Zorakılığa
yox deyək! – “Mərkəz”dən yeni kampaniya
Zorakılıq nədir?
Zorakılıq bir kəsin öz gücündən,
yaxud xidməti vəzifəsindən istifadə edərək
başqalarını qəsdən (təsadüfi yox) incitməsidir.
Zorakılığa ondan qorxu, zərər vura biləcək hərəkətlər
və bu kimi digər hallar daxildir. Bura insanların əqli
inkişafı, ümumi sağlamlığı və
rifahı, həmçinin fiziki sağlamlığı
daxildir. Zorakılığa habelə, insanların özlərinə
bilərəkdən zərər verməsi, o cümlədən
özünəqəsd də daxildir.
Gizli, məlumat verilməyən zorakılıq
Zorakılıq bir kəsin öz gücündən,
yaxud üstün mövqeyindən başqalarını qəsdən
(təsadüfi yox) incitmək üçün istifadə etməsidir.
Zorakılığa, zorakılıq hədələri, zərər
vura biləcək hərəkətlər daxildir. Bu
insanların sağlamlığına olduğu kimi, onların
əqli inkişafına, ümumi sağlamlığına və
rifahına vurulmuş zərər ola bilər. Zoraklığa
habelə, insanların özlərinə bilərəkdən
zərər verməsi, o cümlədən özünəqəsd
halları da daxildir. Artıq hökumətlər
uşaqları zorakılığın bütün
formalarından qorumaq barədə razılığa gəliblər.
Lakin uşaqların öz əhvalatları və müxtəlif
mənbələrdən əldə edilmiş tədqiqatlar
onu göstərir ki, görülən işlər kifayət
deyil və bir çox zorakılıqlar barədə hələ
də məlumat verilmir.
Zorakılığın gizli
qalmasının çoxlu səbbəbləri vardır. Məsələn:
Qorxu – bir çox uşaqlar zorakılıq barədə
məlumat verməkdən qorxur. Bəzən isə ailə
üzvlərinin zorakılıq barədə xəbəri
olur, lakin bu barədə məlumat vermirlər. Çünki,
bu valideyn və ya hökümlü şəxslər tərəfindən
törədilir və onlar bunu təkrar edə bilərlər.
Ləkə – uşaqlar qorxurlar ki, əgər
başqaları zorakılıq haqda bilsələr, nəticədə
onlar günahlandırılacaq və ya təcrid olunacaqlar. Bir
çox yerlərdə zorlanma hadisəsi baş verəndə
icma və hətta onun öz valideynləri onlara ləkə gətirdiyinə
görə qızı günahkar bilirlər.
“Normal hal”- bəzən zorakılıq bir sıra
işlərlə məşğul olarkən “normal hal”
sayılır. Məsələn, nizam-intizam, hədələmə
və cinsi məqsədlərlə narahat etmə zamanı
insanlar belə zorakılıqdan istifadə edirlər.
Məlumat verilməyən – bəzən uşaqlar və
böyüklər hüquq-mühafizə orqanlarına
inanmır, yaxud zorakılıq baş verərkən sadəcə
olaraq müraciət etməyə hüquq-mühafizə
orqanı yoxdur.
Qeydə alınmayan – hətta zorakılıq haqda məlumat
verilsə də, o heç bir sənəddə
saxlanılmır və nəticədə heç kim problemin
dərəcəsini bilmir. Bu ən çox həbsxana,
islahedici müəssisələr və kimsəsiz uşaq evləri
kimi müəssisələrdə baş verir.
Zorakılıq
uşaqlara necə təsir edir?
Zorakılığın uşaqlara uzun illərdən
sonra da hiss olunacaq qədər çox təsiri var. Bu təsirlərə
aşağıdakılar aid edilə bilər.
Beynin inkişafında dəyişikliklər, xəsarət
almalar, sınıqlar kimi fiziki sağlamlıq problemləri;
Digər insanlarla münasibət qurmaqda çətinliklər;
Öyrənmə problemləri;
Öz hisslərini digər insanların başa
düşəcəyi tərzdə ifadə etməkdə
çətinliklər;
Həyəcan, depressiya, aqressiya, yaxud özünə və
ya digərinə qəsd etməyi istəmək kimi emosional
sağlamlıq problemləri;
Narkotik maddələrdən istifadə və
erkən yaşlarda cinsi əlaqədə olmaq kimi təhlükəli
işlərə meyillənmək.
Valideynləri və ya ailə üzvlərinin yanında
təhlükədən uzaq olduğunu və onlar tərəfindən
sevildiyini hiss etdikdə, dostları tərəfindən onlara dəstək
təklif olunanda cinayət törətməyə və
narkotik maddə kimi təhlükəli şeylərə
şirnikləndirilmədikdə zorakılığın
uşaqlar üçün yaratdığı uzunmüddətli
problemlər daha az olar.
Zorakılıq
harada baş verir?
Zorakılığa dair Tədqiqat
zorakılığın qeydə alındığı qurum və
yerlərin aşağıdakılar olduğunu aşkara
çıxardı:
Evdə;
Məktəblərdə, yaxud digər təhsil müəssisələrində;
Müəssisələrdə – uşaq evləri, həbsxanalar
və yaxud islahedici müəssisələrdə;
İş yerlərində;
İcmada;
Bu baxımdan
nə etmək olar?
Bəzi şeylər vardır ki, onlar
uşaqlara qarşı zorakılığın
azaldılmasına kömək edir. Əgər böyüklər necə yaxşı
valideyn olmağı, uşaqları ilə möhkəm
qohumluq tellərini formalaşdırmağı və
zorakılıqdan istifadə etmədən intizamı kursundan
öyrətməyi bacararlarsa, zorakılığa məruz
qalan uşaqlar daha az olar. İşçi
heyəti və şagirdlər üçün
zorakılıq və ayrıseçkiliyin yolverilməz
olduğu barədə müfəssəl qaydalar tətbiq
olunarsa, məktəblərdə zorakılıq azaldıla bilər.
Nəticə etibarilə, bütün böyüklər və
uşaqlar münaqişə və ayrıseçkilik olmadan,
mehriban şəraitdə yaşasa, cəmiyyətdə
zorakılıq da az olar.
Uşaqlara qarşı bütün zorakılıq
halları dayandırılması üçün
görüləcək tədbirlərə aid çoxlu
nümunələr var. Lakin bu tədbirlər hər yerdə
həyata keçirilmədiyinə görə, belə
yaxşı nümunələr ancaq az
sayda uşaqlara kömək edir. Bir çox yerlərdə
uşaqlar zorakılığa gündəlik olaraq məruz
qalırlar. Hər yerdə uşaqlara
qarşı zorakılığa son qoymaq məqsədilə
bütün ölkələrin birgə işə mütəmadi
dəstək verməsi lazımdır.
Zorakılığa qarşı
görülən tədbir ayrıca uşağa yönəldikdə,
veriləcək qərarlar həmin uşağın ən
yaxşı maraqlarını nəzərə
almalıdır. Bu, zorakılığın, yaxud onun təsirlərinin
qarşısını almağa çalışmaq deməkdir,
uşaq üçün vəziyyəti daha da pisləşdirə
bilən tədbirlər görmək deyildir.
Ailə daxilində baş verən
zorakılıq adətən “şəxsi” sayılır və
kənar adamlar başqalarının işlərinə
müdaxilə etmək istəmirlər. Lakin hər bir
uşağın hüququna olan hörmət, ləyaqət və
fiziki sağlamlıq evin qapısında dayanmır. Hökumətlər, evdən kənarda olduğu kimi
uşaqların evdə də qorunması üçün məsuliyyət
daşıyırlar.
Ev və ailədə uşaqlara
qarşı zorakılıq
Ev hər kəsin qorxu yeri yox,
özünü təhlükəsiz şəraitdə və
ehtiram hiss edəcəyi yer olmalıdır. BMT Uşaq Hüquqları
üzrə Konvensiyası nəzərdə tutur ki, hökumətlər
uşaqların qayğı ilə əhatə
olunmasını və valideynləri, yaxud digərləri tərəfindən
törədilən zorakılıq, təhqir və
etinasızlıqdan qorunmasına təminat verməlidir.
Ailə hər kəs, xüsusilə uşaqlar
üçün inkişaf etdiyi və özünü təhlükəsiz
hiss etdiyi təbii yerdir. Lakin dünyada bir çox uşaqlar
üçün ev heç də təhlükəsiz
yer deyil. Ailədə olan zorakılıq tez-tez
gizlədilir. Hətta uşaqlar
zorakılıq barədə danışmağa
çalışsa da, böyüklər bunun baş verməsini
inkar edə bilər.
Evdə və
ailədə hansı zorakılıq növləri baş
verir?
Körpə uşaqlara
qarşı zorakılıq – Bu uzunmüddətli
sağlamlıq probleminə, hətta ölümə səbəb
ola bilər. Məsələn, körpə
uşağı silkələmək beyin zədələnməsinə,
yaxud ölümə səbəb ola bilər.
Fiziki
zorakılıq – Uşaqlara qarşı bir çox fiziki
zorakılıqlar ölümə, yaxud uzunmüddətli zədəyə
səbəb olur. Bu adətən
uşaqların davranışını düzəltmək
üçün istifadə edilir. Kobud rəftar
və cəza dünyanın hər yerində baş verir.
Lakin uşaqlar bildirirlər ki, fiziki və
alçaldıcı cəzalarsız da onlar kifayət qədər
intizamlı olarlar. Yalnız 16 ölkənin
qanunu evdə uşağa qarşı fiziki cəzanı
qadağan edir.
Emosional
zorakılıq – Ailələr uşaqları cəzalandırmaq
üçün fiziki zorakılıqdan başqa emosional
zorakılıqdan da tez-tez istifadə edirlər. Təhqir, söyüş, hədələmə,
uşağı rədd və ya inkar etmək-bunlar da
zorakılıq formalarındandır.
Etinasızlıq
– Bu o deməkdir ki, ailələr uşaqların təhlükəsiz
və sağlam böyüməsi üçün lazım
olan hər şeyi və onları təhlükədən
qorumağı təmin edə bilmirlər. Qızlar və əlil uşaqlar etinasızlıq təhlükəsi
ilə daim üz-üzədirlər.
Cinsi zorakılıq – Uşaqlar çox
vaxt ailədəki kişilər və oğlanlar tərəfindən
cinsi əlaqəyə məcbur edilir, döyülür və
narahatlıq doğuran toxunmalara məruz qalır.
Erkən
nigah – Dünyada 82 milyon qiz 18 yaşına
çatmamış evlənmişdir. Onların
bir çoxu daha gəncdir və yaşlı adamlarla evlənməyə
məcbur edilir. Nəticədə onlar məcburi
cinsi əlaqə daxil olmaqla digər zorakılıq halları
ilə qarşılaşa bilərlər.
Zərərli
adət-ənənələr – Uşaqlara qarşı
zorakılığı özündə cəmləşdirən
bir neçə ənənəvi adətlər mövcuddur.
Ev və ailə
Evdəki zorakılığa şahidlik –
dünyada 133-275 milyon uşaq evdə zorakılığın
şahidi olur (adətən valideynlərin öz aralarında
olan zorakılıq). Belə zorakılıq halları uşaqların həyatı
boyu hissiyyatına, inkişafına və digər insanlarla əlaqə
qurmasına təsir edir. Əgər ailədə
qadınlara qarşı zorakılıq törədilirsə,
elə ailələrdə uşaqlar da zorakılığa məruz
qalır.
Valideynlər, ögey valideynlər, qəyyum valideynlər,
qardaşlar, bacılar, qohumlar və uşaqların
qayğısına qalan digər insanlar evdə uşaqlara edilən
zorakılığa cavabdeh ola bilər.
Evdə
zorakılığa kimlər məruz qalır?
Zorakılıq varlı, yaxud kasıb,
hansı etnik qrupa mənsub olmasından və yaşından
asılı olmayaraq hər bir uşağa qarşı baş
verə bilər. Ümumiyyətlə, dünyada ən geniş
yayılmış zorakılıq forması fiziki
zorakılıqdır. Uşaqlar kimi
körpə və südəmərlər də öz
valideynləri, yaxud onların qayğısına qalan insanlar tərəfindən
döyülə bilər.
Oğlanların da cinsi
zorakılığa məruz qalmasına baxmayaraq, qızlar
bundan daha çox əziyyət çəkir. Təcrübə sübut
edir ki, qızlar daha çox zərərli adət-ənənələrin
qurbanı olur. Dünyanın bəzi yerlərindən
oğlanlara nisbətən daha az qız
etinasızlıq, habelə zorakılıq nəticəsində
sağ qalır. Əlilliyi olan uşaqlar da belə
zorakılığa, xüsusilə rədd edilməyə məruz
qalırlar.
Zorakılıq ona görə baş verir
ki, valideynlər fiziki cəzanı uşaqların təhsili və
böyüdülməsində vacib amil hesab edirlər, yaxud
ona görə ki, onlar digər üsullardan məlumatsızdırlar.
Nə edilməlidir?
Valideynlər uşaqlarının
böyüdülməsində həmişə əsas məsuliyyəti
vətəndaş olmalı və hökumətlər onlara
yardım etmək üçün
aşağıdakıları etməlidir.
Uşaqların qayğısına qalan
valideynlər və digər insanların dəstəklənməsinə
təmin etməlidir. Yaxşı
səhiyyə və təhsil sistemi və böyüklərin
evə kifayət qədər pul gətirməsi
üçün iş yerləri təmin olunmalıdır. Valideynlər uşaqların kiçik yaşlardan
inkişafına kömək etmək üçün məsləhət,
dəstək və məlumatla təmin olunmalıdır.
Habelə, uşaqlar və körpələrin
qayğısına qalmaq üçün evlərə mütəmadi
olaraq həkimlər baş çəkməlidirlər.
Xüsusi
çətinliyi olan ailələrə əlavə köməklik
göstərmək. Məsələn,
atası və anası olmayan, etnik azlıqdan olan və ya
ayrı-seçkiliyə məruz qalan, əlilliyi olan
uşaqlara baxmaqda çətinlik çəkən ailələrə
dəstək olmalıdır.
Zorakılıqdan
azad evin yaradılması ailələrə yardım etmək
üçün dəstək, məsləhət və məlumatla
təmin etmək. Münaqişənin həllində
və nizam-intizam işlərində, eləcə də,
oğlan və qızların hüquq barəbərliyinin təmin
edilməsində valideynlər (atalar və analar) müsbət
nəticə əldə etmək üçün xüsusi təhsillə
təmin edilməlidirlər. Onlar həmçinin,
uşaqların hansı yolla inkişaf etdirilməsinə və
onların böyüdükcə fikirlərinə hörmət
etməyi öyrənməlidirlər.
MƏKTƏBLƏR VƏ TƏHSİL
MÜƏSSİSƏLƏRİNDƏ ZORAKILIQ
Məktəblər təhlükəsiz və
uşağın dostu olmalıdır: bütün uşaqlar təhsil
hüququna malikdir. BMT-nin Uşaq Hüquqları
üzrə Konvensiyasının 28-ci maddəsi bildirir ki,
bütün uşaqlar təhsil hüququna malikdir və məktəblərdəki
nizam-intizam uşaqların ləyaqətinə hörmət
etməlidir. Təhlükəsiz olmayan məktəb
təhsil üçün yaxşı yer deyil.
Bir çox ölkələrdə
uşaqların evdən sonra ən çox vaxt keçirdikləri
ikinci yer məktəbdir. Uşaqların zorakılıqdan mühafizə
olunmasında məktəb mühüm rol oynayır. Lakin bir çox ölkələrdə fiziki cəza
məktəb həyatının rutin hissəsidir. Burada
müəllimlər kobud ola,
uşaqları alçalda, fiziki təhqirə məruz qoya, hətta
cinsi zorakılıqdan istifadə edə bilirlər. Müəllimlər uşaqları daha yaxşı
işləməyə vadar etmək, yaxud uşaqlar üzərində
hakimiyyətini göstərmək üçün onlara
qarşı belə davranırlar. Zorakılıq
uşaqlara qorxunu aşılayır, onlara şəxsi təşəbbüslərindən
istifadə etməyi öyrətmir. Bu,
şagirdlərə münaqişələrin həllində
zorakılığın ən yaxşı yol olduğunu
aşılayır, onlara səbr və ədalət kimi dəyərləri
öyrətmir. Həmçinin,
uşaqların özləri haqda pis fikirdə olmasına da gətirib
çıxara bilər.
Uşaqlar arasında hədələmə
elə də ciddi problem kimi görsənməyə bilər. Bir çox ölkələrin
şagirdləri ayrı-seçkilikdən qoruyan qanunları
yoxdur.
Məktəbdə
hansı zorakılıq növləri baş verir?
Müəllimlər tərəfindən
törədilən fiziki zorakılıq – ev
tapşırığını yerinə yetirmədiyinə
görə müəllimlər cəza vasitəsi kimi
uşaqları vura bilər. Dünyanın 106
ölkəsi məktəblərdə fiziki
zorakılığı qadağan etməmişdir.
Müəllimlər
tərəfindən göstərilən kobud rəftar və
alçaltma – müəllimlər şagirdlərin
üstünə qışqırır, yaxud onları
söyür.
Hədələmə:digər şagirdlər tərəfindən
törədilən fiziki və əqli zorakılıq – məktəbdə
elə bir sahə ola bilər ki, orada şagirdlər tərəfindən
döyülə və yaxud qorxudula bilər. Hədələmə
çox vaxt verbal, söyüş və təhqirlə olur,
eyni zamanda fiziki zorakılıq da baş verə bilər.
Dünyanın hər tərəfində
aparılan tədqiqata görə, 20-60 % uşaqlar keçən
ay hədələməyə məruz qaldıqları barədə
məlumat veriblər.
Cinsi və gender zorakılıq – qızlar məktəbdə
və ya məktəbə gedərkən kişi
müəllimlər və sinif yoldaşları tərəfindən
verbal olaraq incidilməyə, təhqirə, yaxud zorlanmaya məruz
qala bilər.
Məktəblərdə
zorakılığa kimlər məruz qalır?
Məktəblərdə zorakılıq hər
bir yaşda olan şagirdlərlə baş verə bilər. Hətta azyaşlı
uşaqlar da ya müəllimlər, ya da digər şagirdlər
tərəfindən döyülə, yaxud
zorakılığın digər formalarına məruz qala bilər.
Oğlanlar baş verən bir çox
fiziki zorakılıq barədə məlumat verir, eləcə
də, müəllimlər tərəfindən
alçaldıldıqları və onların rəftarlarındakı
kobudluq haqqında danışırlar. Qızların da eyni problemi
olsa da, onlar əlavə olaraq müəllimlər və
oğlan şagirdlər tərəfindən zorakılıqla
üz-üzədirlər. Belə
davranışların qorxusunda bir çox qızlar məktəbdən
kənarda qalırlar.
Hədələmə və
söyüş bütün dünyada oğlan və
qızlarda dərin iz buraxan problemlərdir. Uşaqlar, xüsusilə əlilliyinə,
müxtəlif etnik və dini qruplardan olduğuna və
görkəmlərinə görə zorakılıq təhlükəsi
ilə üz-üzə qala bilər.
Müəllim və şagirdlər üçün hər
bir məktəbin zorakılığı qadağan edən və
qeyri-zorakı yolla rəftar etməyi göstərən
davranış kodeksinin(qaydalar toplusu)
olmasını təmin etmək vacibdir.Məktəblər
oğlan və qızların genderinə görə rəftar
da daxil olmaqla, ayrı-seçkiliyin hər bir formasının
qəbuledilməz olduğunu bəyan etməlidir.
Müəllimlərlə,
digər işçilərə və valideynlərə
zorakılığın olmadığı, uşaqların
qorxudulmadığı və alçaldılmadığı
mühitdə tədrisin və nizam-intizamın
aparılması mövzusunda yaxşı treninqlərin
keçirilməsini təmin etmək.
Uşaqların
qeyri-zorakı həyat sürdürmək və
qarşılaşa biləcəkləri zorakılıqlarla rəftar
etmək üçün onların məktəb tərəfindən
biliklər, münasibətlər və vərdişlərinin
inkişaf etdirilməsini təmin etmək. Məktəblərin hədələməyə qarşı
siyasətləri olmalı və hər bir kəs
üçün hörmət və ehtiram təşviq edilməlidir.
Məktəblərin
şagirdlərə uşaq hüquqlarını və BMT-nin
Uşaq Hüquqları üzrə Konvensiyası öyrətmələrini
təmin etmək. Təlim metodları
heç kimi zorakılığa həvəsləndirməməlidir.
Abbasov Səbuhi
Mərkəz.- 2011.- 28 sentyabr.- S. 8.