Dövlət
Miqrasiya Xidmətində
«20 Yanvar» faciəsi anıldı
Dünən
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində
«20 Yanvar» faciəsinin iyirmi birinci ildönümü ilə əlaqədar
anım mərasimi keçirilib. Qurumun İctimaiyyətlə əlaqələr
şöbəsindən merkez.az-a verilən xəbərə
görə, xidmətin kollektivi Şəhidlər
Xiyabanını ziyarət ediblər. Xidmətin inzibati
binasında müdhiş gecəyə həsr olunmuş sərgiyə
baxışla başlayan anım mərasimində qanlı
hadisə qurbanlarının xatirəsi birdəqiqəlik
sükutla yad olunub.
Xidmət rəisi, II dərəcəli
dövlət miqrasiya xidməti
müşaviri Arzu Rəhimov çıxış
edərək xalqımızın qürur
və şərəf
mücəssəməsinə çevrilən «20 Yanvar» tarixindən
danışıb. Bildirib ki, 1990-cı il
yanvarın 19-dan 20-nə keçən gecə
ərazi bütövlüyünə qarşı yönəlmiş
təcavüzə etiraz edən, haqq-ədalətin
bərqərar edilməsini istəyən, azadlıq, müstəqillik
ideyaları uğrunda şərəfli
mücadilə aparan Azərbaycan xalqının
inam və iradəsini qırmaq, heysiyyatını alçaltmaq məqsədilə
totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər
tarixində insanlığa qarşı törədilmiş
qanlı hadisələrdən biri baş verib.
Azərbaycanın informasiya blokadasına alındığı bir şəraitdə baş vermiş həqiqətləri
operativ şəkildə dünya
ictimaiyyətinə çatdırmaq
zərurəti yarandığını xatırladan xidmət
rəisi dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ailəsi
ilə birgə Azərbaycanın Moskvadakı daimi
nümayəndəliyinə gələrək
mətbuat konfransı keçirən Heydər Əliyevin hadisəyə
operativ və düzgün qiymət verən ilk
vətənpərvər siyasi
xadim olduğunu nəzərə çatdırıb. Ulu öndərin qətiyyətli
mövqeyinin respublikamızın
informasiya blokadasına
alındığı ağır günlərdə totalitar rejimə ağır və sarsıdıcı zərbə
olduğunu nəzərə
çatdıran Arzu Rəhimov dahi şəxsiyyətin
bütün təzyiq
və təhdidlərə baxmayaraq,
mənsub olduğu
xalqın faciəsinə məsuliyyət
daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın
gözü qarşısında ittiham etdiyini
vurğulayıb.
A.Rəhimov
Heydər Əliyevin
«20 Yanvar» şəhidlərinin
xatirəsini daim əziz tutduğunu,
onların adlarının əbədiləşdirilməsi məqsədilə
bir sıra sərəncamlar imzaladığını, prezident İlham Əliyevin də bu ənənəyə sadiq
qalaraq Vətənin azadlığı uğrunda
canından keçmiş
şəhidlərin xatirəsinin əbədiləşdirilməsi,
onların ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması
üçün bütün
zəruri tədbirləri həyata keçirdiyini vurğulayıb.
Mərasimin sonunda 1990-cı ilin
şanlı 20 Yanvar tarixinin
qərinələr, əsrlər keçsə belə
xalqımızın yaddaşından silinməyəcəyi, daim yad ediləcəyi, bu faciənin keçmiş sovet dövlətinin hərb
maşınının Azərbaycan xalqına qarşı həyata
keçirdiyi vəhşi terror
aktı kimi insanlığa
qarşı törədilmiş ən
ağır cinayətlərdən biri kimi bəşər
tarixində qara səhifə
olaraq qalacağı bildirilib.
Saməddin
Mərkəz.- 2011.- 20 yanvar.- S.10.