“Xocalı
qətliamı” xarici mətbuatın gözü ilə
1992-ci
il 26 fevralda Xocalıda Azərbaycan
türkləri XX əsrin ən dəhşətli günlərini
yaşadı. Ermənilər ağ
yorğana bürünmüş Xocalını
qırmızı rəngə boyadılar. Yaşlı
və qadın-uşaq demədən hər kəsi
öldürdülər. O gün dünyanın
gözü də Xocalıdakı erməni vəhşətini
izləyirdi. Dünyanın dörd bir
yanından gələn jurnalistlər Xocalıda gördüklərini
ifadə etməyə belə çətinlik çəkirdilər.
Xarici mətbuat yazırdı
“Sunday
Times” qəzetinin müxbiri Tomas Qolts 1992-ci il
1 mart tarixində “Erməni əsgərləri yüzlərlə
qaçqın ailəni qırır” başlıqlı
yazısında məlumat verir: “Sağ qalanların sözlərinə
görə, erməni əsgərləri 450-dən çox azərbaycanlıya
atəş açmış və süngüdən
keçirmişlər. Onların çoxu
uşaq və qadınlar idi. Yüzlərlə,
bəlkə də minlərlə insan itkin
düşmüş və ölmüşdür. İşğalçılar qadın və
uşaqları müdafiə edən əsgər və
könüllüləri də öldürmüşlər.
Sonra onlar qorxudan əsən qaçqınlara atəş
açmağa başlayıblar. Ağdama
gələn oğlanlardan biri qulağını itirmişdi.
Sağ
qalanların dediyinə görə, daha 2000 adam,
hansılar ki, ayrı qaçmışdı, hələ də
tapılmayıb. Bəlkə də, onların
çoxu soyuqdan, yaxud da aldıqları yaralardan ölüblər.
Dünən gecə Ağdam meyitxanasına 479 meyit gətirildi
və qəbiristanlıqda 29 nəfər dəfn olundu. Mənim gördüyüm və hələ
dəfn olunmamış 7 cənazənin 2-si uşaq, 3-ü isə
qadın idi. Onlardan birinin sinəsi
aldığı güllə yarasından tamamilə
dağılmışdı.
Ağdam xəstəxanası qan və terror səhnəsinə
çevrilmişdi. Həkimlər
bildirdi ki, soyqırımından qaçan 140 xəstə dərin
güllə yaralarından əziyyət çəkir”.
1992-ci
il 2 martda “Times” qəzetinin müxbiri Anatol Liven “Qarabağda cənazə
təpələri” adlı məqaləsində bildirir ki, erməni
qoşunları tərəfindən həyata keçirilən
kütləvi insan qırğını barədə məlumat
toplayan zaman atəşə tutulub: “Keçən həftə
ermənilər tərəfindən işğal olunan
Xocalı şəhərindən qaçan azərbaycanlıların
kütləvi qırğını zamanı ən azı 1000
nəfər öldürülüb. Daha 4000-nəfər
yaralanmış, donub ölmüş, yaxud itkin
düşmüşdür. Biz
Dağlıq Qarabağın qarla örtülmüş
dağlarından aşağı düşərkən səpələnmiş
meyitləri gördük. Görünür,
qaçqınlar qaçarkən onlara atəş
açmışdılar”.
“New
York Times” qəzetinin müxbiri Röyters isə 3 mart 1992-ci
ildə dərc edilmiş məqaləsində qeyd edir:
“Dağlıq Qarabağın azərbaycanlı rəhbərinin
köməkçisi Əsəd Fərəşov dedi: “Qadınların
və uşaqların başlarının dərisi
soyulmuşdu. Biz meyitləri yığmağa
başlayanda onlar bizi gülləborana tutdular”.
Daha
sonra «Röyters» bildirir ki, onun fotoqrafı Frederik Lenqan
Ağdam yaxınlığında azərbaycanlıların
meyitlərinin iki yük maşınına doldurulmasının
şahidi olub: “Birinci dəfə 35 meyit saydım və məncə,
ikinci maşında da bir o qədər meyit var idi. Onların bəzilərinin başı kəsilmiş,
çoxları yandırılmışdı. Onların hamısı kişi idi və bir neçəsi
hərbi rəngdə forma geymişdi”.
“
“Newsweek”,
London 16 Mart 1992, “Soyqırımının üzü” məqaləsində
bildirlir: “Ötən həftə Azərbaycan yenidən qəbiristanlığa
dönmüşdü: matəm içində olan
qaçqınlar və onlarla insan meyidi məscidin arxasında
müvəqqəti meyitxana yaratmışdı. Onlar
fevralın 25-i və 26-sı ermənilər tərəfindən
darma-dağın edilmiş Xocalıdan olan sadə azəri kişi, qadın və uşaqları idi. Onların çoxu qaçan zaman yaxın məsafədən
vurulmuşdu, bəzilərinin üzləri
dağıdılmış, başlarının dərisi
soyulmuşdu”.
Radiolar eşitdirirdi
BBC
Morninq News, saat 07.37, Çərşənbə Axşamı,
3 Mart 1992: Canlı yayımda olan BBC müxbiri xəbər
vermişdi ki, o, 100-dən çox azərbaycanlı kişi, qadın, uşaq, hətta körpənin
çox qısa məsafədən başlarından güllə
ilə vurulduğunu görüb.
BBC
Morninq News, saat 08. 12, çərşənbə
axşamı, 3 mart 1992: Hadisə yerində
çəkilmiş şəkil dağlardan çoxlu sayda
insan meyitlərinin yığılmasını təsdiq edir. Müxbir
xəbər verir ki, operator və Qərbdən olan jurnalistlər
ermənilərin qırdığı yüzdən çox kişi, qadın və uşaq meyitlərini
görüblər. Onlar 1 metrdən də az
məsafədən başlarından vurulmuşdu. Şəkildə, həmçinin təxminən 10
nəfərin, bunlar əsasən qadınlar və uşaqlar
idi, başından güllə ilə
öldürüldüyü göstərilir.
S. MEHRALIYEV
Mərkəz.- 2011.- 26 fevral.- S.8.