Təhsil Nazirliyinin
mətbuat xidməti hesabat verib
Nazirlikdə 200-dən çox tədbir keçirilib
Təhsil Nazirliyində İctimaiyyətlə
əlaqə şöbəsi
və Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin
2010-cu ilin yekunlarına
dair hesabatları dinlənilib.
Bu barədə məlumatı «Mərkəz»
qəzetinə nazirliyin
mətbuat xidməti verib. Məlumata görə, İctimaiyyətlə
əlaqə şöbəsinin
müdiri Bayram Hüseynzadə rəhbərlik
etdiyi şöbənin
vəzifələri, fəaliyyət
istiqamətləri, strukturu,
əməkdaşların vəzifə
bölgüsü və
2010-cu il üçün nəzərdə
tutulmuş tədbirlərin
həyata keçirilməsi
istiqamətində görülmüş
işlərdən söz
açıb. Hesabat ili ərzində ictimaiyyətlə əlaqə
şöbəsinin yerinə
yetirdiyi işlərə
diqqət çəkən
Bayram Hüseynzadə
bildirib ki, 200-ə yaxın tədbirdə
media nümayəndələrinin iştirakı təmin olunub, mətbuat konfransları keçirilib,
nazirliyin 30-dan çox
əməkdaşının, tanınmış təhsil
mütəxəssislərinin, beynəlxalq məsləhətçilərin
müxtəlif televiziya
və radio verilişlərində
iştirakı, 450-yə yaxın
müsahibəsi təşkil
edilib, rəsmi məlumat, press-reliz və təqdimatlar kütləvi informasiya vasitələrinə çatdırılıb.
Şöbə müdiri
Təhsil Nazirliyi və Mətbuat Şurasının 2010-cu ildə
imzaladığı KİV-lə əməkdaşlığın
daha da təkmilləşdirilməsinə
dair Fəaliyyət Planına əsasən, Bakıdakı 60 nömrəli
məktəbdə Mətbuat
Şurası, Azərbaycan
Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondu və Bakı Şəhəri üzrə
Təhsil İdarəsi
ilə birgə “Təhsil müəssisəsi
və media: qarşılıqlı
münasibətlər” mövzusunda
keçirilmiş dəyirmi
masa haqqında ətraflı məlumat verib. Füzuli rayonunun Horadiz şəhərində Təhsil
Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondu və Mətbuat Şurasının birgə
təşkilatçılığı ilə keçirilmiş “Təhsil və mətbuat” mövzusunda
regional konfrans barədə
söz açan B.Hüseynzadə tədbirdə
ölkəmizin aparıcı
kütləvi informasiya
vasitələrinin rəhbərlərinin,
Füzuli, Ağdam, Ağcabədi, Beyləqan,
Xocavənd, Biləsuvar,
cəbrayıl, Bərdə
və Laçın rayonlarının təhsil
şöbələrinin müdirlərinin
iştirak etdiyini söyləyib.
Bayram Hüseynzadə
qeyd edib ki, Azərbaycan Mətbuatının 135 illiyi
ilə əlaqədar
jurnalistlər arasında
“Təhsil və media:
peşəkarlığın artırılmasına dəstək”
mövzusunda keçirilən
yazı müsabiqəsinin
nəticələrinə əsasən,
1 nəfər I, 2 nəfər
II, 3 nəfər III yerin
qalibi olub, 10 nəfər isə həvəsləndirici mükafata
layiq görülüb.
Təhsil Sektorunun İnkişafı üzrə
İkinci Layihənin ictimaiyyətin məlumatlandırılması
alt komponenti çərçivəsində
görülmüş işlər,
Təhsil Nazirliyinin rəsmi İnternet saytının məzmunu, istifadə rahatlığı
və məlumat bazasının zənginliyi
haqda söz açan B.Hüseynzadə,
nəinki ölkəmizdə,
eləcə də xarici ölkələrdə
nazirliyin saytına yüksək maraq olduğunu nəzərə
çatdırıb. O, Təhsil
Nazirliyinin saytının
“Milli Net-2010” müsabiqəsinin
qalibi olduğunu vurğulayıb.
Ötən il “Azərbaycan müəllimi” qəzetinin
tərtibatında, forma və
məzmununda edilən
əhəmiyyətli dəyişikliklərə
toxunan şöbə
müdiri bu mətbu orqanın A3 formatda, rəngli, 16, 24 və 32 səhifə həcmində nəşr
olunduğunu söyləyib.
Rəhbərlik etdiyi qəzetin yeni internet saytının istifadəyə
verildiyini bildirən Bayram Hüseynzadə “Azərbaycan müəllimi”nin çapa hazırlanmasında İKT-nin
imkanlarından geniş
istifadə olunduğu
haqda məlumat verib və qarşıda
duran vəzifələri
diqqətə çatdırıb.
Zülfiyyə QULİYEVA
Mərkəz.- 2011.- 19 yanvar.- S. 10.