını uşaq xəstəxanasına
bağışlayıb. Bununla o, yüzlərlə xəstə
uşağın sağalmasına yardım göstərmiş
olub.
Sizin
də ucsuz-bucaqsız xəyallarınız var?
Sizdə
xəyallarınızın reallaşdığı məkan
haqqında fikirləşirsiniz?
Belə
məkan ola bilərmi?
Bəlkə
də, var, sadəcə, onun varlığına inanmaq
lazımdır?
Piter
Pen məhz buna inanan uşaqdır. Ceyms Barrinin "Piter
Pen" əsəri quşlar və pərilərin yanında
qalmaq üçün böyümək istəməyən
bir uşaqdan bəhs edir. Yazıldığı vaxtdan bəri
bu əsər bütün dövrlərdə
uşaqlarının sevimli əsəri olaraq bizi xəyallarımızın
ölkəsinə aparmağa davam etməkdədir.
Bu
əsəri sizlərin bütünlüklə oxumaq istəyi
ilə romanın mövzusundan bəhs edəcəyik.
Xəyallar ardında bir oğlan
Yeddigünlük
Piter Penin valideynləri tezliklə onun böyüməsini arzu
edirdilər. Onun üçün keçirəcəkləri
ad gününün vaxtını isə iplə
nişanlayırdılar. Piter Pen isə bizim
tanıdığımız uşaqlara oxşamır. Onda
uşaqlara xas olmayan, böyük bir insanın məlumatı,
təcrübəsi və yetkinliyi var. Uşağın ən
böyük arzusu isə yuxusunda gördüyü "Yuxu
bağları"na gedə bilmək idi. Bu arzusu ona elə bir
güc verir ki, qanadı olmamasına baxmayaraq, açıq pəncərədən
göy üzünə doğru uçur. Gözünü
açıb yumunca isə özünü "Yuxu
bağçaları"nın çəmənlərinin
üzərində görür. Piter bir tərəfdən
uşaqlar kimi əylənməyi sevir, safdır, nadincdir, digər
tərəfdən isə böyüklər kimi verdiyi qərarlara
məsuliyyətli yanaşır, qürurludur,
intiqamçı və savaşqandır. Bütün bunlarla
yanaşı, həm də uçmağı bacarır.
Artıq Piteri görmək istəyənlər məktublarını
"Yuxu baxçaları-Piter Pen adası" ünvanına
göndərməli idilər. Oğlanı burada görən
pərilər və quşlar "aramızda bir insan oğlu
var, diqqət" deyərək ondan uzaqlaşırdılar.
Yalnız Salomon adlı qarğa ondan qaçmır və onlar
dostlaşırlar. Digər quşlar Salomonun əmriylə,
Piter Penə yemək gətirirlər, o da onlara yuva düzəltmələri
üçün paltarından parçalar qoparıb verirdi.
Artıq quşlarla dost idi. Quşlar da ona qayıq şəklində
bir yuva düzəldirlər. Piter Pen qayığı ilə pərilərin
yaşadığı yerə gedir. Əvvəlcə ona
qarşı hiddətlə yaxınlaşan pərilər sonra
körpəyə bənzədiyi üçün onu sevməyə
başlayırlar. Tez-tez onunla rəqs edib əylənirlər.
Bir axşam Piter qavalını o qədər gözəl
çalır ki, Pərilər kraliçası onun iki arzusunu
yerinə yetirməyə söz verir. Piterin ilk arzusu
anasını görmək olur. Oğlan pərilərin
köməyi ilə evlərinə uçur və
yatmış anasının yuxuda belə onu
xatırladığının şahidi olur. Geri, adasına
qayıdan Piter tezliklə yenə anasını
xatırlayır və təkrar ikinci yerinə yetən arzu ilə
evlərinə uçur. Bu dəfə evlərinin pəncərəsi
bağlı olduğundan içəri daxil ola bilmir.
Özünü şüşəyə vuran Piter
ağlamağa başlayır. Anasının evdə
olduğunu, qucağında isə bir körpə tutduğunu
görən Piter həmişəlik adasına qayıtmağa
qərar verir. Arada bir insanların yaşadığı evlərə
uçan Piter özü kimi böyümək istəməyən
uşaqları adasına gətirirdi.
Uça biləcəyinə inanan Vendi
Filipplər
ailəsində Jan, Mişel və Vendi adında üç
uşaq vardı. Onların otaqları şəkilli kitablar və
müxtəlif oyuncaqlarla dolu idi. Vendi anasına Piter Penın
onun otağında qaval çaldığını bildirir.
Anası qızının yanıldığını
söyləyir. Ancaq uşaqların otağında
tapdığı yarpaqlar nəyin nişanəsi idi? Vendi o
yarpaqların Peterin üstündən düşdüyünü
iddia edirdi. O gecə ana uşaqların otağında
mürgüləməyə başladı. Bu zaman
açılan pəncərədən üzərində rəngli
yarpaqlar olan gözəl bir uşaq göründü. Evin iti
Nana içəri girib, Piterə hücum etdi. Ancaq Piter
çoxdan qaçmışdı. Daha sonra geri qayıdan Piter
yarpaqları axtarmağa başlayır. Vendi bu vaxt oyanır və
Piterlə tanış olur. Yarpaqları
töküldüyü üçün ağlayan Piterin
yarpaqlarını iynə və iplik gətirərək
üstünə tikir. Piter buna çox sevinərək
başına gələn bütün macəralarını
ona danışır. Vendi bu macəraları dinləmək
deyil, yaşamaq istəyirdi. Piterin köməyilə
qardaşlarını da oyandırır və hamısı
birlikdə uçaraq evdən çıxırlar.
Ev
itinin hürməsindən şübhələnən ata-ana
uşaqların otağına qaçırlar. Bu vaxt isə
onlar açıq pəncərədən göy üzündə
uçan 4 kölgəni görürlər.
Xəyallar ölkəsinin sakinləri
"Xəyallar
ölkəsi"ndə pərilər, dəniz pəriləri,
vəhşi heyvanlar, qırmızıdərililər, quldur və
itmiş uşaqlar yaşayırdı. Bunların içərisində
ən təhlükəliləri kapitanın adı
"Çəngəl" olan quldur dəstəsi idi. Çəngəl
uşaqların evini ələ keçirmək
üçün müxtəlif planlar hazırlayırdı.
Piter
və uşaqlar "Xəyallar ölkəsi"ndə
yaşarkən bir gün itkin uşaqlardan biri, ox ataraq Vendini
yaralayır. Əvvəlcə onun öldüyünü zənn
edən uşaqlar çox kədərlənirlər. Sonra isə
sadəcə yaralandığını bilib onu həyata
qaytarmağa çalışırlar. Xəstə qıza bir
ev də tikirlər. Vendi yaxşılaşıb ayağa
qalxanda evi nəzərdən keçirib çox bəyənir.
Həmin gündən sonra uşaqların istəyinə
uyğun olaraq onların anası vəzifəsini yerinə
yetirir.
Vendi ana
Axşam
olan kimi hamı Vendinin danışdığı
nağılları dinləyərək ağac
altındakı evlərində yuxuya gedirdi. Piter də gecələr
qılıncını çəkib, Vendinin evinin
qarşısında keşik çəkir.
Bir
otağı olan ev çox geniş idi. Belə bir evlə məşğul
olmaq Vendini xeyli yorsa da, o, həyatından məmnun idi. Bəzən
ana və atasından ötrü darıxsa da, ürəyi nə
vaxt istəsə, geri dönə biləcəyinə əmin
olduğu üçün özünə təskinlik verirdi.
Piter isə tez-tez qırmızıdərililərlə və
quldurlarla döyüşməyə məcbur olurdu. Buna
görə də dəfələrlə evə yaralı
qayıdırdı.
Döyüş
Bir
yaz günü uşaqlar "Zəncilər
Qayası"nın üzərində oynayarkən
Qırmızıdərililərin şahzadəsinin Çəngəlin
dəstəsi tərəfindən tutulduğunu görürlər.
Piter və uşaqlar şahzadəni xilas etmək
üçün quldurlarla döyüşə girirlər.
Vendi
huşunu itirdiyi üçün, bütün bu olanları
görə bilməmişdi. Özünə gələrkən
isə, qayanın ətrafındakı su yüksəlməyə
başlamışdı. Piter dərhal onun köməyinə
qaçır və çox çətinliklə qızı
xilas edir. O gündən sonra qırmızıdərililərlə
uşaqların dostluğu başlayır.
Xain Çəngəl
Bir
axşam Vendi uşaqlara nağıl danışanda misal olaraq
öz ailələrindən bəhs edir. Bu vaxt Piter başa
düşür ki, Vendi və qardaşları ata-anaları
üçün darıxıblar. Buna görə
qırmızıdərililərə əmr edir ki, onları
evlərinə aparsınlar. Digər uşaqlar Vendidən
ayrılmaq istəmirdilər. Vendi onların da gələ biləcəyini
söyləyir. Piterin gəlməsini isə hamısından
çox istəyirdi. Ancaq Piter uşaqların istəsələr,
gedə biləcəklərini, özünün isə burada
qalmaq istədiyini bildirir. Uşaqlar səfərə
hazırlaşanda quldurlar qəfildən onlara hücum edir.
Qırmızıdərililəri tutan quldurlar sonra hiylə ilə
uşaqları ələ keçirir. Xəbərsiz Piter
aşağıda qalmışdı. Quldur Çəngəl,
aşağı enir və onun yatdığını
görür. Piterin dərmanına zəhər qatan Çəngəl
onun öləcəyindən arxayın olub əsirlərin
yanına qayıdır. Səhərisi gün Piter dərmanı
içmək istəyəndə Zəng adlı pəri
olanları ona danışır. Piter pəriyə
inanmayıb, dərmanı içmək istəyəndə Zəng
dərmanı özü içir və ölür. Piter dərhal
"pərilərə inanan dünya uşaqları səslənin"
deyə qışqırır. Dörd bir tərəfdən səslər
eşidilməyə başlayınca, Zəng yenidən dirilib,
ayağa qalxır. Sonra, Piter uşaqları qurtarmaq
üçün yola düşür.
Piterin igidliyi
Qar
bütün izləri örtmüşdü. Buna görə
oğlan timsahı tapdı və onu izləməyə
başladı. Çünki bilirdi ki, timsah da Çəngəlin
düşmənidir, onun yerini bilir.
Quldurların
qərargahı Şenkayada bir növbətçi belə yox
idi. Onlara hücum edəcək kimsə qalmadığı
üçün çox rahat və qorxusuz idilər. Çəngəl
əsir uşaqları qarşısına düzdürərək
onları ələ salırdı. Quldur Vendini də
çağırtdı və bir ana olaraq uşaqlara son
sözünü söyləməsini əmr etdi. Vendi söylədi:
"Sevimli övladlarım, sizə son sözlərim
gerçək analarınızın sözləri kimi olacaq. Əgər
onlar burada olsaydılar, uşaqlarımız mərdliklə
ölməyi bacarsınlar deyərdilər”.
Bu
sözlər uşaqları alçatmaqla öldürmək
istəyən Çəngəli əsəbləşdirir və
o əmr edir ki, Vendini gəminin dirəyinə
bağlasınlar. Bu vaxt timsahın səsini eşidən
Çəngəl dərhal gizlənir.
Piter
uşaqları və Vendini azad edir. Sonra isə uşaqlarla
quldurlar arasında şiddətli bir döyüş baş
verir. Kapitan Çəngəl Piterlə döyüşdə
uduzduğundan özünü dənizə atır ki, xilas
olsun. Dənizdə isə timsah onu udur. Uşaqlar qələbələrini
bayram edirlər.
Evə dönüş...Pitersiz!
Bu
vaxt isə Vendigilin valideynləri uşaqlarından ayrı
olduğu üçün çox kədərlənirdilər.
Lakin bir gün gələcəklərindən əmin
olduqları üçün həmişə pəncərəni
açıq saxlayırdılar. Piter də bunu bildiyi
üçün Vendi və qardaşlarına hazır
olmalarını tapşırır. Sonra da "Zəng,
uçuruq", - deyə qışqırır və
hamısı uçurlar. Evə çatanda anaları piano
çalırdı. Vendi anası həyəcanlanmasın deyə
əvvəlcə qardaşlarını yataqlarına
yatırdır. Bir az sonra ana uşaqların otağına
daxil olanda onları yatmış görür. Ata və ana
uşaqları ilə qucaqlaşır. Piter isə pəncərədən
bu mənzərəni seyr edir. Ata və ana öz ovladlarına
bildirirlər ki, onlar digər uşaqları, hətta Piter Peni
də övladlığa götürməyə
hazırdırlar.
Razılaşmayan
Piter onları öz evlərində qoyub adasına
qayıdır. Amma Vendi ilə razılaşırlar ki, hər
il görüşsünlər. İki il sonra Piter həmin evə
gəlsə də, sonrakı illərdə bu baş vermir.
On beş il sonra
Aradan
on beş il keçir, uşaqlar artıq böyüyüb,
Vendi ərə gedib, üstəlik bir qızı da var. Qızı
Piter Penın hekayələrini çox sevirdi,
hamısını da əzbərdən bilirdi. Bir axşam
Piter onlara gəlir və Vendini bahar təmizliyi
üçün aparmaq istədiyini bildirir. Lakin istəyi
baş tutmur. Çünki həm Vendi uça bilmir, həm də
uşağını təkbaşına qoymaq istəmirdi. Piter
bundan kədərlənib ağlayır. Vendi isə onu
ovutmağa çalışır. Bu vaxt qızı
oyanır. Vendi bir həftəliyinə qızına icazə
verir ki, Piterlə getsin...
Sonda...
Hə, dostlar, yəqin ki, bu əsəri
oxuyacaqsınız. Danışmadığım
nə qədər macəralar var, bu romanda. Fikirləşəcəksiniz
ki, Piter kimi olmaq nə qədər gözəldir.
Haqlısınız, çünki böyümək o qədər
də gözəl deyil. Siz bunu yaşınızın
üstünə yaş gəldikcə daha yaxşı
başa düşəcəksiniz.
Sabutay Nağı
Mərkəz.-2011.- 11 fevral.-S.10.