Gülər Əhmədova: “Ən böyük amnistiya aktı Mehriban Əliyevanın adı ilə bağlıdır”

 

Azərbaycanda səfərdə olan Pakistanın məşhur jurnalisti Raja Əmir Mahmud Bhattini Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədovadan müsahibə alıb

 

Merkez.azhəmin müsahibəni təqdim edir:

 

- Gülər xanım, siz həm millət vəkili, həm Respublika Uşaq Təşkilatının sədri, həm də media qurumunun rəhbərisiniz, eyni zamanda, elmi və pedaqoji fəaliyyətlə məşğulsunuz, bütün bunların hamısını eyni vaxtda necə görürsünüz?

- Mən millət vəkili olmamışdan əvvəl də Respublika Uşaq Təşkilatının rəhbəri idim, Gənclər və İdman Nazirliyində çalışmışdım. Mərhum prezident Heydər Əliyevin diqqəti sayəsində onun rəhbərlik etdiyi partiyaya üzv oldum və siyasətə gəldim. O dövrdə Heydər Əliyevin siyasətə gətirdiyi kifayət qədər insan var idi və demək olar ki, bütün siyasi irsi Heydər Əliyev formalaşdırdı. 1995-1998 və 2003-cü illərdə Azərbaycan siyasi həyatı siyasi əqidə döyüşünə çevrildi. Çox şadam ki, hər zaman durduğum yerdəyəm və inanıram ki, siyasi fəaliyyətimin sonuna kimi Heydər Əliyev ideyalarının daşıyıcısı olaraq qalacağam. Şübhəsiz ki, “Mərkəz” qəzeti də, elmi-pedaqoji fəaliyyətim də davam etdi, illər ərzində həm “Mərkəz” qəzeti böyüdü, həm də elmi-pedaqoji fəaliyyətim genişləndi. Fiziki baxımdan çətin olsa da, əsası ruhən bu məsələləri qaldırmağı bacarmaqdır. Eyni zamanda, bizim çox gözəl komandamız var və sevinirəm ki, komandamıza gənclər gəlib. İnanıram ki, bu işləri gələcəyə apara biləcəyik.

- Siz Respublika Uşaq Təşkilatının sədrisiniz. Ölkədəki uşaq problemləri ilə məşğulsunuz, ümumiyyətlə, ölkənizdə uşaqlarla bağlı hansı problemlər var? Bu problemlərin həllində bir təşkilat sədri olaraq fəaliyyətiniz nədən ibarətdir?

- Milli Məclis, Prezident Administrasiyası, hər bir nazirliyn özünün rəsmi mətbuat orqanları var. Azərbaycanda bir çox Avropa ölkələrində görünməyən qəzet bolluğu var. Təəssüf ki, bu daha çox sarı mətbuatdır. Bu gün Azərbaycanda fəaliyyət göstərən Mətbuat Şurası bu cür mətbuat orqanları ilə mübarizə aparmağa çalışır. Bir çox hallarda bu mətbuat orqanları müxtəlif dövlətlər tərəfindən maliyyələşir və Azərbaycan Prezidenti, nazirləri, millət vəkilləri barədə dezinformasiya yazmaqla məğul olurlar. Təəssüf ki, bu, Avropa Şurası tərəfindən bir çox hallarda müdafiə olunur və Azərbaycana təzyiq vasitəsi kimi istifadə olunur. Birmənalı şəkildə bu, Avropa və Qərbdə erməni lobbiçiliyinin gördüyü böyük işin nəticəsidir. Hər kəsə məlumdur ki, Avropanın bir sıra ölkələrində çox güclü erməni diasporası var. Şübhəsiz ki, bu Dağlıq Qarabağla bağlı olan siyasətdir. Azərbaycanı “maraqlı ölkə” edən fakt neft faktorudur. Təbii sərvətlərimizə bu və ya digər formada şərik olmaq üçün çalışan qüvvələr də bu cür metodlardan istifadə edirlər.

Beləliklə, Azərbaycan jurnalistləri özləri də bilmədən Azərbaycanın həm iqtisadi, həm də siyasi maraqlarını satmış olurlar. Əlbəttə, biz bu hallarla mübarizə aparırıq. Amma o da faktdır ki, müxtəlif dövlətlərin xüsusi xidmətləri burada mətbuatı ciddi surətdə maliyyələşdirir. Konkret fakt olaraq, bir neçə il bundan əvvəl Ukrayna və Gürcüstanda baş verən inqilabları Azərbaycana transfer etmək cəhdləri və son dövrlərdə də Ərəb baharının Azərbaycana gətirmək arzusu var. Tam əminliklə, deyə bilərəm ki, bu mümkün deyil. Çünki Azərbaycan prezidenti və onun siyasətinin xalq arasında çox böyük dəstəyi var. Xüsusilə Azərbaycan xalqının rəğbətini qazanmış ölkənin birinci xanımının adını çəkmək lazımdır ki, Mehriban Əliyeva bu gün Azərbaycanda ən böyük xeyirxah işlərə imza atmış millət vəkilidir. Ən böyük amnistiya aktı onun adı ilə bağlıdır. Eyni zamanda da, uşaqlar üçün Azərbaycanda yaranmış bütün şərait onun adı ilə bağlıdır.

- Siz həm də media qurumunun rəhbərisiniz. Pakistanda Azərbaycan mətbuatı çox az oxunur. Bu istiqamətdə fikrinizi bilmək istərdim. Dövlət mətbuatı ilə özəl mətbuat arasında fərq nədir?

- Milli Məclis, Prezident Administrasiyası, hər bir nazirliyin özünün rəsmi mətbuat orqanları var. Azərbaycanda bir çox Avropa ölkələrində görünməyən qəzet bolluğu var. Təəssüf ki, bu daha çox sarı mətbuatdır. Bu gün Azərbaycanda fəaliyyət göstərən Mətbuat Şurası bu cür mətbuat orqanları ilə mübarizə aparmağa çalışır. Bir çox hallarda bu mətbuat orqanları müxtəlif dövlətlər tərəfindən maliyyələşir və Azərbaycan prezidenti, nazirləri, millət vəkilləri barədə dezinformasiya yazmaqla məşğul olurlar. Təəssüf ki, bu Avropa Şurası tərəfindən bir çox hallarda müdafiə olunur və Azərbaycana təzyiq vasitəsi kimi istifadə olunur. Birmənalı şəkildə bu Avropa və qərbdə erməni lobbiçiliyinin gördüyü böyük işin nəticəsidir. Hər kəsə məlumdur ki, Avropanın bir sıra ölkələrində çox güclü erməni diasporası var. Şübhəsiz ki, bu Dağlıq Qarabağla bağlı olan siyasətdir. Azərbaycanı “maraqlı ölkə” edən fakt neft faktorudur. Təbii sərvətlərimizə bu və ya digər formada şərik olmaq üçün çalışan qüvvələr də bu cür metodlardan istifadə edirlər.

Beləliklə, Azərbaycan jurnalistləri özləri də bilmədən Azərbaycanın həm iqtisadi, həm də siyasi maraqlarını satmış olurlar. Əlbəttə, biz bu hallarla mübarizə aparırıq. Amma o da faktdır ki, müxtəlif dövlətlərin xüsusi xidmətləri burada mətbuatı ciddi surətdə maliyyələşdirir. Konkret fakt olaraq bir neçə il bundan əvvəl Ukrayna və Gürcüstanda baş verən inqilabları Azərbaycana transfer etmək cəhdləri və son dövrlərdə də Ərəb baharının Azərbaycana gətirmək arzusu var. Tam əminliklə, deyə bilərəm ki, bu mümkün deyil. Çünki Azərbaycan prezidenti və onun siyasətini xalq arasında çox böyük dəstəyi var. Xüsusilə Azərbaycan xalqının rəğbətini qazanmış ölkənin birinci xanımının adını çəkmək lazımdır ki, Mehriban Əliyeva bu gün Azərbaycanda ən böyük xeyirxah işlərə imza atmış millət vəkilidir. Ən böyük amnistiya aktı onun adı ilə bağlıdır. Eyn zamanda da uşaqlar üçün Azərbaycanda yaranmış bütün şərait onun adı ilə bağlıdır.

- “Mərkəz” qəzeti, sayt və televiziyanızda nə qədər işçiləriniz var? Hansı dillərə üstünlük verirsiniz?

- Bizdə iki tip işçilər var. Daimi işləyən və əməkdaşlıq edənlər. Bu baxımdan işçilərin sayı daim dəyişir. Azərbaycan dilindən başqa rus və ingilis dillərinə üstünlük veririk. Eyni zamanda, dünyada baş verən son hadisələrlə bağlı Ərəb televiziya və mətbuatını izləyən əməkdaşlarımız var.

- Siz parlamentdə Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvüsünüz, Azərbaycanla Pakistan arasında əlaqələri necə qiymətləndirirsiniz?

- Azərbaycanın xarici siyasətinin prioriteti uzun illərdir ki, Qarabağın azad olunması və Azərbaycanın suverenliyinin tam bərpa olunması məsələsidir. Qoşulmama hərəkatının üzvüyük. Heç bir dövlətin şəxsi işinə qarışmaq fikrində deyilik. Lakin birmənalı şəkildə 1 milyon qaçqının geri qayıtması və sərhədlərimizin bərpası üçün bu siyasəti sona qədər davam etdirəcəyik.

- Hazırda Azərbaycanın xarici siyasətinin prioritet istiqamətləri nədir?

-Azərbaycanın xarici siyasətin prioriteti uzun illərdir ki, Qarabağın azad olunması və Azərbaycanın suverenliyinin tam bərpa olunması məsələsidir. Qoşulmama hərəkatının üzvüyük. Heç bir dövlətin şəxsi işinə qarışmaq fikrində deyilik. Lakin birmənalı şəkildə bir milyon qaçqının geri qayıtması və sərhədlərimizin bərpası üçün bu siyasəti sona qədər davam etdirəcəyik.

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət necədir? Hansısa irəliləyiş varmı?

- Bilirsiniz ki, Dağlıq Qarabağ münaqişəsi ilə ATƏT-in Minsk Qrupu, 3 dövlət – Fransa, Rusiya və ABŞ məşğul olur. Minsk Qrupunun işindən Azərbaycanda hər kəs narazıdır. Çünki konfliktin həll olunmasında heç bir real addım yoxdur. Bu da birmənalı şəkildə Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə bağlıdır. Bir neçə həftə əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. Çalışacağıq ki, iştirakımızdan bu məsələ ilə bağlı maksimum yararlanaq. Eyni zamanda, o da faktdır ki, BMT-nin 4 qətnaməsinin olmasına və Ermənistanın aqressiv dövlət kimi tanınmasına baxmayaraq, bu gün heç bir beynəlxalq təşkilat tərəfindən konkret addımlar atılmır.

- Azərbaycan qadınlarının bugünkü durumu, sosial vəziyyəti, təhsil, karyera və işə yanaşmaları barədə sizin fikrinizi öyrənmək istərdim. Bildiyim qədəri ilə Mehriban xanım, eləcə də siz və digər qadınlar siyasətdə, cəmiyyətdə kifayət qədər aktiv və nüfuza malik şəxsiyyətlərsiniz.

- Azərbaycan qadınının bugünkü vəziyyəti, şübhəsiz ki, bütün Şərq qadınlarına nümunə ola bilər. Eyni zamanda, bu gün Azərbaycan qızlarının erkən nikah problemləri də var. Bu, bizim diqqətimizdə olan çox ciddi məsələdir. O baxımdan da qanunlarda olan nikah yaşını daha yuxarı həddə qaldırdıq. Xüsusi hallarda əvvəllər qızlar üçün 16 yaşda ailə həyatı qurmağa icazə verilirdisə, hazırda bu hal tamamilə aradan götürülüb. 18 yaşı tamam olmayan heç bir şəxs evlənə bilməz. Bu cür addım atan valideynlər də ciddi surətdə cəzalandırılır. Bu gün Azərbaycanda qızların təhsili ilə bağlı daha maraqlı fakt ondan ibarətdir ki, xaricdə təhsil alan gənclərin böyük bir hissəsi qızlardır. Hər zaman çalışıram ki, rəhbərlik etdiyim təşkilatlarda qızların sayı çox olsun. İstənilən dövlətin gələcəyi onun gənc nəsli ilə bağlıdır.

 

 

Nərgiz Ehlamqızı

 

Mərkəz.- 2011.- 29 noyabr.- S. 3.