Dillərdə
dastan “Çalıquşu”nun məğrur
və yoxsul müəllifi – Rəşad Nuri Güntəkin
Merkez.az təqdim
edir:
Güntəkin
həyatı…
Başda “Çalıquşu” romanı olmaqla
bütün əsərləri ilə Türk ədəbiyyatının
klassikasına imza atanlardan biri olan Rəşad Nuri Güntəkin
1889-cu ildə İstanbulda ordu zabiti Nuri bəy ilə Ərzurum
valisi Yavər Paşanın qızı Lütfiyyə
xanımın ailəsində anadan olub. İlk təhsilini
Çanaqqala orta məktəbində alan Güntəkin daha
sonra təhsilini İzmirdəki Frerler məktəbində
davam etdirib.Və 1912-ci ildə İstanbul Universitetinin Ədəbiyat
fakültəsini bitirib.
Rəşad Nuri 1927-ci ilə qədər İstanbul
Beşiktaş İttihat və Tərəqqi Məktəbi,
Fatih Vəqfi Kəbir Məktəbi, Ağşəmsəddin
Məktəbi, Fənəryolu Muradı Hamis Məktəbi,
Osman Qazi Paşa Məktəbi, Vəfa Sultanisi, İstanbul
oğlanlar liseyi, Çamlıca qızlar liseyi, Kabataş
oğlanlar liseyi, Qalatasaray Liseyi və Ərənköy
qızlar liseyində fransız və türk dillərindən
dərs deyib.
1927-ci ildə maarif müfəttişi vəzifəsinə
təyin olunur və bu arada Dil Heyəti ilə birgə bəzi
işlərə birgə imza atır. 1939-cu ildə
Çanaqqaladan Türkiyə Böyük Millət Məclisinə
millət vəkili seçilir və bu vəzifədə
1946-cı ilə qədər qalır. Lakin o,
yaradıcılıq dünyasından ayrılmamaq
üçün aktiv siyasətlə məşğul olmur.
Daha sonra Türkiyənin Parisdəki səfirliyində mədəniyyət
attaşesi kimi fəaliyyət göstərir, YUNESKO-nun
Türkiyə üzrə təmsilçisi olur, 1954-cü ildə
təqaüdə çıõır. 1947-ci ildə Cümhuriyyət
Xalq Partiyasının Ankarada çap olunan «Ulus» qəzetinin
İstanbul qolu olan «Məmləkət» qəzetini nəşr
etdirir. Sonra yenidən müfəttiş kimi
çalışır və 1950-ci ildə YUNESKO- nun
Türkiyə təmsilçisi və tələbə müfəttişi
olaraq Parisə gedir. 1954-cü ildə isə yaşı səbəbindən
bu vəzifədən istefa verməli olur. Bundan sonra bir
müddət İstanbul Şəhər Teatrlarının ədəbi
şurasında fəaliyyət göstərir.
Ağciyər xərçəngi diaqnozu qoyulduqdan
sonra yazıçı müalicə olunmaq üçün
Londona yollanır və 1956-cı il dekabr ayının 13-də
vəfat edir. Qara camaat qəbristanlığında dəfn
edilir.
Güntəkinin yaradıcılıqda
ilk addımları
Yaradıcılığa Birinci Dünya müharibəsinin
sonlarında başlayan ədib ilk əsəri olan «Əski
Ahbap» povestini 1917-ci ildə nəşr etdirir. Həmin
dövrdən başlayaraq teatr tənqidi və
araşdırmaları ilə yanaşı davamlı olaraq
hekayə yaradıcılığı ilə məşğul
olan yazıçı əsərlərini «Şair», «Nədim»,
«Böyük məcmua» kimi dərgilərdə çap
etdirir.
Ilk dəfə 1922-ci ildə təfriqə şəklində
«Vaõt» («Vakit») qəzetində çap olunan
«Çalıquşu» romanı yazıçıya
böyük şöhrət gətirir. Rəşad Nuri
Güntəkin müõtəlif janrlarda qələmə
alınmış yüzdən artıq əsərin müəllifidir.
Bunların on doqquzu romandır. «Gizli əl» (1922),
«Çalıquşu» (1922), «Damğa» (1924), «Dodaqdan qəlbə»
(1925), «Aõşam günəşi» (1926), «Bir qadın
düşməni» (1927), «Yaşıl gecə» (1928),
«Acımaq» (1928), «Yarpaq tökümü» (1930),
«Qızılcıq dalları» (1932), «Göy üzü» (1935),
«Əski õəstəlik» (1938), «Atəş gecəsi» (1942), «Dəyirman»
(1944), «Miskinlər təkkəsi» (1946), «Õarabaların
çiçəyi» (1953), «Qovaq yelləri» (1950), «Son
sığınaq» (1961) və «Qan davası» (1955) adlanan bu
romanlarda yazıçı Türkiyə mühitinin ən
qaranlıq səhifələrinə işıq və
aydınlıq gətirməyə çalışıb.
Müəllifin hekayələri yeddi müõtəlif kitabda
toplanıb. Bunların içərisində «Tanrı
müsafiri» (1927), «Sönmüş ulduzlar» (1927), «Leyli ilə
Məcnun» (1928), «Olağan işlər» (1930) və digərləri
õüsusi yer tutur.
Yazıçının hekayələrində Anadolu
həyatının həm ciddi realistik, həm də
satirik-yumoristik tərəfləri diqqəti çəkməkdədir.
Rəşad Nuri Güntəkinin «Anadolu notları» adlı iki
cilddən ibarət səyahət yazıları da vardır.
Yazıçının dram əsərləri, çevirmə
əsərləri də onun yaradıcılığında
õüsusi yer tutur. Bunların içərisində «Balıkəsir
mühasibəçisi» (1953), «Tanrıdağ ziyafəti»
(1955) diqqəti çəkir. Rəşad Nuri Güntəkin
tərcümə yaradıcılığı ilə də məşğul
olmuş, Migel de Servantesin «Don Kiõot», Alber Kamyunun «Yad», Emil
Zolyanın «Həqiqət» romanlarını, habelə dünya
yazıçılarının bir çoõ hekayələrini
türkcəyə çevirərək nəşr etdirib. Rəşad
Nuri Güntəkinin bir sıra əsərləri
sağlığında işıq üzü görməyib.
Ölümündən sonra yazıçının həyat
yoldaşı Hədiyə õanım onun əsərləri
külliyatını nəşr etdirib. Rəşad Nuri
Güntəkin haqqında Türkan Poyraz, Müəzzəz
Albek, Müzəffər Uyğunər, Ibrahim Zəki Burdurlu,
Kamal Yavuz, Birol Emil və başqaları ciddi monoqrafik tədqiqatlar
aparıblar. Rəşad Nuri Güntəkin ən populyar
yazıçılardan biri hesab olunmaqdadır. Türkiyədə
elə bir şəõs tapmaq mümkün deyildir ki, onun əsərlərindən
hər hansı birini oõumamış, yaõud romanlarına çəkilmiş
filmləri seyr etməmiş olsun. O, hələ
sağlığında türk ədəbiyyatının
canlı klassikinə çevrilmiş az sayda sənətkarlardan
biridir. Güntəkinin əsərlərində insanın
daxili dünyasının ən gizli qatlarına baş vurulur,
onun hiss, həyəcan və yaşantıları real,
inandırıcı cizgilərlə təqdim olunur. O, öz qəhrəmanlarını
mənsub olduğu õalqın içərisindən seçdiyi
üçün geniş kütlələrin diqqət və
marağını cəlb etməkdədir.
Yazıçının əsərlərində Anadolu
insanının yoõsulluğu, cahilliyi ilə yanaşı,
avropalılaşmanın onun təfəkküründə
buraõdığı silinməz izlərin təcəssümü
də yer alıb. Əsərlərində əsas konflikt kimi
seçilmiş fərd və cəmiyyət
qarşıdurması onun yaratdığı qəhrəmanların
taleyini müəyyənləşdirən ən mühüm
amillərdən biridir.
Rəşad Nuri Güntəkinin romanlarının bir
qismi qəhrəmanlarının dilindən təsvir
olunmaqdadır. Yazıçının üslubuna õas olan bu cəhəti
özü belə səciyyələndirir: «Mən qəhrəmanlarımdan
birini alıb onun ağzından anlatmağa daha çoõ
üstünlük verirəm. Həm bu zaman süjet pozulmaz, əhvalatı
anladan qəhrəman vəhdəti mühafizə edər.
Sonra bunun bir yaõşı cəhəti də vardır; romana məsuliyyətin
mühüm bir qismini üstündən silib atmış
olursan. Adətən bir romançının
yaratdığı təsvir oõucuya soyuq gələ bilər,
bir çoõ oõucular romançının bir adamı
anlatmasını bəyənməyə bilər. Ancaq
romanı qəhrəmanının dilindən anladarsanız məsuliyyətin
bir qismi sizdən ziyadə qəhrəmanın
görüşüdür».
Rəşad Nuri Güntəkinin əsərlərinin
dili ədəbi türkcənin ən mükəmməl
örnəklərindən biridir. Yazıçının dəst-õəttinə
õas olan sadəlik və təbiilik, danışıq dili ilə
ədəbi dilin məharətlə qovuşuğundan yaranan
üslubunun özünəməõsusluğu diqqəti çəkməkdədir.
Indiyədək Azərbaycan oõucuları Rəşad Nuri
Güntəkinin «Çalıquşu», «Dodaqdan qəlbə»,
«Damğa», «Yarpaq tökümü», «Dəyirman» romanları və
bir sıra hekayələri ilə tanış oublar.
Rəşad Nuri Güntəkinin
yaradıcılığında «Çalıquşu» (1922)
romanı õüsusi yerlərdən birini tutmaqdadır. Ilk dəfə
teatr əsəri kimi işlənilmiş bu roman Istiqlal hərbi
dönəmində geniş oõucu kütləsinin diqqət və
marağına səbəb olub. Yazıçı Qurtuluş
savaşı Anadolusunu çoxlu insanları və bölgələri
ilə canlandırmağa çalışıb. Roman Fəridə
ilə Kamranın sevgisi üzərində qurulsa da, müəllif
bu sevgi fonunda Anadolu insanının daõili-mənəvi
dünyasının mürəkkəbliklərini
açıb göstərə bilib. Rəşad Nuri Güntəkin
bu əsəri ilə türk ədəbiyyatında Əhməd
Midhətdən sonra romana õüsüsi maraq oyandıra bilib.
Prof.dr. Birol Emilin yazdığına görə,
«Çalıquşu» romanı «Cümhuriyyət dövrü
türk ədəbiyyatı, hətta yeni türk ədəbiyyatında
nadir görülən bir şöhrət qazanmış,
türk cəmiyyətinin oõuyub-yazan hər təbəqəsi
tərəfindən sevilmişdir. Rəşad Nurinin
sonrakı əsərləri bir növ «Çalıquşu»nun
ulduzu altında doğmuş kimidir».
«Çalıquşu» romanında yazıçı
özünəməõsus cizgilərlə təqdim etdiyi
baş qəhrəmanı Fəridənin timsalında ilk dəfə
olaraq romantik və idealist türk qadını obrazı
yaradıb. Müsahibələrindən birində söylədiyinə
görə, Rəşad Nurinin ümumiyyətlə
«Çalıquşu» romanını yazmaqda əsas məqsədi
o dövrdə õalqın gözündə oõumuş, təhsilli,
sərbəst düşüncəli, nəşəli Istanbul
qızlarına qarşı bir simpatiya oyatmaq olub. Romanın
Anadolunun istər aydınları, istərsə də ciddi təhsil
görməmiş aşağı təbəqəsi tərəfindən
diqqətlə qarşılanmasının bir sıra səbəbləri
vardır. Bu bir tərəfdən yazıçının
yaratmış olduğu qeyri-adi õarakterə malik Fəridə
obrazı ilə, digər tərəfdən isə əsərdə
Anadolu həyatının canlı mənzərəsinin
çəkilməsi, burada yaşayan insanların sosial-mənəvi
problemlərinin əks olunması ilə bağlıdır.
Güntəkin eyni zamanda, bir çox teatr
tamaşalarının və “Anadolu notları” (1936) adlı səyahətnamənin
müəllifidir.
Rəşad Nuri
yaradıcılığının ölməzliyi
“Çalıquşu” ilə bərabər “Anadolu”nu
sanki gəzənlər az deyil. “Dodaqdan qəlbə”,
“Acımaq”, “Axşam günəşi”, “Kavak yelləri” və
“Yarpaq tökümnü” ndəki qəhrəmanların sevincləriylə
sevinən, kədərləriylə qəmlənən, hətta
“Atəş gecəsi” ilə bir insanın daxili
dünyasına yolculuğa çılxanlar az deyil. Rəşad
Nuri Güntəkin azı 30-dan artıq əsəri ilə
müasir türk ədəbiyyatının öndə gedənlərindən
biridir. Türkiyədə kitab oxuyucularından demək olar
ki, hərəsi Rəşçad Nuri Güntəkinin əsərlərindən
birini oxumuş, oxumayanlar da filmə çəkilmiş əsərlərindən
birini mütləq izləmişdir. Yəni, Güntəkin əsərlərində
yaşadığı cəmiyyətdən qopmayaraq xalqdan
xarakterlərə yer verdiyindən oxucu kütləsinin
bolluğuna səbəb olub.
“Çalıquşu” müəllifinin
bilinməyən tərəfləri
Rəşad Nurinin həyat yoldaşı Hədiyə
xanım və qızı Ela Güntəkin onun
üçün çox şey ifadə edirdi. Güntəkin
1927-ci ildə şagirdi Hədiyə xanımla evlənir.
Güntəkin cütlüyü evləndikdən uzun müddət
sonra uşaq sahibi olurlar. 1941-ci ildə dünyaya gələn
tək uşaqları üçün Rəşad Nuri
qızının xatirə dəftərinə bir atanın saf
hisslərindən doğan sözlərini yazıb:
“11 mart 1951-ci il.. Ela qızım,mən uşaq ikən,
sənin yaşında olarkən səmadakı aya baxardım:
“Ay dədə, ay dədə, oğlun qızın
çoxdur, dədə. Birini mənə versənə. Allah sənə
çox verər” deyə dua edərdim. Ay dədə məni
eşitdi. Uşaqlarının birini mənə verdi. “Adı
Ela qız olsun” dedi. “Mənim qədər çox
ömrü, mənimkilər qədər gözəl
uşaqları olsun” dedi.
Ela qızın atası Rəşad Nuri
Güntəkin.
Güntəkin qızı ilə gəzintiləri
çox sevərdi. Onun didaktik bir danışığı
olmayıb. Lakin səmadakı ulduzla
danışmağı sevərdi.
Füzulinin əsərlərindən, Allahı dərk etməkdən, etikadan daha çox bəhs edərdi. Bütün bunlar öyrədici bir çey deyildi əslində.
Sanki daha çox öz-özüylə danışırdı…
Rəşad qızının
12-13 yaşı olmasına
baxmayaraq onunla “xəyali” söhbətlər
etməyi xoşlayardı. Qızı əslində yanında
olurdu. Lakin danışdıqları sanki
ay, ulduz, günəş
idi…Belə desək, onun dərd ortağı Ela qızı və “səma” olub…
Lakin Ela qız
atasının çox
ciddi, mentalitetli biri olduğunu deyib. “Evimiz monastr
kimi bir yer idi”.
Çevirən: Aynur Baxşalıyeva
Mərkəz.- 2011.- 29 sentyabr.- S. 13.