Ata-oğul 45-ci “MartişorBeynəlxalq Musiqi Festivalında

 

Azərbaycanın xalq artisti, professor, tarzən Ramiz Quliyev beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyev 2011 -ci il 1-10 mart tarixində Moldovanın paytaxtı Kişinyov şəhərində kecirilən 45-ci “MartişorBeynəlxalq Musiqi Festivalında Azərbaycan musiqi mədəniyyətini uğurla təmsil ediblər. Ə. Quliyevin qəzetimizə verdiyi məlumata görə, festivalda dünyanın 20-yə yaxın ölkəsindən məşhur musiqiçi kollektivlər iştirak edib. Martın 1-də “Respublika Saray”ında ölkənin dövlət hökumət rəhbərlərinin iştirakı ilə keçirilən festivalın təntənəli açılış mərasimində tarzən Ramiz Quliyev Moldova Dövlət Simfonik Orkestrinin muşayiətilə Azərbaycan Moldova bəstəkarlarının əsərlərini ifa edib. Böyuk maraqa səbəb olan cıxışdan sonra Moldova mədəniyyət naziri Boris Foksa tanınmış incəsənət xadimləri - bəstəkar, professor Yevgeniy Doqa, Dövlət Filarmoniyasının direktoru Svetlana Bivol, Akademik Dövlət Opera Balet Teatrının direktoru Valeriya Şeycan, maestro Georgiy Rustu Azərbaycan musiqisinə milli alətimizə heyran olduqlarını bildiriblər. Martın 5-də isəNika Fondu”, “Beynəlxalq Humanitar Mədəni Əməkdaşlıq Fondu Azərbaycanın Moldovadakı səfirliyinin təşkilati dəstəyi ilə keçirilən konsertde Sergey Lunkevic adına Moldova Dövlət Filarmoniyasının böyük zalında filarmonik orkestr dirijor Əyyub Quliyevin idarəsi ilə çıxış edib. Anşlaqla keçən konsertdə Dövlət Filarmonik Orkestri Azərbaycan bəstəkarları - Ü. Hacıbəyli, Q. Qarayev, F. Əmirovun əsərləri ilə bərabər, dünya klassik musiqisindən nümunələri (P. Çaykovski, J. Bize, J. Enesku) ifa edib. Konsertin solisti tarzən Ramiz Quliyevin ifasında ilk dəfə olaraq Moldova Filarmonik Orkestrinin müşayiətilə Ü. Hacıbəyli, H. Xanməmmədov H. Rzayevin əsərləri səslənib. Dəfələrlə səhnəyə dəvət olunan tarzən dinləyicilərin istəyini nəzərə alaraq məşhur rumın bəstəkarı Q. Dinikunun “Mart yallısı Azərbaycanın klassik muğamlarını ifa edib. Konsertin sonunda Əyyub Quliyevin dirijorluğu ilə tamaşaçılara təqdim olunan J. EneskununRumın rapsodiyasınınifasından sonra dinləyicilər azərbaycanlı dirijoru musiqiçiləri ayaq üstə alqışlayıblar. Qeyd etmək lazımdır ki, azərbaycanlı musiqiçilərin konserti Dövlət Televiziya Radiosu ilə canlı yayımlanıb. Konsertin sonunda Moldova Dövlət Fılarmoniyasının direktoru professor Svetlana Bivol filarmonıyanın 70-illik yubiley nişanlarını musiqiçilərimizə təqdim edib onları növbəti festivalda çıxış etmək üçün yenidən Moldovaya dəvət edib.

 

 

Cəvahir

 

Mərkəz.-2011.- 10 mart.- S.10.