Azərbaycanlı xanəndənin ifası
Fransada birinci oldu
Xanəndə Qoçaq Əsgərovun bu ilin mayında İtaliyanın «Filmay» musiqi şirkəti tərəfindən buraxılan
diski sürətlə
müxtəlif ölkələrə
yayılır. UNESCO-nun eksperti, layihənin təşəbbüskarlarından
olan Sənubər Bağırovanın məlumatına
görə, Fransada bir qrup musiqiçinin
rəyi əsasında
sözügedən disk 2010-cu ilin ən yaxşı
toplusu adını qazanıb. İfaçının digər uğurunun
sorağı Almaniyadan
gəlib. Belə ki,
disk barəsində rəy
bildirən bir neçə mütəxəssis
Azərbaycan musiqisinin
dünya miqyasında tanıdılmasında diskin
əhəmiyyətini vurğulayıblar.
Onlar «Filmay»in layihəsini dəstəkləyiblər.
İngiltərənin mətbuatında isə yazılıb ki, Qoçaq Əsgərovun səs imkanları olduqca genişdir və o, böyük səhnələri
fəth etməlidir.
Qeyd edək ki, sözügedən disk
artıq onlarla ölkənin radio stansiyasında
səslənir. Onu da qeyd edək ki, «Filmay» şirkəti Qoçaq Əsgərovun İtaliya konsertini internetə yükləyərək,
böyük dinləyici
auditoriyasına təqdim
edib.
Diskin satışına gəlincə,
Sənubər xanım
bunları dedi: «Diskin satışı yalnız əcnəbi ölkələrdə nəzərdə
tutulub. Bizim Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi
diskin tirajlanması ilə bağlı müvafiq sənədə
imza atıb. Şirkət
həmin tirajdan nazirliyə diski hədiyyə edib, yəni burada satışı nəzərdə
tutulmayıb. Əgər tələbat
satışı üstələyərsə,
tirajın artırılması
ehtimalı yarana bilər. Qeyd edim ki, İtaliyanın həmin şirkəti diski elektron variantda da satışa çıxarıb».
Sənubər xanım sonda vurğuladı ki, «Filmay»in Azərbaycan musiqisinin təbliğatı ilə
bağlı layihəsi
bununla yekunlaşmır. Layihə çərçivəsində
6 diskin işıq üzü görməsi planlaşdırılıb. Bunlardan 2-si 2
xanəndənin payına
düşür. Qalan
4 diskə aşıq
havaları, instrumental musiqilər
və s. daxil edilib, eyni qaydada
satışa çıxarılacaq».
Cəvahir
Mərkəz.-2011.- 19 noyabr.- S. 11.