Azərbaycanda Mərakeş Krallığının Mədəniyyət Günləri

 

Ötən ilin 26-31 oktyabr tarixlərində Mərakeş Krallığında Azərbaycan Mədəniyyət Günləri keçirilmişdir. Buna cavab olaraq Mərakeş tərəfi cari ilin 11-13 noyabr tarixlərində Azərbaycanda Mərakeş Krallığının Mədəniyyət Günlərinin keçirilməsini təklif etmişdir.

Azərbaycanda Mərakeş Krallığının Mədəniyyət Günlərinin keçirilməsi ilə əlaqədar qərargah yaradılmış, görüşlərin, sərgi və konsertin yüksək səviyyədə keçirilməsi üçün bütün tədbirlər görülmüşdür.

Noyabrın 12-də Rəşid Behbudov adına Mahnı Teatrında Mərakeş Krallığının Mədəniyyət Günlərinin təntənəli açılış mərasiminin, 12-13 noyabr tarixlərində Muzey Mərkəzində fotomusiqi alətlərindən ibarət sərginin, noyabrın 13-də M.F.Axundov adına Milli Kitabxanada mühazirənin keçirilməsinin, 12-13 noyabr tarixlərində Muzey Mərkəzində Mərakeş filmlərinin nümayişi nəzərdə tutulmuşdur.

 

 

Cəvahir Səlimqızı

 

Mərkəz.- 2011.- 11 sentyabr.- S. 11.