Paytaxtda gəlinciklərin yarışı baslan

 

Qalibiyyət uğrunda l6 ölkənin gəlinciyi mübarizə aparacaq

 

 Dünən paytaxt Bakıda I Beynəlxalq Kukla Teatrları Festivalının açılış mərasimi oldu. Bu məqsədlə Dövlət Kukla Teatrında mətbuat konfransı keçirildi. Qeyd edək ki, festivalın təşkilatçılığı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, UNİMA Beynəlxalq Kukla Teatrları Assosiasiyası, TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatıdır.

Bildirildi ki, festival «Azərbaycan Teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramına uyğun olaraq noyabr ayının 1-dən 6-dək Bakıda baş tutacaq festival Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunur. Festival çərçivəsində 16 ölkədən 20-dən çox kukla teatrı A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı, «Bəbək» Televiziya Teatrı, Böyük Britaniyadan «Kağız kino», Rumıniyadan «Qonq», İspaniyadan «Pley Ground», Türkiyədən «Pəmbə qurbağa», İordaniyadan «Arab Rey», Avstriyadan «Fiqur», Gürcüstandan «Budruqana» və «Multi-pulti dünyası», Misirdən «Vel ya Vel», Başqırdıstandan «Qursaq», İran İslam Respublikasından «Saina», Litvadan «Lele», Tatarıstandan «Ekiyat», Estoniyadan Rauf Avşar Teatrı, Özbəkistandan Xorezm Vilayət Kukla Teatrı, Ukraynadan Poltava Akademik Vilayət Kukla Teatrı, Çuvaşiyadan Çeboksan Dövlət Kukla Teatrı, Həştərxandan Dövlət Kukla Teatrı, Qazaxıstandan Petropavlovsk Dövlət Kukla Teatrı çıxış edəcəklər. Noyabr ayının 2-də saat 10.00-16.00-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında «Şərq və Qərbin kukla dünyası: ideya, təşəkkül, texnika» adlı elmi-simpozium keçiriləcəkdir. Simpoziumda nüfuzlu beynəlxalq teatr təşkilatlarının rəhbərləri - UNİMA-nın baş katibi Jacques Trudeau (Paris), UNİMA-nın vitst prezidenti Stanislav Dubrava (Çexiya), ASSİTEJ-in prezidenti İvetta Hardi (Cənubi Afrika), Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasının Baş katibi Mişel Vais (Kanada), BTİ-nin yaxın şərq ölkələri üzrə koordinatoru İbrahim Assiri (Səudiyyə Ərəbistaru), Fuceyra Beynəlxalq Monodram Festivalının direktoru Məhəmməd Saif əl Alkham (BƏƏ), İliya Universitetinin rektoru Levan Xetaquri (Gürcüstan) iştirak edəcəklər. Azərbaycan Dövlət Kukla Teatrında 2-6 noyabr tarixlərində saat 14.00-da Böyük Britaniya, İspaniya, Türkiyə, Avstriya kukla teatrları mütəxəssislərinin iştirakı ilə ustad dərslərinin də keçiriləcəyini öyrəndik.

 

 

Cəvahir Səlimqızı

 

Mərkəz.- 2011.- 2 noyabr.- S. 11.