Şərəfli sevgi tariximiz

 

30 iyun

 

Müqəddəs Valentin günü - “Sevgililər günüAvropada XIII əsrdən, Amerikada 1777-ci ildən, MDB ölkələrində isə XX əsrin 90-cı illərinin əvvəllərindən qeyd olunur. Dünya dövlətlərində bu günün kütləvi qeyd edildiyi sevgililərin bir-biri üçün hədiyyələr aldığı danılmaz faktlardır. Valentin gününün atributları da var, bunlar ürək şəkilləri və göyərçin fiqurudur. Bəs, bu gün müsəlman ölkələrində, türk dünyasında, Azərbaycanda qeyd edilməlidirmi?

Bu suala cavab tapmaq üçün qısa sorğu keçirdik.

«Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı: “Bu millətin ölməyən dəyərləri var İlhamla Fərizə bu dünyada bizə dəyər yaradanlardandır... İlham 30 iyunu bizə vermək üçün sinəsini güllə qabağına verdi... Yəni 30 iyunu tankın üstünə gedib qazanmışıq...” “Mərkəz” qəzetinin baş redaktor müavini Nicat Sadıqlı: “Mən sevgiyə gün ayırmağın tərəfdarı deyiləm. Sevgi elə sevgidi. O ki qaldı, sevgililər gününün hansı gündə qeyd olunmasına, əgər cəmiyyətimiz, xüsusilə də gənclik belə bir gün olmasını istəyirsə, 30 iyunun seçilməsinin tərəfdarıyam. Məncə, bu gün bizə daha doğmadır. Fərizə məhz sevgisi uğrunda canından keçib”.

Şair Cəlil CAVANŞİR: “Məncə, 14 fevralın “Sevgililər günükimi qeyd edilməsi, bu gün küçələrdə bayram ovqatında dolaşmaq çox yanlışdır. Valentin gününün mahiyyətini anlamayan xeyli gəncimiz var ki, hələ bu gün hədiyyə almayan sevgilisindən inciyib-küsür. Gəncliyimiz anlamalıdır ki, bu günün normal sevgililərə heç bir aidiyyəti yoxdur. Sevən adam üçün hər günsevgililər günüdür.

Ən önəmli məqam isə budur ki, bizim öz sevgililər günümüz var. 30 iyun bizim milli Sevgililər günümüzdür. Bu günün mahiyyəti və məramı çox önəmlidir. 30 iyunun Sevgililər günü elan edilməsi fikrinin müəllifi, dəyərli jurnalist, dostum Əvəz Zeynallıya bir daha təşəkkür edirəm ki, insanların zehniyyətini aydınlatmağa çalışır. Məncə, sevgililərə mütləq gün lazımdırsa, bunu 30 iyunda qeyd etsinlər. Çünki gəncliyimiz “30 iyun - Sevgililər gününün önəmini anlamalıbu günü bayram etməlidirlər. Bu gün iki azadlıq şəhidi, 20 Yanvar qurbanı İlham və Fərizənin adıyla bağlıdır. 14 fevral-Valentin günü isə çox önəmsiz, məzmunsuz bir gündür. Bu günü xatırlamağa, qeyd etməyə dəyməz...”

Yazıçı Şərif Ağayar: “Heç birini qəbul etmirəm. Məncə, belə günlər bayağı və qeyri-ciddidir. Sevginin hansısa rəsmi bir günə, bir zamana aid etmək lazım deyil. Ancaq belə bir qadağa da gərək deyil. Kimə necə rahatdırsa, elə olsun. Mənə qalsa, mən qəbul edə bilmirəm“.

Şair Murad Köhnəqala: “Məncə, hər gün sevmək daha yaxşıdır - 365 gün”.

Yeddi Dövlət - Bir Millət Konseyinin başqanı Azər Həsrət: “30 iyun Azərbaycanda və ondan kənarda yaşayan türklərin Sevgililər Günüdür. Qutlu olsun, deyirəm. 30 iyun sevgi, qəhrəmanlıq, fədakarlıq, milli mücadilə tarixinə öz damğasını vuran iki Azərbaycan gəncinin - İlhamla Fərizənin toy gününə təsadüf edir. Onlar 1989-cu ilin 30 iyununda el adətincə düzənlənən toyla ailə qurmuşdular. Bu evliliyin fani dünyadakı ömrü cəmi 6 ay 20 gün çəksə də, onların sevgi nümunəsi əbədiyaşar oldu. İlham əsl Azərbaycan gənci, vətənpərvər türk oğlu kimi 20 yanvar 1990-cı ildə ruslara Bakının işğalı zamanı yalın əllə dirəniş göstərərək şəhid oldu. Bu ayrılığa dözə bilməyən Fərizə bir dəfə canına qıymağa cəhd etdi. Mane oldular. Aranı xəlvətə salıb növbəti cəhdini elədi və… bu dəfə mane olacaq kimsə yox idi. Fərizə bu yolla bir daha ayrılmamaq üçün yenidən öz İlhamına qovuşdu… və özündən sonra əbədi qalacaq bir sevgi dastanı qoyub getdi…”

Sabah” qəzetinin köşə yazarı Ayşe Özyılmazel: “Məncə, Sevgililər Günü olması gözəl bir şeydir. Amma sevgililər üçün bir gün yetərli deyil. 2 il öncə keçmiş sevgilim mənə Sevgililər Günündə bu mesajı yazmışdı: «Bölüşdükcə çoxalan tək şeyin sevgimiz olduğunu heç unutmayaq və sevgimizi daima çoxaldaq, sevgilim. Daha neçə Sevgililər Gününə”. İndiyə qədər bu mesajı saxlayıram.

 

 

Tural FAİQOĞLU

 

Mərkəz.- 2011.-15 fevral.-S.10.