Nigar Almanqızı "Özkaya Group"un prezidenti ilə görüşdü

 

Dünən "Mərkəz" qəzetinin baş redaktoru Nigar Almanqızı "Özkaya Group"un prezidenti Osman Gezekerlə görüşüb. Görüşdə "Mərkəz"in yazarı Cəlil Cavanşir "Özkaya Group"un mətbuat xidmətinin rəhbəri iştirak edib.

N.Almanqızı ünlü adamı O.Gezekerə qəzetin fəaliyyəti barədə ətraflı məlumat verib. Azərbaycanda fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq etməkdə maraqlı olduqlarını şirkət prezidentinin diqqətinə çatdıran N.Almanqızı bu baxımdan xüsusilə qardaş ölkədən gələn adamlarına önəm verdiklərini deyib. Eyni zamanda, türk diplomatı Turqut Ərin Azərbaycanla bağlı qələmə aldığı iftira dolu kitabla əlaqəli narahatlığını da O.Gezekerə bildirib.

Keçmiş diplomat O.Gezeker bu gün Azərbaycanda adamı kimi fəaliyyət göstərməkdən məmnun olduğunu dilə gətirib. O, ümummilli lider Heydər Əliyevlə şəxsi dostluqlarının tarixi haqqında qonaqlara ətraflı məlumat verib. O. Gezeker Naxçıvan Muxtar Respublikasının ağır durumda olduğu dönəmlərdə Naxçıvana göstərilən yardım haqqında, ümummilli liderlə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı üçün çalışmaqlarından danışıb. Bildirib ki, həmin dövrlərdə o, Kars Polis İdarəsinin rəisi (emniyet müdürü) vəzifəsində olduğu üçün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olan ümummilli liderimizlə dəfələrlə görüşüb, onunla birlikdə bəzi əhəmiyyətli tarixi hadisələrin şahidi olub.

Daha sonra O. Gezeker qonaqlara ümummilli lider Heydər Əliyev prezident İlham Əliyevlə birgə çəkdirdiyi tarixi fotoları göstərib. Məlumat üçün bildirək ki, yaxın vaxtlarda "Mərkəz"də O. Gezekerlə müsahibə dərc olunacaq.

 

 

Ayhan

 

Mərkəz.-2011.-17 fevral.- S.3.