Qloballaşma mədəniyyət

 

(əvvəli qəzetimizin ötən sayında)

 

Tanınmış yazıçı-dramaturq, fəlsəfə elmləri doktoru Firuz Mustafa «Qloballaşma mədəniyyət» adlı esse qələmə alıb. Yazıçının redaksiyamıza təqdim etdiyi əsər ilk dəfə «Mərkəz» qəzetində çap olunur. Qeyd edək ki, «Qloballaşma mədəniyyət» kitab şəkilində çap ediləcək.

Sivilizasiya bir istilah kimi meydana gəldiyi vaxtdan ən müxtəlif formalarda şərh və təhlil edilməyə başlamışdır. O, cəmiyyət hadisəsi olduğu üçün əksər mülahizələrdə insan birliklərinin fəaliyyəti ilə çarpaz şəkildə öyrənilməkdədir. Rus tədqiqatçısı A.Semyonnikova sivilizasiyanı insan birliyi cəmiyyət kimi xarakterizə edərək göstərir ki, hansısa genetik bir kod mövcuddur və həmin kod sivilizasiyanın inkişafının magistral axınını müəyyən edir; bu hal isə sözün müəyyən mənasında sivilizasiyanı mistik hadisəyə çevirir.

Bəzi tədqiqatçılar sivilizasiyanı sözün müəyyən mənasında malik olduğu «mistiklikdən» çıxararaq onun konkret radiusunu müəyyənləşdirməyə çalışır və belə hesab edirlər ki, sivilizasiya müxtəlif subyektlərin (adamlar, kəndlər, sosial qurumlar, xalqlar s.) mədəniyyət birliyinin ən yüksək səviyyəsidir.

Belə hesab edirik ki, sivilizasiyanın subyektləri haqqında söylənilən bu cür mülahizələrdə elə bir yenilik nəzərə çarpmır. Əslində mədəniyyətin subyektlərini də həmin «obyektlər» (fərdlər), sosial icmalar (tələbələr, mühəndislər və s.), sosial institutlar (ailələr, məktəblər, ordu s.), habelə xalqlar ( ingilis, türk, rus s.) təşkil edir.

Məntiqi nəticə çıxır: əgər sivilizasiya insan birliklərinin məcmusundan təşkil olunmuşsa, deməli, tarixin ayrı-ayrı mərhələlərində mövcud olmuş siyasi sistemlər də sivilizasiyaların başlıca elementləri kimi qəbul oluna bilər. Elə məhz bu səbəbdəndir ki, bir çox müəlliflər öz əsərlərində keçmiş imperiya orta əsrlər dövlətlərini də sivilizasiya hesab edirlər. Əslində isə həmin dövlətlər mahiyyətcə sivilizasiya deyil, siyasi birlikdir; çünki bu cür birliklərə ( ya birləşmələrə) sivilizasiya institutları (dil, din, dövlət) daxil olmur. Bu birliyə hər şeydən əvvəl mövcud xalqların mənəvi-dünyagörüşü elementləri və ya geniş mənada mövcud dövlətlərin mənəvi-mədəni bütövlüyü daxil olmalıdır. Bu mənada Y.Yakobskinin yazdığı kimi, sivilizasiya müxtəlif tiplərə malikdir; onların bir qisimi ümumi diletnik mənşəyə malik qonşular kimi yaşayıb vahid dövlətə malik olmuşlar, başqa bir qisim dövlət kimi mövcuddur, üçüncülər dini birliklər şəklindədir, dördüncü tipə müxtəlif sosiomədəni keyfiyyətlərin birliyinə daxil olanlardır.

Bu sivilizasiyalardan danışarkən (misal olaraq, müasir dövrdə) birincilərə Qərbi avropalıları, ikincilərə Çin, Hindistan Şimali Amerikanı, üçüncülərə müsəlmanları, dördüncülərə Afrika, Okeaniya, Latın Amerikasını və s. daxil etmək olar.

Amma heçbütün tədqiqatçılar sivilizasiyaların təsnifat və bölgüsünü təkcə insanların tarixi birliyi prizmasında nəzərdən keçirmirlər. Məsələn, P.Sorokin sivilizasiyanı sırf mədəniyyət baxımından inteqrasiya etməyi məqbul sayır. O, göstərir ki, mədəniyyət ikiya daha çox fərdin fəaliyyətinin nəticəsi kimi təsəvvür olunur. Mədəniyyət fenomeni kimi təkcə fəlsəfə, elm, texnika i.a. deyil, habelə ən sadə maddi elementlər götürülə bilər (məsələn, qum üzərində ləpirs.). Əgər adi halda sivilizasiya insanların tarixi birliyidirsə özlüyündə mədəniyyətin maddi və mənəvi elementlərini birləşdirirsə, P. Sorokinə görə, bu (yəni sivilizasiya), hər şeydən əvvəl mədəniyyət elementləri sistemidir bu sistem onların yaradıcı və müşahidəçilərindən asılı deyildir.

Sivilizasiya mədəniyyətin məntiqi-məna inteqrasiyasının forması kimi iki tərəfi birləşdirir; bunlar daxili xarici tərəflərdir. Daxili tərəfə «zəka, dəyərlər, məna sferası» daxildir. Həmin tərəfi P.Sorokin «mədəni mentallıq» adlandırır. Daxili tərəf (mədəni mentallıq) xarici tərəfi (maddini) idarə edir.

Lüdviq fon Mizes sivilizasiyanı həyatın adi bioloji fizioloji aspektindən fərqləndiyini yazır və göstərir ki, bu fərqin əsasında ideya dayanır; yəni sivilizasiyanın mahiyyətini ideyalar təşkil edir. Və elə bu baxımdan da iddia etmək olar ki, sivilizasiyanı əslində ideyalar idarə edir.

Bizcə, həmin fikirlərin doğruluğu şübhə yarada bilməz. Həqiqətən, sivilizasiyanın kvintessensiyasında ideyalar dayanır. Lakin biz belə hesab edirik ki, burada söhbət hansısa mücərrəd ya «çılpaq» ideyadan deyil, gerçəkliyə çevrilən ideyadan gedir ya getməlidir.

Qloballaşma mərhələsində sivilizasiyanın «məkanı» da genişlənir. İnsan idrakının yeni sahələrə nüfuzu istər-istəməz mövcud problemə yenidən nəzər salmağı zəruri edir. Müasir texnoloji nailiyyətlər müstəvisində artıq təkcə «real» mövcud olanlar deyil, virtual «gerçəkliklər» mədəniyyətin (eləcə sivilizasiyanın) komponentlərinə daxil edilməkdədir. Lap sadə bir misal çəkmək olar: vaxtilə bir çox klassiklərin epistolyar janrda, daha doğrusu, məktub şəklində yazdığı əlyazmaların əksəriyyəti sonralar qiymətli sənət mədəniyyət nümunələri kimi dəyərləndirilmişdir. Doğrudur, əslində ən adi kağız parçası həmin kağız parçası üzərində ən adi adamın yazdığı ən adi məktub belə özlüyündə mədəniyyət hadisəsidir. Lakin indiki halda kompyuter vasitəsi ilə yazılan internetlə istənilən ünvana göndərilən məktublar kəmiyyət keyfiyyət cəhətdən keçmişdə yazılanları dəfələrlə üstələmişdir. İndiki virtual sənət adi yazışma nümunələrini rahatca böyük mədəniyyət hadisəsinin tərəddüdsüz-filansız hissəsi kimi qəbul etmək lazımdır. elə buradaca vurğulamaq istərdik ki, sivilizasiya təkcə insanın yer üzündə qurub-yaratdıqlarını deyil, onunyerdənkənarfəaliyyətini qapsayır, ehtiva edir. Yəni bu, əslində noosferi əhatə edən bir hadisədir.

 

(davamı növbəti sayımızda)

 

 

Firuz MUSTAFA

 

Mərkəz.- 2011.-16 mart.-S.15.