Şimali Kiprdə “Azərbaycan-Türkiyə: ortaq tariximiz və gənclər” mövzusunda elmi-praktik konfrans keçirildi

 

Konfransda Azərbaycan millət vəkilləri Gülər Əhmədova və Musa Qasımlı çıxış ediblər

 

Ölən heç vaxt torpaq ola bilməz. Ölən şüur idea ola bilər. qədər ki, bu ideya, şüur bizim beynimizdədir, torpaqlarımız işğal olunsa da, biz onları itirməmişik”.

Bu sözlər dünən Şimali Kipr Türk Cümhuriyyəti Doğu Akdeniz Universitetində universitetin Azərbaycan Cəmiyyəti tərəfindən keçirilənAzərbaycan-Türkiyə: ortaq tariximiz gənclərelmi-praktik konfransında iştirak edən Azərbaycan millət vəkili Gülər Əhmədova tərəfindən səslənib. Bu barədə universitetin Azərbaycan Cəmiyyəti üzrə Mədəniyyət şöbəsinin müdir müavini Cəfər Mənsimi məlumat verib.

Məlumata görə, konfransda 1-5 Noyabr tarixlərində Şimali Kiprdə işgüzar səfərdə olan Azərbaycanın millət vəkili, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr komissiyasının üzvü Respublika Uşaq Təşkilatının sədri Gülər Əmədova tarixçi alim, professor, millət vəkili Musa Qasımlı iştirak ediblər.

Öncə konfrans Azərbaycan Türkiyənin dövlət himnləri ilə açıq elan edilib.

Bundan sonra DAU Azərbaycan Cəmiyyətinin prezidenti Elçin Süleymanov çıxış edərək, keçirilən belə konfransların əhəmiyyətindən söhbət açıb. Bildirildi ki, konfrans tariximizi, mədəniyyətimizi təbliğ etmək gənclərin dünyagörüşünü artırmaq məqsədi ilə keçirilir.

Daha sonra söz millət vəkili Gülər Əhmədovaya verilib. Millət vəkili elmi-praktik konfransdaAzərbaycan-Türkiyə münasibətləri bu münasibətlərin inkişaf etdirilməsində gənclərin rolumövzusunda çıxış edib. Millət vəkili Gülər Əhmədova öz çıxışında Azərbaycanın xarici siyasəti, diaspor fəaliyyəti, gənclərin dövlətçiliyin möhkəmləndirilməsindəki rolu, elmi, təhsili mədəniyyəti barədə ətraflı danışıb. Millət vəkli azərbaycanlı gəncləri xaricdə bir arada görməsindən onların qarşısında çıxış etməsindən zövq aldığını bildirib. O, öz çıxışında gəncləri tariximizə biganə yanaşmamağa, harada olduqlarından asılı olmayaraq, milliyətçi olmağa, mədəniyyətimizi layiqincə təmsil etməyə səsləyib: “Arzu edirəm ki, tələbəlik həyatınızı çox faydalı keçirəsiniz. Burada Azərbaycanın adını yüksəklərə qaldırmaq üçün əlinizdən gələni edəsiniz. Maddiyyat gedən gələndir. Geriyə qayıda bilməyən bir şey isə insanın arzusudur. İnsan arzusundan əl çəkdiyi zaman isə arzusu ilə sağollaşır. Azərbaycan Türkiyənin ən böyük xoşbəxtçiliyidir ki, bu dövlətlərə tərcüməçi lazım deyil. Çünki, onlar bir-birlərini çox yaxşı başa düşürlər”.

Bundan sonra tarixçi alim, millət vəkili Musa QasımlıAzərbaycan Türkiyə: ortaq tariximiz gənclərmövzusunda çıxış edib.

Konfransda universitetin prorektoru, professor Məcid Haşempour ilə yanaşı, univeristetin tarix müəllimləri tələbələr yaxından iştirak edib.

Konfrans qarşılıqlı dialoq sual-cavab formatında davam etdirilib. Millət vəkilləri Şimali Kiprdə təhsil alan gənclərin çoxsaylı suallarını cavablandırıblar. Bundan başqa, gənclərin fikir təklifləri dinlənilib.

Sonda Azərbaycan Cəmiyyəti adından millət vəkillərinə təşəkkür edilib.

Konfransın yüksək səviyyədə keçirilməsinə dəstək olduğu üçün millət vəkili Gülər Əhmədova xüsusi təşəkkürnamə ilə təltif olunub.

Tələbələr keçirilən belə tədbirlərin zəruriliyindən söhbət açaraq, gələcəkdə bu cür tədbirlərin tez-tez təşkil olunmasını arzulayıblar.

Görüşdən sonra gənclər bir-biriləri ilə daha sıx münasibət qurmaq imkanı əldə ediblər.

Konfransdan sonra DAU Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə millət vəkili Gülər Əhmədovanın Şimali Kiprdə fəaliyyət göstərən ictimai-siyasi qəzetlərin redaktorları ilə görüşü baş tutub. Millət vəkili Gülər Əhmədova Şimali Kiprdə nəşr olunan ən çox tirajlı qəzetlərin redaksiyalarında olub. “Mərkəz” qəzetinin təsisçisi Şimali Kiprdəki qəzetlərin fəaliyyəti ilə yaxından tanış olub, tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb.

 

 

 Mərkəz.- 2011.- 5 noyabr.- S. 4.