Mədəniyyətimizin
hamisi
Dahilər 100 ildən bir doğulur. Nə
xoşbəxt bizlərə ki, Tanrı bu lütfini Azərbaycandan
da əsirgəmədi. Adı tarixə əbədi
həkk olunmuş bir dahini bizlər üçün
xəlq etdi. Və yenə də nə
xoşbəxt bizlərə ki, böyük öndər, əbədiyaşar
şəxsiyyət, fenomen insan,
ümummilli lider Heydər
Əliyev kimi bir
dühanın müasiri olmaq
şərəfi nəsibimiz oldu. Bu gün o
dahinin - Heydər Əliyevin hakimiyyətə
gəldiyi gün kimi yaddaşlarda iz salıb. Bəli,
1969-cu il 14 iyul təqvimdə
tarixi bir gün kimi qeyd
olunur. Həmin gün xalqımızın həyatında yeni mərhələnin təməli qoyuldu, Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsi
ilə ölkənin tarixinin böyük dönüşü,
yeni epoxası başlandı. Onun hakimiyyətə gəlişi digər sahələrlə
yanaşı incəsənət, mədəniyyət, ədəbiyyatı
da canlandırdı.
Ramiz Quliyev: «Onda fenomenal musiqi duyumu vardı»
Xalq artisti, ustad tarzən, professor Ramiz Quliyev müasir Azərbaycan dövlətçiliyinin
əhatəli inkişafında,
o cümlədən musiqimizin
pərvəriş tapmasında
Heydər Əliyevin danılmaz rola malik olduğunu deyir: «Heydər Əliyev dühasının
gücü bir də onda idi
ki, o fenomen şəxsiyyətin gördüyü
işlər dünya siyasətçiləri tərəfindən
də yüksək qiymətləndirilirdi. Fikir vermişəm,
Azərbacanda ona qədər heç bir rəhbər musiqimizə, mədəniyyətimizə
onun qədər diqqət yetirməyib.
Bu baxımdan mədəniyyətimiz ona
borcludur». Böyük
öndərin Azərbaycan
musiqiçilərinə göstərdiyi
qayğıdan ağızdolusu
danışan xalq artisti Heydər Əliyevi mədəniyyətin
hamisi kimi qiymətləndirir: «Heç
yadımdan çıxmaz,
1970-ci illər idi. Respublika Sarayı yenicə istifadəyə verilmişdi.
Onda mən sarayda «Orta mahur» ifa
etdim. Konsertdən sonra onun adəti vardı, gəlib musiqiçilərlə
söhbətləşir, onları
təbrik edirdi. Həmin tədbirdə də gəldi və məni təbrik etdi. Böyük öndər orada
«Orta mahur»u musiqi diliylə elə təsvir etdi ki, çaş-baş
qaldım. Deyərdin, musiqiçi
odur, mən yox. O, belə bir şəxsiyyət idi və onda
fenomenal musiqi duyumu vardı».
Ramiz Zöhrabov: «O, həm də musiqi bilicisi idi»
Xalq artisti, musiqişünas Ramiz Zöhrabov Heydər Əliyevin Azərbaycan musiqisinə göstərdiyi xidmətlərin
saysız-hesabsız olduğunu
söylədi: «Bu gün
Azərbaycan musiqisinin
təkcə ölkəmizdə
deyil, dünya səviyyəsində tanınması,
təbliği böyük
öndərin xidmətlərilə
bağlıdır. O, təkcə
musiqinin hamisi deyildi, həm də musiqi bilicisi idi. Musiqişünaslar belə, onun qədər musiqimizin dərinliklərinə, incəliklərinə
bələd deyildi».
R.Zöhrabov Azərbaycan
opera sənətində dahi
əsərlərin yazılmasında,
bir-birindən əzəmətli
simfonik musiqilərin ərsəyə gəlməsində
məhz Heydər Əliyevə borclu olduğumuzu deyir: «Nə gözəl ki, Heydər Əliyevin layiqli davamçısı İlham
Əliyev və onun xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu gün mədəniyyətimizə
hamiliyi davam etdirir, həm də böyük öndərin ideyalarının
təbliğatçısıdırlar. Ona görə də hesab edirəm ki, Heydər Əliyevin adı Azərbaycan xalqının
qəlbində əbədi
yaşayacaq».
Zəlimxan Yaqub: «Onun sözə
münasibəti bəndənin
Allaha olan münasibəti səviyyəsində
idi»
Ulu öndər Heydər Əliyevin Azərbaycan ədəbiyyatının
formalaşmasında və
təşəkkül tapmasında
da əməyi danılmazdır. Elə xalq şairi Zəlimxan Yaqub da Heydər
Əliyev qədər
Azərbaycan ədəbiyyatının
inkişafına dəstək
olmuş ikinci bir dövlət xadimi tanımadığını
deyir: «Heydər Əliyev sözə o qədər böyük qiymət verirdi ki, sözün fövqündə dayanmağı
da bacarırdı. Onun sözə münasibəti
bəndənin Allaha olan münasibəti səviyyəsində idi.
Dahi şəxsiyyət ədəbiyyata
verdiyi qiymətlə bərabər həm də ədəbiyyat adamlarını yüksəltməyi
bacarırdı. Elə
bunun nəticəsi idi ki, keçmiş
SSRİ məkanında fəxri
ad almış şair
və yazıçıların
az qala
yarısı Azərbaycanın
payına düşürdü.
Böyük şəxsiyyət bunu ona görə
edirdi ki, ədəbiyyat adamları
Azərbaycanı bütün
dünyada tanıda bilsinlər». Zəlimxan
Yaqub bir də ona görə
fəxr edir ki, böyük öndər Dədə Qorquddan, Nizami Gəncəvidən ta üzü bu yana bir
nəfər də olsun yazıçıya, şairə diqqətsiz olmayıb. Onların hər birinin
ayrı-ayrılıqda yubiley
gecələrini təşkil
etdirib, adlarını
əbədiləşdirib. Elə buna görə də özünə əbədiyyət qazandı.
Xalq şairi ulu öndərin ədəbiyyat adamlarına
göstərdiyi sonsuz
qayğıdan danışanda
kövrəldi: «Dahi şəxsiyyət Heydər
Əliyev mərd kişi idi. Çətin vaxtlarımızda bizi tək qoymazdı.
Onun Məmməd Araz, Xəlil Rza, Bəxtiyar Vahabzadə, Yusif Səmədoğlu xəstə
yatarkən yataqlarının
başında durmağı,
onun mən Zəlimxan Yaqubu xaricdə müalicə etdirməyi yaddan çıxası məqamlar
deyil. Hansı dövlət başçısı
bunu edərdi? Adi sosial problemlərimizin həllində də onun rolu əvəzsiz
olub. Bunu itirmək olarmı?
Ulu öndər Heydər Əliyevin bir əbədiyaşarlığı da ondadır ki, o özündən sonra İlham Əliyev kimi bir siyasətçini Azərbaycan xalqına rəhbər qoydu».
Bəli, Heydər Əliyev Azərbaycan təhsili, mədəniyyəti,
ədəbiyyatı, kinosunun
inkişafı naminə
misilsiz xidmətlər
göstərib. «Azərbaycan kinosu Azərbaycan tarixinin salnaməsidir», - Heydər Əliyev milli kinomuzu belə yüksək qiymətləndirirdi. Onu da xatırladım ki, Azərbaycan milli kinosunun şah əsərlərindən olan
«Bir cənub şəhərində» (rejissor
Eldar Quliyev), «İstintaq» (rejissor Rasim Ocaqov), «Qaçaq Nəbi» (rejissor Əbdül Mahmudbəyli) və digər filmlərimizin ekrana vəsiqə qazanması birbaşa böyük öndər Heydər Əliyevin xidmətiylə bağlıdır.
Mərhum rejissorumuz Rasim
Ocaqov qəzetimizə
müsahibə verərkən
qeyd etmişdi ki, «İstintaq» ekran həyatına görə Heydər Əliyevə borcludur.
Rejissorun
dediyinə görə,
sovet milisi mövzusunda lentə alınmış həmin
film "yuxarı"da - Moskvada
əyləşənlərin xoşuna gəlməmişdi.
Yalnız Heydər Əliyev
işə qarışandan
sonra məsələ
həll olunmuşdu.
Eləcə də digər
filmlərimizin taleyini
məhz sənətin,
sözün böyük
mənasında bilicisi
olmuş böyük öndər Heydər Əliyev həll etmişdi. Elə buna görə
də milli kinomuz o fenomenal şəxsiyyətə borcludur.
Heydər Əliyev siyasətinin bir hissəsi də ədəbi irsin öyrənilməsi, klassikamızın
müasir insanlara çatdırılması idi. Onun sayəsində
Dədə Qorqud, Nizami Gəncəvi, Nəsimi və digər nəhəng klassiklərimizin yaradıcılığına
həsr olunmuş ədəbi-bədii gecələr
təşkil olundu, yubileylər keçirildi və s. Digər tərəfdən, istedadı
olan yazarlar sosial-məişət problemlərindən
tutmuş müalicəsinə
qədər böyük
öndər tərəfindən
nəzarətə götürüldü.
Hər bir yazıçı, şair zəhməti müqabilində və hətta artıqlamasıyla
mükafatlandırıldı. Bu da onların
yaradıcılıq ruhunu
daha da yüksəltdi.
Eyni zamanda, yazarlarımızın
əsərlərinin satışı
məsələsi həll
olundu.
Məhz ulu öndərin
diqqət və qayğısı nəticəsində
sənət adamlarımız
fəxri adlara layiq görüldülər,
mənzillərlə təmin
olundular…
…«Mən fəxr edirəm ki, azərbaycanlıyam» - yazımı adı həmişə qəlbimizdə
əbədi yaşayacaq
ulu öndərin bu sözləri ilə bitirmək istəyirəm. Biz də bütün həyatını
Azərbaycana həsr etmiş ulu öndərimizlə həmişə
fəxr etmişik, bundan sonra da
edəcəyik.
Cəvahir SƏLİMQIZI
Mərkəz.- 2011.- 14 iyul.- S. 11.