Gənc
Alimlər Şurasının iclası keçirilib
Gənclərdə elmə həvəsi
artırmaq üçün KİV-də təbliğata
geniş yer veriləcək
AMEA Geologiya İnstitutunda Gənc Alimlər
Şurasının 2011-ci ildə ilk iclası keçirilib. İclasda şuranın cari və illik fəaliyyət proqramı, həmçinin gənc
alimlərin sosial problemləri
müzakirə edilib.
İnstitutdan Mərkəz.az-a verilən məlumata görə, AMEA Gənc
Alimlər Şurasının sədri İlqar
Orucov bildirib ki, obyektiv səbəblərdən
iclaslarını mütəmadi olaraq keçirə bilməyən
qurum bundan sonra ayda bir
dəfə toplanacaq.
O qeyd edib ki, AMEA institutlarının gənc alimlər
şuraları müvafiq sahələr
üzrə beynəlxalq tədbirlərin
keçirilməsində təşəbbüslə
çıxış etməlidirlər. Hər il onlarla gənc
alimin beynəlxalq səviyyəli tədbirlərdə iştirak etdiyini deyən İ.Orucov şuranın bundan sonra da onlara
yardım edəcəyini bildirib.
2 Fevral Gənclər
Günü ilə bağlı keçiriləcək tədbirlər
haqqında məlumat verən İ.Orucov AMEA-nın bu tədbirlərdə
Mədəniyyət və Turizm Nazirliyi ilə birgə iştirak edəcəyini bildirib. Bu günlə
əlaqədar olaraq Gənc Alimlərin Elm sərgisinin keçirilməsi nəzərdə tutulur. Şura sədrinin fikrincə, sərgidə nümayiş etdiriləcək
əsərlər son üç ilin nailiyyətlərini
əhatə etməlidir.
AMEA Gənc Alimlər Şurası Gənclər
və İdman Nazirliyinin
elm sahəsində nailiyyətlərə
görə təsis etdiyi “Gənclər
mükafatı”na da namizədlər təqdim edəcək. Namizədlər
AMEA-nın beş bölməsi
üzrə hər bölmədən bir nəfər olmaqla irəli sürüləcək. Gənclər
günü ilə əlaqədar AMEA gənc alimlərinin AMEA prezidenti, akademik Mahmud Kərimovla da görüşü keçiriləcək. Görüşün keçirilməsində
məqsəd gənc alimlərin problemlərinin
yüksək səviyyədə həllinə
çalışmaqdır.
Gənc Alimlər
Şurasının 2011-ci il üçün fəaliyyət
proqramına fevral ayının
sonunda “Yeni nəsil gənc
arxeoloqların sərgisi”nin, mayda Gənc Alimlərin I Elm Festivalının
keçirilməsi, beynəlxalq təcrübədən
çıxış edərək avqustda
gənc alimlər üçün Yay məktəbinin təşkil edilməsi daxildir. İlin sonuna doğru isə Gənc Alimlərin
Forumunun keçirilməsi
nəzərdə tutulur.
İclasda həmçinin
qeyd olunub ki, gənclərdə elmə həvəsi
artırmaq üçün KİV-də təbliğata
geniş yer verilməlidir.
Mərkəz.-2011.- 18 yanvar.- S. 15.