«Xocalı
soyqırımının tanınmaması Azərbaycana
qarşı ikili siyasətin
nəticəsidir»
Xocalı faciəsindən 19 il ötdü. Ancaq hələ də dünya
ictimaiyyəti bu faciəyə
hüquqi-siyasi qiymət
verməyib. Bəs Azərbaycana qarşı sərgilənən
bu ikili yanaşma nədən qaynaqlanır?
Yeni Azərbaycan
Partiyasının sədr müavini,
icra katibi Əli Əhmədov:
«Biz təəssüf
hissi ilə bildiririk ki, beynəlxalq təşkilatlarda ikili standartlardan istifadə olunur. Bu gün Xocalı faciəsinə
beynəlxalq qiymətin verilməməyinin arxasında da ikili standartlar
durur”.
Politoloq Qabil
Hüseynli: “Ermənilər
qondarma soyqırımını
tanıtmaq üçün əvvəlcə miflər
yaratmağa başladılar, sonra isə bu mifləri kitablara
köçürdülər. Məsələn, Ermənistanda
“Erməni genosidi” deyilən
qondarma soyqırımı haqqında təxminən
453 kitab çıxıb. Bu
kitablar çap olunduqdan sonra bunu dünya miqyasında yaymağa başladılar. Bunlar
dünyanın təxminən 89 dilinə tərcümə edilib. Eyni zamanda,
tərcümə edilən kitablar bütün dünyaya
yayılıb. Dünya ictimai
rəyi bu kitabların təsiri
altındadır. Daha sonra
radiolar, televiziyalar, erməni lobbisinin yeni texnalogiyalara nüfuzu və bu yollarla da təbliğat-təşviqatı
geniş qurublar. Biz də bu yola getməliyik. Xocalı
soyqırımının bütün anatomiyası araşdırılmalı, bu istiqamətdə müəyyən kitablar
yazılıb, yeni kitablar
da yazılmalı, zənnimcə
Sumqayıt hadisələri də bu kontekstə daxil edilməlidir.
Çünki Sumqayıt
hadisələri də ermənilərin və
Kremlin azərbaycanlılara
qarşı törətdiyi təxribatlardan
biri idi və Dağlıq Qarabağ
müharibəsinin başlaması
üçün bir siqnal idi. Bundan
əlavə, Qaradağlı kəndində törədilən
soyqırımı Xocalıdan bir az kiçik genosiddir. Bundan əlavə,
cəmilli kəndində də genosid
törədilib. Həmin kəndin əhalisinin təxminən
yarısı qırılıb. Yəni Ağdamın bir qəsəbə və iki kəndində
azərbaycanlılara qarşı soyqırımı
törədilib. Bunların hamısı, eləcə də Kəlbəcərdən
əsir düşmüş 4500-5500 insanın taleyi barəsində yazılmalıdır. İndi həmin insanların aqibəti haqqında məlumatlı
deyilik. Ya onlar öldürülüb,
ya da başlarına başqa müsibətlər
gətirilib. Beləliklə, dünyanı erməni vəhşiliyinin
miqyası, mahiyyəti, onun təzahür formaları
ilə bağlı məlumatlandırmalıyıq. Dünya ictimaiyyətinin bu hadisələrlə tanış olmasına
imkan yaratmalıyıq. Bu
sahədə həm Xarici İşlər
Nazirliyinin, həm Diasporla
İş üzrə
Dövlət Komitəsinin, həm Elmlər
Akademiyasının, həm də Azərbaycanın hər bir vətəndaşının
üzərinə böyük
bir vətənpərvərlik
vəzifəsi düşür”.
Bəs XX əsrin ən dəhşətli
faciəsi olan Xocalı
soyqırımının dünya
dövlətləri və
beynəlxalq təşkilatlar tərəfindən
tanınması üçün Azərbaycan diaspor təşkilatları
hansı işləri görürlər?
Diasporla İş
üzrə Dövlət Komitəsinin mətbuat
xidmətinin rəhbəri Bəhruz Nəzərov:
“Dünyanın ayrı-ayrı ölkələrində Azərbaycan
diaspor təşkilatları
Xocalı soyqırımının
tanınması üçün geniş fəaliyyət
göstərirlər. Bu fəaliyyət
özünü, əsasən,
ayrı-ayrı tədbirlərdə, imzatoplama
kampaniyalarında, fəaliyyət göstərdikləri
ölkələrin parlamentlərinə, hökumətlərinə
və digər dövlət qurumlarına Xocalı
soyqırımının, qırğınların
çatdırılmasında özünü
büruzə verir. Azərbaycan
diaspor təşkilatları
məskunlaşdığı ölkələrdə
əsasən anım tədbirləri, qəzetlər, fotostendlər,
Xocalı soyqırımını özündə əksetdirən
sənədli filmlər və sair vasitələrdən istifadə
edərək həmin ölkələrin ictimaiyyətini və
dövlət qurumlarını Xocalıda baş
verən soyqırımıyla
tanış edirlər. Onları Xocalı
soyqırımına obyektiv qiymət verməyə səsləyirlər.
Bu il də
dünyanın hər yerində anım tədbirləri ciddi şəkildə keçirilir ki, dünyada Xocalı
soyqırımının tanınmasında irəliləyiş
olsun. Hər il keçirilən tədbirlər daha geniş xarakter alır. Diaspor təşkilatlarımız məskunlaşdıqları
ölkədə ictimaiyyət, parlament, dövlət qurumları tərəfindən
daha böyük dəstək qazanır. Təbii ki, bütün bunlar onu deməyə
əsas verir ki, tədricən Azərbaycanın haqq səsi eşidiləcək və Xocalı
soyqırımının genosid aktı olaraq
tanınması barədə Azərbaycanın
çağırışları pozitiv nəticələr verəcək. Yəni həmin
ölkələr və onların hökumətləri
müsbət rəy verərək Xocalı
soyqırımını genosid aktı kimi
tanıyacaqlar”.
Məhərrəm AĞALAROĞLU
Mərkəz.- 2011.- 26 fevral.- S. 8.