2010-cu ilin büdcəsi kəsirlə icra edilib

 

Büdcənin gəlir hissəsi proqnozlaşdırılan məbləğdən 100 milyon manat az olub

 

2010-cu ildə dövlət büdcəsinin proqnozlaşdırılan gəliri təmin edilməyib. Maliyyə Nazirliyindən verilən məlumata görə, dövlət büdcəsinin mədaxil hissəsi 99,1 faiz icra olunub. Proqnoza əsasən, 2010-cu ilin dövlət büdcəsinin gəliri 11,5 milyard manat olmalı idi. Amma ilin yekununda mədaxil hissə 11,4 milyard manat ya 100 milyon manat az olub.

Dövlət büdcəsinin mədaxil hissəsi kəsirlə icra edilsə , bu göstərici 2009-cu illə müqayisədə 1,1 milyard manat ya 10,4 faiz çoxdur.

2010-cu ildə dövlət büdcəsinin xərclər hissəsi tam yerinə yetirilməyib. Proqnozda büdcənin xərcləri 12,3 milyard proqnozlaşdırılmışdı. İcra olunan məbləğ isə 11,8 milyard manat olub. Nəticədə büdcənin xərc hissəsi proqnozlaşdırılan məbləğin 95,9 faizinə bərabər olub. Xərc istiqaməti üzrə 500 milyon manat az vəsait ayrılıb.

2009-cu illə müqayisədə isə 1,3 milyard manat ya 12,0 faiz çox olub.

2009-cu ilə nisbətən 2010-cu ildə dövlət büdcəsindən elm, təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə sosial təminat, müdafiə, məhkəmə hakimiyyəti, hüquqi-mühafizə prokurorluq orqanlarının saxlanılması, dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 11,6 faiz çox vəsait yönəldilib.

2010-ci ildə dövlət büdcəsinin cari xərclərinin 3,7 milyard manatı ya 31,5 faizi sosialyönümlü xərclərin maliyyə təminatına sərf edilib. Bu da 2009-cu illə müqayisədə 120 milyon manat ya 3,3 faiz çoxdur.

Ölkənin müdafiə potensialının gücləndirilməsi məqsədi ilə 2010-cu il dövlət büdcəsinin cari, əsaslı xərclərindən ehtiyat fondlarından üst-üstə 2,2 milyard manat ya 2009-cu illə müqayisədə 562 milyon manat (35,5 faiz) çox vəsait yönəldilib.

2010-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərcləri 4,1 milyard manat icra olunub. Bu da 2009-cu illə müqayisədə 600 milyon manat ya 16,3 faiz çoxdur.

Məlumatda o da qeyd olunur ki, bu mənbədən sosial təyinatlı layihələrə 508 milyon manat, infrastruktur təyinatlı layihələrə 1,9 milyard manat, müdafiə digər təyinatlı layihələrə isə 1,7 milyard manat vəsait sərf edilib.

Ötən il Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan məcburi köçkün ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binalarının tikintisinə, Bakı şəhərində aparılan yenidənqurma abadlıq işlərinin təmin edilməsinə, Ağcəbədi, Beyləqan, İmişli, Saatlı, Ağdaş rayonlarında Şəki şəhərində yeni xəstəxanaların, Bakı sağlamlıq mərkəzinin tikintisinə, Ağcabədi, İmişli, Saatlı, Qusar, Sabirabad rayonlarında avtomobil yollarının yenidən qurulmasına, kütləvi informasiya vəsaitlərinə maliyyə yardımı mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış evlərinin tikintisinə yardıma digər dövlət əhəmiyyətli tədbirlərə 159,5 milyon manat vəsait yönəldilib.

"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrasına 2010-cu il dövlət büdcəsindən 106 milyon manat vəsait ayrılıb.

Hesabat dövründə sahibkarlara maliyyə dəstəyinin artırılması məqsədilə Sahibkarlığa Kömək Milli Fonduna dövlət büdcəsindən 44 milyon manat vəsait yönəldilib.

2010-cu ildə dövlət büdcəsindən «Aqrolizinq» Səhmdar cəmiyyətinə 40 milyon manat, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrılıb.

Maliyyə Nazirliyinin məlumatında o da vurğulanır ki, büdcə maliyyə sektorlarında şəffaflığın artırılması səmərəliliyin daha da yüksəlməsi beynəlxalq maliyyə institutları ekspertləri tərəfindən müsbət qiymətləndirilib. Hesabat ilində “Standard & Poor`s” reytinq agentliyi Azərbaycanın reytinqini dəyişməyərək 2009-cu ilin səviyyəsində saxlayıb, “Fitch” agentliyi iqtisadi perspektiviStabilsaxlayaraq, Azərbaycanın xarici yerli valyutada uzunmüddətli kreditlər üçün reytinqini “BB+” səviyyəsindən ilk investisiya səviyyəsinə, yəni “BBB-” səviyyəsinə qaldırıb.

Beynəlxalq Büdcə Əməkdaşlığı təşkilatının hesabatında isə Azərbaycanın büdcə sahəsində həyata keçirdiyi islahatlar məqsədyönlü tədbirlər müsbət qiymətləndirilərək 100 ballıq şkala üzrə ölkəmizin göstəricisi 6 bal artırılaraq 43 bala çatdırılıb.

 

 

Vasif Cəfərov

 

Mərkəz.- 2011.- 18 yanvar.- S.6.