Argentina Milli Kitabxanasında Azərbaycanla nağılı nəşrlərdən ibarət fond
yaradılıb
Noyabrın 21-də Argentinanın paytaxtı Buenos-Ayres
şəhərində
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin
bərpasının 20-ci ildönümünün qeyd edilməsi
çərçivəsində akademik, ictimai və mədəni
tədbirlər həftəsi başlayıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən
Merkez.az-a verilən məlumata görə, tədbirlərdə
iştirak üçün millət vəkilləri
Mirkazım Kazımov, Asim Mollazadə, Ceyhun Osmanlı, Azərbaycan
Respublikasının Prezidenti yanında Strateji
Araşdırmalar Mərkəzinin direktor müavini
Gülşən Paşayeva və Xarici İşlər
Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevdən
ibarət nümayəndə heyəti Argentinaya səfər
edib. Argentina Milli Kitabxanasında Azərbaycan haqqında nəşrlərdən
ibarət fondun yaradılması ilə bağlı təqdimat
mərasimi keçirilib, Mərasimi giriş sözü ilə
açan səfir Məmməd Əhmədzadə Argentina
Milli Kitabxanası kimi Latın Amerikasının aparıcı
elmi, intellektual və mədəni mərkəzlərindən
birində Azərbaycan haqqında müxtəlif dillərdə
çap olunmuş nəşrlərdən ibarət fondun
yaradılmasını vacib hadisə kimi qiymətləndirib.
O, səfırlik tərəfindən Argentina Milli
Kitabxanasına hədiyyə olunan 100-dən artıq müxtəlif
dillərdə kitab, jurnal və materiallardan ibarət nəşrlərin siyahısını Heydər Əliyev
Fondu tərəfindən nəşr olunmuş "Azərbaycan"
kitabı ilə birlikdə Milli Kitabxananın prezidenti,
Argentinanın tanınmış sosioloqu və ictimai xadimi
Horasio Qonzalesə təqdim edib. Azərbaycan nümayəndə
heyəti adından çıxış edən A.Mollazadə
Azərbaycanın
tarixən müxtəlif sivilizasiyaların qovşağında yerləşən
çoxmədəniyyətli bir ölkə olmasından,
ölkənin qədim və zəngin tarixi-mədəni irsindən
danışaraq bu gün də Azərbaycanın
sivilizasiyalararası dialoqa, habelə Xəzər bölgəsi
ilə Avropa arasındakı əməkdaşlığa
verdiyi töhfələrdən bəhs edib.
Tədbirdə Azərbaycanla bağlı fonddakı nəşrlərin
nümayişi, Azərbaycanın görməli yerlərinin
foto-sərgisi və Azərbaycan milli mətbəxi təqdim
olunub.
Səxavət
Mərkəz.- 2011.- 24 noyabr.- S. 12.