Ermənilər
Göy Məscidi fars abidəsi kimi tanıdırlar
Ermənilər artıq
neçə illərdir,
Azərbaycanın qədim
tarixi abidəsi olan İrəvandakı Göy Məscidi İranın mədəniyyət
nümunəsi, "fars
məscidi" kimi təqdim edirlər. Göy Məscidin adını da dəyişdirib “Hüseyniyyə”
qoyublar. Milli.az yazır ki, əslində Ermənistanda
Azərbaycanın tarixi
abidələrinin, qədim
mədəni irsinin məhv edildiyi və ya başqa
adlar altında təqdim olunduğu sirr deyil. Erməni
düşmənçiliyi və vandallığının
bariz nümunələrindən
biri də bu ölkədə mövcud olan tarixi abidələrimizin dağıdılması və
başqa adlar altında təqdim edilməsi, erməniləşdirilməsidir.
Bununla bağlı beynəlxalq təşkilatlar
və YUNESKO qarşısında
məsələ qaldırılır
və araşdırılması
istənilir. Lakin buna baxmayaraq, ermənilərin Azərbaycana
qarşı apardığı
hər növ vandallıq hələ də davam edir.
İrəvanda Azərbaycanın
tarixi abidələri içərisində məscidlər
xüsusi çəkisinə
görə seçilir.
Müsəlman şəhəri
olmuş və azərbaycanlıların kompakt
yaşadığı Ermənistanın
indiki paytaxtında
20-dən artıq məscidin
olduğu hələ xeyli əvvəldən məlum idi. Lakin ermənilər onların əksəriyyətini
ya məhv edib, ya da
təmir-bərpa işləri
aparmadıqlarından məhvə
məhkum ediblər. Yalnız birini təmir etdirən ermənilər bununla bütün dünyaya guya "tolerant" olduqlarını
göstərmək istəyirlər.
Həmin məscid
isə tarixdə və bu gün
də Göy Məscid olaraq tanınır. Göy Məscid Ermənistanın
paytaxtı İrəvanda
bu gün də yerli müsəlmanların
ibadət etdikləri məsciddir.
Məscid 1766-cı ildə İrəvan xanı Hüseyn-Əli Xanın əmriylə tikilib və Azərbaycanın qədim
memarlıq nümunələrindən
biridir. Eni 66 metr, uzunluğu 97,2 metr olan Göy
Məscid İrəvan
məscidləri içərisində
ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin
mərkəzi came məscidi
idi.
Çar dövründə
İrəvanda azərbaycanlıların
dua etdikləri 8 məsciddən biri olan Göy Məscid
28 hücrə, kitabxana,
ibadətgah və iç həyətdən
ibarətdir və ümumilikdə 7 000 kvadratmetrlik
ərazidə yerləşir.
İkinci Dünya müharibəsindən sonra
Sovet hökumətinin
radikal dünyəvi siyasətinə uyğun olaraq, hündürlüyü
24 metr olan 4 minarədən 3-ü söküldü
və 1952-ci ildə məscidin bir hissəsi planetariyə, bir hissəsi isə məthəfə döndərildi.
Məscid XX yüzillikdə
ermənilər tərəfindən
iki dəfə yandırılıb. İlk
dəfə 1918-ci ildə,
sonra isə 1955-ci ilin martında azərbaycanlı din xadimi
Mahmud Aruzoğlu, həyat yoldaşı və 22 nəfər türk alimi məsciddə ibadət edərkən.
1995-2006-cı
illərdə məscid
İran tikinti şirkətlərinin köməyi
ilə bərpa olunub və İranın Ermənistandakı
mədəniyyət mərkəzlərindən
birinə çevrilib.
Ermənistana səfər
etmiş azərbaycanlı
jurnalist Vəfa Fərəcova deyir ki, İrəvanda 20-yə
yaxın tarixi məscidlər olduğu halda, onlardan yalnız biri təmir edilib və bütün dünyaya da təkcə həmin məscidin Azərbaycana məxsus olduğu göstərilir: "Həmin
məsciddə bir neçə iranlı ilə rastlaşdıq. Ermənilər onları bizə azərbaycanlı olaraq təqdim edirdilər. Onlarla söhbət etdikdən sonra məlum oldu ki, əslində,
onların heç biri azərbaycanlı deyil. Hətta içlərində bir qadın var idi ki, onun
Tehranda yaşamış
erməni olduğu məlum oldu. Həmin qadın bizimlə söhbəti zamanı dedi ki, Ermənistana gələn İran vətəndaşlarının böyük qismi iş qurmaq üçün buralara gəliblər və onların arasında təmiz azərbaycanlı
tapmaq çox çətin məsələdir.
Ermənilər dünyada
özlərini "tolerant" dövlət kimi göstərmək üçün
məhz İrandan gəlmiş, orada ibadət edən qarışıq azərbaycanlıları
Ermənistanda yaşayan
azərbaycanlılar kimi
təqdim etməyə
çalışırlar. Bu da aşkar blefdir".
Qeyd edək
ki, ermənilər və iranlılar Göy Məscidin adını dəyişdiriblər,
hazırda məscidin üzərinə vurulmuş
lövhədə Göy
Məscid “Hüseyniyyə”
kimi təqdim olunur.
V.Fərəcova İrəvanda olarkən İran Mədəniyyət
Mərkəzi tərəfindən
bərpa edilmiş məscidin şəkillərini
çəkib.
Mərkəz.-2011.- 18 yanvar.-S.
10.