Atatürk
Mərkəzinin yaradılmasından 10 il ötür
Nizami Cəfərov: “Heydər Əliyev həmişə Atatürkə doğma münasibət bəsləyib”
Atatürk
Türkiyə
üçün mühüm
tarixi şəxsiyyət
olduğu qədər
bütün
türk xalqları
üçün də
bir örnək
mənbəyidir.
Təsadüfi deyil ki, Azərbaycan dövləti
bu şəxsiyyətin adının əbədiləşdirilməsi
istiqamətində bir sıra işlər görüb. Belə
addımlardan biri Atatürk Mərkəzin
yaradılması oldu. Martın 10-da
mərkəzin yaradılmasının artıq 10 ili tamam
olur. Qeyd edək ki, hələ 2001-ci
ildə Heydər Əliyevin 9 mart tarixli sərəncamı
ilə yaradılan mərkəz Atatürkün adının əbədiləşdirilməsi işində mühüm işlər
görüb. Mərkəzin keçdiyi tarixi yola nəzər
salmaq üçün suallarımızı mərkəzin
direktoru, millət vəkili,
Milli Məclisin Mədəniyyət Məsələləri
üzrə daimi komitəsinin sədri, akademik Nizami Cəfərova
ünvanladıq.
-Mərkəzə
rəhbərlik etdyiniz 10 il müddətində hansı
işləri həyata keçirmisiniz, bu işlər daha
çox hansı istiqamətdə olub?
-Atatürk
adına Mərkəz ulu öndər Heydər Əliyevin 10 il
əvvəl verdiyi sərəncamla qurulub. Bu sərəncamın
əsas məqsədi tarixi şəxsiyyətin irsinin Azərbaycanda
dərindən öyrənilməsi, onun dövlətçilik
prinsiplərindən bəhrələnmək və
Atatürkü əbədiləşdirmək idi. Düz 10 il əvvəl
mən mərkəzin direktoru təyin olunanda bu məsələlər
qarşımıza vəzifə kimi qoyuldu. Bu vəzifədən
irəli gələn bütün məsələləri yerinə
yetirməyə çalışımışıq və bu
gün də çalışırıq. Atatürk irsinin
araşdırlmasında, gənclərə
türkçülüyün, vətənpərvərliyin
aşılanmasında addımlar atırıq. Ümumilli
liderimiz həmişə
Atatürkə həssas, doğma münasibət göstərib.
Biz də bu siyasəti davam etdiririk. Beynəlxalq tədbirlərdə
iştirak edirik. Atatürklə bağlı bütün
konfranslara qatılır, türk xalqlarının
yaxınlaşmasında əlimizdən gələni edirik.
Geridə qoyduğumuz 10 ildə çox işlər həyata
keçirtmişik. Hazırda mərkəzimiz Türkiyədə
fəaliyyət göstərən eyni adlı mərkəzlə
və Avropadakı müvafiq mərkəzlərlə əməkdaşlıq
edir. Çalışırıq ki, qarşımıza qoyulan
işləri layiqincə yerinə yetirək.
- Mərkəzin Azərbaycanda fəaliyyət
göstərməsinin məqsədi nədir və bu məqsədlərin
hansına nail olunub?
-Azərbaycan
müstəqil dövlət quruculuğu yollarında inanmla
addımlayır. Belə bir vəziyyətdə məqsədimiz
Atatürkün dövlət təcrübəsini öyrənib,
ölkəmizə tətbiq etməkdir. Biz ilk növbədə
bu istiqamətdə çalışırıq. Necə ki, Azərbaycan
Heydər Əliyevin əsəridir, eləcə də
Türkiyə Atatürkün əsəridir. Yəni bizim
tariximizdə, taleyimizdə ortaq dəyərlər var.
Türkiyənin dövlətçilik təcrübəsindən
geniş istifadə edirik. Ona görə də bu təcrübəni
dərindən öyrənmək lazımdır. Eyni zamanda Azərbaycan
türk dünyasının tərkib hissəsidir və
türk dünyasında baş verən sosial, mədəni,
siyasi proseslərin öyrənilməsi,
türkçülük tarixinin mənimsənilməsi Azərbaycanın
türk dünyasına inteqrasiyası məsələsində
təsəvvürlərin formalaşdırlması bizim məqsədimizin
tərkib hissəsidir. Bu mənada Atatürk Mərkəzinin fəaliyyəti
göstərir ki, hər halda qarşımıza qoyulan vəzifələri
yerinə yetirməyə çalışmışıq.
Amma görüləcək işlər də çoxdur. Yeni
yaranan mərkəzlərlə, elmi, siyasi, ideoloji qurumlarla əlaqələri
daha da genişləndirmək lazımdır. Digər türk
respublikaları ilə əməkdaşlığımız
istənilən səviyyədə deyil. Bu, ümumiyyətlə yox demək
deyil. Məsələn, Qırğızıstanla müəyən
əməkdaşlığımız var, amma bu əməkdaşlıq
sferasını genişləndirmək lazımdır.
- Digər türk dövlətləri
ilə əməkdaşlığın zəif
olmasının səbəbləri nədir?
-Türk
dövlətləri müstəqillik əldə etdikdən
sonra müəyyən bir mərhələ keçir. Həmin
dövr ərzində bu dövlətlərin müstəqilliyini
bir növ təcrid olunma kimi də başa düşmək
olar. Beynəlxalq münasibətlərin qurulmasında
iştirak edirlər, amma türk dünyasının
inteqrasiyası məsələsində problemlər ortaya
çıxır. Amma, mən güman edirəm ki, bu problemlər
tezliklə aradan qaldırılacaq. Bu istiqamətdə
artıq addımlar atılır. Türk dövlət
başçılarının zirvə
toplantılarının keçirilməsi və digər
addımları nümunə göstərmək olar. Amma
Türkdilli Dövlətlərin Parlament Assambleyasının
yaranması müsbət hal olsa da bir sıra türk dövlətləri
bu assambleyada istənilən səviyyədə iştirak
etmir. Buna mane olan bir sıra siyasi səbəblər,
hansısa dövrdə buraxılmış səhvlər imkan
vermir. İnanıram ki, bunalar tədricən aradan
qaldırılacaq və dünyada gedən qlobal inteqrasiya
prosesləri türk dövlətlərinə də təsir
edəcək.
- Bu gün Atatürkə münasibət
Türkiyədə birmənalı deyil. Belə bir münasibətin
olması rəhbərlik etdiyiniz mərkəzin gələcək
perspektivlərinə necə təsir göstərə bilər?
-Bütün
böyük siyasi xadimlər, dövlət qurucuları müəyyən
dövrdən sonra müzakirə edilir. Çünki
inkişaf gedir, siyasi dəyişiklər baş verir,
düşüncələr müxtəlifləşir, ideyalar
köhnəlir və hər şeyə yenidən baxmaq zərurəti
yaranır. Bu mənada Atatürkə müəyyən qədər
tənqidi yanaşmanın olması, normal haldır. Təhli
olunan, analitik nəticələrə gələn münasibət
obyektivdir. Amma bu, təhqir demək
deyil. Bəzən də Atatürkə qarşı kəskin, əsası
olmayan ideoloji fikirlər də səslənir. Amma
Atatürkü tənqid edən hər bir kəs bilməlidir
ki, bu şəxs böyük bir dövlətin
yaradıcısıdır. Məsələn, Leninlə
Atatürk eyni vaxtda dövlət qurublar. Lenin qurduğu dövlət imperiya
idi və dağıldı, Atatürkün qurduğu dövlət
isə yeni bir inkişaf impulsu qazandı. Belə məsələlər
nəzərə alınmalıdır. Yəni tarixi şəxsiyyət
təhlil olunsa da, təhqir olunmamalıdır. Biz də
Atatürk adına Mərkəz olaraq, Atatürkə
qarşı qeyri-obyektiv münasibətə qarşı dəfələrlə
etirazımızı bildirmişik. Hesab edirəm ki, Atatürkə
qarşı qeyri-obyektiv münasibətlərin olması onun
adını daşıyan mərkəzin fəaliyyətində
hər-hansı dəyişikliyin olmasına səbəb
olmamalıdır. O cümlədən bizim mərkəz də
öz fəaliyyətini olduğu kimi, uluöndər Heydər
Əliyevin hələ sağlığında
qarşımıza qoyduğu istiqamətlər çərçivəsində
aparacaq.
- Mərkəz qarşıda fəaliyyətini
necə qurmağı planlaşdırır?
-Atatürklə bağlı yeni
kitablar nəşr etməyi, müvafiq konfransların
keçirilməsini nəzərdə tuturuq. Türk
dünyasında əlifba inteqrasiyası ilə bağlı,
ümumi mədəniyyət unversallıqlarının məyənləşdirliməsi
və türk xalqlarının
yaxınlaşdırılmasında mətbuatın rolu və
digər məsələlərlə bağlı fəaliyyət
planlarımız var. Bizim üçün bu məsələlər
hələlik ən aktual mövzulardır.
A. NƏRİMANLI
Paritet.-2011.-10-11 mart.-S.5.