2011
Turizm ili olacaq
İqtisadi İnkişaf Nazirliyində müşavirə
keçirilib
Yanvarın
15-də İqtisadi İnkişaf
Nazirliyində Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2010-cu ilin
sosial-iqtisadi inkişafının
yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət
başçısının tapşırıqlarına uyğun olaraq, nazirlik tərəfindən
görüləcək işlərlə əlaqədar
müşavirə keçirilib. Nazirlikdən «Mərkəz» qəzetinə verilən
məlumata görə, müşavirədə 2011-ci ildə makroiqtisadi sabitliyin
qorunması, inflyasiyanın birrəqəmli səviyyədə
saxlanılması, istehlak bazarına nəzarətin
gücləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması,
sahibkarlığa əsassız müdaxilələrin qarşısının alınması, kiçik
və orta sahibkarlığın
inkişafına diqqətin daha da artırılması, yeni
bazarlara ixracın artırılması, infrastruktur layihələrinin davam
etdirilməsi, 2011-ci ilin “Turizm
ili” elan olunması və
bu sahənin inkişafı ilə
bağlı işlərin sürətləndirilməsi və
s. istiqamətlərdə
görüləcək işlər müzakirə olunub.
İqtisadi İnkişaf naziri Şahin Mustafayev
müşavirəyə yekun vuraraq qarşıya qoyulan
vəzifələrin həyata keçirilməsi istiqamətində
konkret tapşırıqlar verib.
Müşavirədə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına
və 2011-ci ildə qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında dövlət
başçısının çıxışlarından
irəli gələn vəzifələrin icrası ilə
bağlı Tədbirlər Planının hazırlanması
barədə qərar qəbul edilib.
Zülfiyyə
Mərkəz.- 2011.- 18 yanvar.- S. 6.