Kitabxana işçiləri alimiər mükafatlandırıldı

 

Dünən AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"na və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"na uyğun olaraq, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş "Kitabxanaşünaslıq, bibli-oqrafiyaşünaslıq və kitabşünaslıq üzrə elmi-tədqiqat işlərinin Ümumrespublika müsabiqəsi"nin yekunları ilə bağlı tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə AMEA-nın əsas binasında ümummilli lider Heydər Əliyevin büstünü ziyarət ediblər. Sonra AMEA-nın müstəqillik illərində əldə etdiyi elmi nailiyyətlərə həsr olunmuş sərgi nümayiş olunub. Tədbiri giriş sözü ilə açan AMEA MEK-in direktoru, Münsiflər Heyətinin üzvü, fılologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli qonaqları salamlayaraq müsabiqə barədə ətraflı məlumat verib. O, müsabiqənin keçirilməsinin respublikada kitabxana işinin modernləşməsinə imkan verən yeni peşəkar təfəkkürün formalaşdırılmasına və kitabxana-informasiya müəssisələrinin fəaliyyətinin yeni strategiya üzrə inkişafına əhəmiyyətli töhfələr vermiş alim və mütəxəssislərin elmi-tədqiqat fəaliyyətinin və yaradıcı fıkrinin aktivləşdirilməsinə yönəldildiyini bildirdi. A.Kəngərli-Əliyeva AMEA Rəyasət Heyəti və AMEA MEK-in birgə təşkilatçılığı ilə həyata keçirilən müsabiqədə 30-a yaxın müəllifin iştirak etdiyini nəzərə çatdırıb: "Müsabiqəyə təqdim olunan işlər monoqrafıya, metodiki və biblioqrafık vəsait, biblioqrafık göstərici, buklet, innovasiya xarakterli tədris proqramı, dərslik, yeni metodika və texnologiyalar olub". Münsiflər Heyətinin sədri, AMEA prezidenti, akademik Mahmud Kərimov xatırladıb ki, prezident İlham Əliyevin sərəncamına əsasən, MEK üçün yeni tipli bina inşa olunacaq: "Dövlət başçısının sərəncamına əsasən, həyata keçiriləcək bu proses bütövlükdə ölkəmizdə elmə, təhsilə, kitabxana işininin inkişafına böyük töhfədir. Kitabxanamız üçün yaradılacaq yeni infrastruktur, tətbiq ediləcək yeni avadanlıq, yeni texnologiyalar, heç şübhəsiz ki, çoxsaylı alim auditoriyasına xidmətin səviyyəsini xeyli yüksəldəcək". Sonra M. Kerimov müsabiqənin nəticələrini elan edib. Münsiflər Heyətinin qərarına əsasən, qaliblər 11 nominasiya üzrə diplomlarla təltif olunub. Kitabxanaşünaslıq üzrə ən yaxşı elmi-tadqiqat işinə görə Bakı Dövlət Universitetinin professoru Abuzər Xələfov; biblioqrafiya üzrə ən yaxşı elmi-tədqiqat işinə görə AMEA MEK-in əməkdaşı G.Bağırova; ən yaxşı dərs vəsaitinə görə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı Xəlil İsmayılov; kitabxana işinin tarixi sahəsində ən yaxşı elmi-tədqiqat işinə görə M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov; ən yaxşı mövzu biblioqrafik göstəricisinə görə AMEA MEK-in əməkdaşı Q.Cəfərova; ən yaxşı dərsliyə görə BDU-nun müəllimi Sahib Rzayev; ən yaxş, məlumat nəşrinə görə M.F.Axundov adına Milli Kitabxanası; kitabxanalarda innovasiya fəaliyyətinin təşkili sahəsində ən yaxşı elmi-tədqiqat işinə görə Kəmalə Məmmədova; kitabxana proseslərinin avtomatlaşdmlması sahəsində ən yaxşı elmi-tədqiqat işinə görə İradə Tuliyeva; ən yaxsı şəxsi biblioqrafik göstəriciyə görə isə AMEA MEK-in direktor müavini F.Hüseynova diplomlarla təltif ediliblər.

science.gov.az saytının məlumatına görə, tədbirdə akademik Mahmud Kərimov kitabxanaşünaslıq elminin inkişafındakı mühüm xidmətlərinə görə; f.e.d. A.Əliyeva-Kəngərli isə kitabxanaşünaslıq üzrə ən yaxşı elmi tədqiqat işinə görə mükafatlandırılıblar. Tədbirdə çıxış edən Münsiflər Heyətinin üzvləri akademiklər Nailə Vəlixanlı, Bəkir Nəbiyev və AMEA-nm müxbir üzvü Teymur Kərimli keçirilən müsabiqənin əhəmiyyətidən söz açıblar.

 

 

Mərkəz.- 2011.- 25 may.- S. 15.