Daha bir teatrda rejissor
dəyişikliyi
Musiqili Komediya Teatrında «Fransızsayağı qarnir» hazırlanır
Akademik Dram Teatrından başlayan islahatlar digər teatrlarda da tətbiq olunmaqdadır. Məqsəd - repertuarı yeniləmək
və tamaşaçıya
fərqli səhnə
əsərləri təqdim
etməkdir. Tezliklə Azərbaycan
Dövlət Musiqili Komediya Teatrının afişalarında daha bir rejissorun adı görünəcək.
Belə ki, Mark Kamolletinin «Xoşbəxt ailə oyunu oynayırıq və ya fransızsayağı
qarnir» əsərini teatrın rus bölməsində əməkdar
incəsənət xadimi
Əsgər Əsgərov
hazırlayacaq. Prezidentin
18 may 2009-cu il tarixli
277 nömrəli Sərəncamı
ilə təsdiq olunan «Azərbaycan teatrı 2009-2019-cu illərdə»
Dövlət Proqramına
əsasən, Mədəniyyət
və Turizm Nazirliyinin apardığı
islahatlar çərçivəsində
Musiqili Komediya Teatrında hazırlanacaq yeni tamaşanın quruluşçu rejissoru artıq bir neçə gündür
ki, məşqlərə
başlayıb. Tamaşanın musiqi rəhbəri əməkdar incəsənət
xadimi Nazim Hacıəlibəyov, quruluşçu
rəssamı Nabat Səmədova, ikinci rejissoru əməkdar
artist Boris Qrafkindir. Teatrdan merkez.az saytına verilən məlumata görə, Əsgər Əsgərov
uzun illər Naxçıvan Dövlət
Musiqili Dram Teatrında
çalışıb, 1990-1996-cı illərdə teatrın baş rejissoru işləyib.
Moskvada, Mayakovski adına
Akademik Dram Teatrının
baş rejissoru A.Qonçarovun yanında təcrübə keçdikdən
sonra Akademik Milli Dram Teatrında quruluşçu rejissor vəzifəsinə dəvət
edilib. Bu teatrda Viktor Rozovun «Şadlıq sorağında», Nəbi Xəzrinin «Burla xatun», Kamal Abdullanın
«Hərdən mənə
mələk də deyirlər…», Jan Batist Molyerin «Skapenin kələkləri», A.Kamyunun
«Anlaşılmazlıq» və
s. əsərlərinə quruluş
verib. Həmin tamaşalar dəfələrlə
teatrın yaradıcı
heyətinin təqdimatında
xarici ölkələrdə
keçirilən teatr
festivallarında nümayiş
etdirilib və mükafatlara layiq görülüb.
Onu da qeyd edək
ki, teatrın rus truppası tərəfindən təqdim
olunacaq tamaşada aparıcı aktyorlar Nərgiz Kərimova, Nadejda Povelisina, Fərid Əliyev, Rauf Babayev, Emil Heydərov, Əliməmməd
Novruzov, Svetlana Bulax, İzabella Şves, Marina Litvinenko, Yuliya Heydərova, Firuz Məmmədov, Rauf Babayev və başqaları çıxış
edəcəklər.
Teatrdan onu da
bildirdilər ki, bu, islahatlar istiqamətində atılan
ilk addımdır. Bu addımın
davamı olaraq qarşıda Musiqili Komediya Teatrında yeni tamaşaların hazırlanması gözlənilir.
Onu da öyrəndik ki, yeni tamaşalar
yalnız Azərbaycan
tamaşaçısı üçün
nəzərdə tutulmayıb.
Bu tamaşaların ölkə hüdudlarından
kənarda-teatr festivallarında
da nümayiş olunması da planlaşdırılır.
Cəvahir SƏLİMQIZI
Mərkəz.- 2011.- 4
mart.- S. 11.