Qərbi
Azərbaycanlı qaçqınların hüquqlarının
bərpası beynəlxalq müstəvidə…
Bu
barədə nə vaxtadək özümüz
deyib, özümüz
eşidəcəyik?
Ötən ilin noyabrın sonu,
dekabrın birinci ongünlüyündə
Azərbaycan türklərinin tarixi
torpaqları olan indiki
Ermənistan Respublikası ərazisindən tam
deportasiyasından nə az, nə çox, düz 22 il ötdü. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına
görə, 1988-ci ilin məhz həmin günlərində Ermənistan SSR-in
ümumi ərazisinin 8 min
kvadrat kilometr hissəsindəki
172 yaşayış məntəqəsində yaşayan
182 min azərbaycanlı, habelə Azərbaycan
Respublikası keçmiş Ali Sovetinin
Qaçqınlar üzrə Komissiyasının məlumatına
görə, 18 min kürd
və min nəfər rus
zorla daimi yaşayış
yerlərindən deportasiyaya məruz
qalıb. Lakin qeyri-rəsmi məlumatlara
görə isə, deportasiya edilənlənlərin
ümumi sayı 250 min
nəfərdən artıqdır. Həmin
dövrdə Ermənistanda və Dağlıq Qarabağda
yaşayan azərbaycanlı əhaliyə
qarşı açıq çıxışlar başlasa da, Ermənistan
SSR Ali Sovetinin 1989-ci il dekabrın 1-də «Dağlıq Qarabağ Muxtar Vilayətinin
Azərbaycan SSR-dən ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi
haqqında» qəbul etdiyi qərar deportasiya əməliyyatı üçün
hüquqi baza rolunu oynadı. Beləliklə, Ermənistan
dövləti lokal
separatçılığı və bu gün də davam edən
işğalçılıq siyasətini rəsmiləşdirdi.
Ermənilər qərarın icrası prosesini,
yəni azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi
deportasiyasının sonuncu mərhələsini
1989-cu ilin dekabrın 29-da «uğurla»
sona çatdırdılar. Qeyd etmək yerinə düşər ki, hazırda Ermənistan ərazisində bir nəfər belə azərbaycanlı
yaşamır və Ermənistan praktik olaraq dünyada ən monoetnik dövlətə çevrilib.
Azərbaycanlıların deportasiyası prosesi
həm də soyqırımla müşayiət olunub. Keçmiş SSRİ Daxili İşlər Nazirliyinin yarımçıq qalmış istintaq materiallarında göstərilir ki, Ermənistan hökumətinin həyata keçirdiyi deportasiya
zamanı 216 nəfər azərbaycanlı qətlə yetirilib, o cümlədən
onlardan 2 nəfərin diri-diri
başı kəsilib, 11 nəfər sağ
ikən, 2 nəfər
öldürüldükdən sonra
yandırılıb, 1 nəfər asılıb, 3 nəfər
doğranıb, 29 nəfər avtomobilin təkərləri
altında qoyulub, 41 nəfər vəhşicəsinə
döyülərək, 1 nəfər elektrik
cərəyanına qoşularaq
öldürülüb, 1 nəfər özünü öldürüb,
biri hamilə qadın olmaqla
10 nəfər infarktdan ölüb,
49 nəfər qaçarkən dağlarda
donub, 8 nəfər itkin
düşüb. Öldürülənlərin
57-si qadın, 23-ü isə uşaq olub.
Lakin üstündən 22 ildən artıq vaxt keçməsinə baxmayaraq dünya ictimaiyyəti hələ də Qərbi Azərbaycandan zorla deportasiya edilmiş şəxslərin hüquqlarının tanınması
istiqamətində əməli addımlar atmaqda, hələ də bu fakta hüquqi-siyasi qiymət
verməkdə həvəsli görünmür. Daim haqq-ədalətdən, insan hüquq və azadlıqlarının təminatından
dəm vuran, reallıqda isə ikili standart mövqeyindən
çıxış edən beynəlxalq təşkilatlar nədənsə,
qərbi azərbaycanlı qaçqınlarla bağlı məsələnin
- Ermənistanın ayaqlar altına
atdığı fundamental insan
hüquqlarının üzərindən sükutla
və iti addımlarla keçməyə üstünlük verirlər. Bu azmış kimi Azərbaycan Respublikası qoşulduğu
BMT Baş Məclisinin 1951-ci ildə qəbul
etdiyi «Qaçqınların statusu haqqında» Konvensiyaya
riayət edərək qərbi azərbaycanlı
qaçqınlara vətəndaşlıq statusu
verdikdən sonra BMT-nin
Qaçqınlar üzrə Ali
Komissarlığı onların adlarını öz
siyahılarından çıxarıb. Ali
Komissarlıq bu qaçqınların
artıq vətəndaşlıq aldıqlarını, yerləşdirildiklərini
və Azərbaycan hökuməti tərəfindən təmin
edildiklərini əsas gətirərək bu
addımı atdığını bildirib.
Halbuki, 2001-ci ildə Dövlət Neft Fondu yaradılarkən
ümummilli lider Heydər
Əliyevin imzaladığı fərmanın ilk
bəndində də Ermənistandan qovulmuş
qaçqınların siyasi
statuslarının doğma torpaqlarına
qayıdanadək sabit saxlandığı
qeyd olunur. Düzdür, onların imtiyazları ləğv
olunub, çünki onlar məskunlaşıblar. Lakin
bu onların statuslarının itirildiyi demək deyil. Azərbaycan
hökuməti dəfələrlə Ermənistandan qovulmuş soydaşlarımızın
qaçqın statusuna malik
olduqlarını, öz doğma
yurdlarına qayıdana qədər onların qaçqın statusunun saxlanıldığını bəyan
edib. Hüquq
müdafiəçisi Sahib Məmmədov
da 1998-ci ildə Qərbi Azərbaycan
qaçqınlarına vətəndaşlıq verilməsinin
düzgün addım olduğunu
bildirdi. O, bu
insanların hər zaman öz
Vətənlərinə qayıtmaq hüququnu
özlərində saxladıqlarını vurğuladı. Ən
paradoksal hal isə ondan ibarətdir ki, məlum
hadisələr zamanı Azərbaycanı tərk etmiş ermənilər hələ də Ali Komissarlığın siyahısından
çıxarılmır. Ermənistan bu
şəxslərə vətəndaşlıq vermir və qoşulduğu
konvensiyaya hörmətsiz yanaşır. Buna baxmayaraq Ali Komissarlıq, o cümlədən
digər beynəlxalq təşkilatlar Ermənistana
qarşı lütfkar davranmağa
davam edirlər.
Təəssüfləndirici hal həm də
bundan ibarətdir ki, məlum hadisələr zamanı azərbaycanlılara nə
qədər maddi ziyan dəydiyi ilə bağlı
indiyədək dəqiq hesablama aparılmayıb. Lakin müxtəlif
ictimai təşkilatların, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun
mərhum direktoru, vətənpərvər
alim Rövşən Mustafayevin
rəhbərliyi ilə institut əməkdaşlarının
2006-cı ildə apardıqları araşdırmalara görə,
soydaşlarımıza 20-50 milyard
ABŞ dolları dəyərində maddi ziyan dəyib. Araşdırmalar
soydaşlarımıza məxsus təkcə daşınmaz əmlakın
dəyərinin 20 milyard dollar
olduğunu üzə çıxarıb.
Həmin vaxt bu
faktları təsdiqləyən kifayət qədər - 120
cilddə material toplanıb. Məlumdur ki, Ermənistan SSR-də azərbaycanlıların
90 faizindən çoxu kəndlərdə
yaşayıb. Bu isə təbii ki, onların kənd təsərrüfatı
ilə məşğul olmasını şərtləndirib. Azərbaycan Qaçqınlar Cəmiyyətində
toplanmış sənədlər əsasında hesablanaraq müəyyən edilib
ki, kolxozlarda azərbaycanlılara
məxsus olan 43789 baş
iri, 454660 baş
xırdabuynuzlu mal-qara, yüz
minlərlə ev quşları, arı ailələri,
170 mədəniyyət evi, 274 məktəb
binası, 119 kitabxana, uşaq
bağçaları, həkim məntəqələri, məscid
binaları, 1381 yardımçı təsərrüfat tikililəri,
2169 ədəd avtomobil, 1976 ədəd traktor, 3132 ədəd kənd təsərrüfatı
texnikası bütünlüklə ermənilər tərəfindən
əvəzi ödənilmədən mənimsənilib. Bundan əlavə kənd əhalisi
olduqları üçün
soydaşlarımız həyətyanı torpaq
sahəsinə də malik olublar.
Faktdır ki,
deportasiyanın başlanmasına bir
neçə il qalmış mərkəzi
hakimiyyət tərəfindən aparılan torpaq
inventarlaşmasına görə bütövlükdə Ermənistanda
yaşayan azərbaycanlıların sahib olduqları həyətyanı torpaq sahəsinin ümumi
həcmi 50 min hektardan
artıq olub. Öz
yurdlarından qaçqın düşmüş azərbaycanlılara kompensasiya ödənilməsi məsələsi
gündəmə gələrkən iqtisadçı ekspertlər
bildirirlər ki, ötən 22 il ərzində həmin 50 min
hektar ərazidən əldə edilən
məhsuldan götürülən gəlir də kompensasiya kimi
hesablanmalıdır. Digər tərəfdən yenə sovet dövründə aparılan inventarlaşmaya görə, Ermənistan SSR-də
yaşayan soydaşlarımıza 2 milyon kvadrat metrdən çox fərdi yaşayış sahəsi (mənzillər)
məxsus idi. SSRİ-nin digər müttəfiq
respublikalarında olduğu kimi, Ermənistanda da kolxoz və sovxozlarda
çalışan əhaliyə əməkhaqqı ilin sonunda ödənilirdi.
1988-ci il hadisələri ilin
sonuna təsadüf etdiyindən
soydaşlarımız bir illik
maaşlarını da ala
bilməyiblər. Bundan başqa SSRİ dağılandan indiyədək
Ermənistanda torpaq islahatı
aparılmayıb. Lakin bu islahatın nə vaxt aparılmasından asılı olmayaraq orada
soydaşlarımızın da payları var. Üstəlik Ermənistan dövləti əvvəllər
kolxoz və sovxozlara aid olan torpaqlardan
istifadə edərək nə qədər mənfəət
götürübsə, bunda da deportasiya olunan azərbaycanlıların payı var. R.Mustafayevin apardığı hesablamalar həmin
hadisələr nəticəsində azərbaycanlılara 20-50
milyard dollar dəyərində
maddi ziyan dəydiyini
üzə çıxarsa da, bu da dəqiq rəqəm deyil. Çünki bu hesablama
soydaşlarımızın 1988-ci ildən 1993-cü ilədək
olan qaçqınlıq dövrünə
aiddir. 1993-cü ildən bu günümüzədək olan
dövrdə isə heç bir hesablama
aparılmayıb. Məsələn, azərbaycanlılara məxsus
olan torpaqdan
götürülən məhsulun dəyəri, hər bir ağacın qiyməti, həmçinin
mal-qaranın artımı və sair məsələlər
açıq qalır. Deportasiya olunanlara dəyən maddi ziyan dedikdə
yalnız orada qalan
daşınmaz əmlak, həmin daşınmaz əmlakdakı
əşyalar nəzərdə tutulmamalıdır. Ötən
müddət ərzində azərbaycanlılara məxsus
torpağın gəlir faizi də bu rəqəmin üstünə gəlinməlidir.
Çünki qəbul olunmuş
beynəlxalq normalara görə,
münaqişələr baş verərkən
qaçqın düşən əhaliyə dəyən maddi ziyan məhz qeyd etdiyimiz qayda əsasında hesablanır.
Bütün bunlara baxmayaraq, vaxtilə Azərbaycan SSR-də yaşayan ermənilər əmlak, mal-mülk və kompensasiya məsələləri ilə bağlı
Avropa İnsan Hüquqları Məhkəməsinə bizdən
daha çox müraciət ediblər.
Onlar Azərbaycanda
yaşadıqları mənzillərdən əlavə olaraq ölkəmizdən külli
miqdarda vəsait tələb edirlər. Belə ki, erməni
iddiaçılar vaxtilə Azərbaycanda
çalışdıqları sənaye müəssisələrinin,
fabriklərin, zavodların, kənd təsərrüfatı
sahələrinin özəlləşdirilməsindən pay, yeraltı və yerüstü
sərvətlərimizə, o cümlədən
son illər uğurla
gerçəkləşdirilən neft-qaz
layihələrindən əldə edilən gəlirə
görə kompensasiya istəyirlər. Bu
iddiaların qarşısını almaq və
əks-hücum təşkil etmək üçün
Azərbaycan tərəfi də beynəlxalq məhkəmələrə,
o cümlədən Avropa
İnsan Hüquqları Məhkəməsinə
çoxsaylı iddia ərizələri
ilə müraciət etməlidir. Bu
müraciətlərdə yuxarıda qeyd olunan məqamlar öz əksini
tapmalıdır. BMT Baş
Məclisinin 1951-ci ildə qəbul, Azərbaycan
Respublikasının 1992-ci ildə ratifikasiya
etdiyi «Qaçqınların statusu haqqında» Konvensiyanın 34-cü maddəsi
öz tarixi
torpaqlarından deportasiya olunanlara
beynəlxalq məhkəmələrə, o
cümlədən Avropa İnsan
Hüquqları Məhkəməsinə müraciət etmək,
indiki halda isə Ermənistan
Respublikasından kompensasiya tələb
etmək hüququ verir.
BMT Baş Məclisinin 1948-ci il dekabrın 10-da qəbul olunan
Ümumdünya İnsan
Haqları Bəyannaməsinin 13-cü maddəsindən isə
oxuyuruq:
1. Hər bir
şəxs hər bir ölkə hüdudunda sərbəst hərəkət etmək
və yaşayış yeri seçmək
hüququna malikdir 2. Hər
bir şəxs öz
ölkəsi də daxil olmaqla,
istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna malikdir. Göründüyü kimi, qərbi azərbaycanlı
qaçqınların öz tarixi torpaqlarına qayıtmaları, habelə
dəymiş maddi və mənəvi ziyana görə Ermənistan dövlətindən
kompensasiya tələb etmələri üçün güclü
hüquqi baza, eyni zamanda, siyasi
zəmin mövcuddur. İndi
yalnız bu istiqamətdə fəallığı
artırmaq qalır. Eyni zamanda,
mühacir Qərbi Azərbaycan hökuməti
və parlamentinin yaradılması ideyası
zaman-zaman gündəmə gəlsə də,
bu istiqamətdə konkret
addım atılmayıb. Halbuki, Ermənistanla
sülh danışıqlarının getdiyi bir vaxtda
bu ideyanın gündəmə gətirilməsinin
Azərbaycan üçün əlavə
üstünlükləri ola bilər. Yəni
Dağlıq Qarabağ ermənilərinə
hansı status veriləcəksə, qərbi
azərbaycanlılara da həmin status verilə bilər.
İnsaf naminə son vaxtlar bu
istiqamətdə görülən bəzi işləri qeyd etmək də yerinə düşərdi.
Son illər
bir neçə ictimai
təşkilat daxili resurslar
hesabına qərbi azərbaycanlı qaçqınların
Ermənistana qarşı ərizələrinin
hazırlanması prosesinə başlayıb. Ötən ilin yazından QHT-lərə Dövlət Dəstəyi
Şurasının maddi yardımı ilə
«Qərbi Azərbaycandan deportasiya
olunanların hüquqlarının Avropa İnsan
Hüquqları Məhkəməsində müdafiəsi
istiqamətində maarifləndirmə» adlı layihə həyata
keçirən Beynəlxalq Diaspor Mərkəzi
(BDM) layihə başa çatsa
da, bu işin
sistemli və ardıcıl davam etdirilməsi qənaətinə gəlib.
Layihə çərçivəsində 40-a
yaxın ərizə hazırlanaraq BDM-in vəkalətliyi
ilə Avropa İnsan
Hüquqları Məhkəməsinə göndərilib. Ərizələr
hüquqşünaslar tərəfindən
hazırlanaraq xüsusi xəbərnamə
qaydasında poçt vasitəsi ilə məhkəmənin
yerləşdiyi Fransanın Strasburq şəhərinə
yola salınıb. Verilən rəsmi
bildirişə görə, artıq həmin məktublar məhkəmənin
katibliyinə yetişib və ərizələrin
məhkəmə tərəfindən qeydiyyatdan
keçirilməsinə nail olunub. Lakin bir güllə bahar
olmadığı kimi, bir
təşkilatın da nə maddi vəsaiti, nə də insan
resursları miqyası bu qədər böyük olan işin öhdəsindən sonadək yüksək
səviyyədə gəlmək üçün
yetərli sayıla bilməz. Bu işin
sistemli, ardıcıl və planlı
şəkildə görülməsi üçün
hər birimizin səfərbər
olmasına, təşkilatlanmağımıza, Heydər Əliyev
Fondunun Rusiya nümayəndəliyinin
rəhbəri Leyla Əliyevanın
başlatdığı və bütün
dünyada geniş
vüsət alan «Xocalıya Ədalət»
kimi bir beynəlxalq ictimai kampaniya başladılmasına, Avropa İnsan
Hüquqları Məhkəməsinə müraciətlərin
sayının artırılmasına çox
böyük ehtiyac var. Çünki
qarşı tərəf Azərbaycana qarşı yönəlmiş
hər bir işə hər zaman çox
hazırlıqlı, güclü və
təşkilatlanmış şəkildə gedib.
Əgər biz də bu
cür etməsək, Avropanı,
Amerikanı cənginə almış erməni ideoloji maşınını
durdurmağımız kifayət qədər çətin olacaq.
Yazı Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fondunun keçirdiyi müsabiqəyə təqdim
etmək üçündür
Səxavət HƏMİD
Mərkəz.- 2011.- 4 mart.-S. 5.