Hicab məsələsi
ilə bağlı layihə
hazırlanır
Bir
neçə il əvvəllə müqayisədə ölkədə
QHT sektoru inkişaf etsə də, elə sahələr var ki,
bu gün həmin istiqamətlər üzrə layihə həyata
keçirən qeyri-hökumət təşkilatlarının
sayı barmaqla sayılacaq qədərdir. Ölkədə milli-mənəvi
dəyərlərin aşınma təhlükəsi
qarşısında olduğu bir zamanda bu sahəyə daha
çox diqqət yetirilməli olsa da, adət-ənənələrimizin,
vətənpərvərlik hissinin təbliği yönündə
həyata keçirilən layihələrin sayı qənaətbəxş
deyil. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının (QHT-lərə
DDŞ) yaranması milli maraqlarımıza xidmət edən
QHT-lərin yaranması və bu istiqamət üzrə layihələrin
həyata keçirilməsi məqsədini daşısa da, hələ
ki, arzuolunan yüksək nəticəni görmək olmur. Amma
bununla belə milli-mənəvi dəyərlərin təbliği
istiqamətində iş görən vətəndaş cəmiyyəti
institutları da az deyil. İllərdir ki,
milli-maraqlarımıza xidmət edən layihələrinə
qərbyönümlü təşkilatlardan maliyə dəstəyi
ala bilməyən, qrantsız fəaliyyət göstərən
təşkilatlardan biri də Demokratiyanın və Milli Dəyərlərin
Təbliği İctimai Birliyidir. Rubrikamızın budəfəki
qonağı, birliyin sədri Əli Cəfərovla söhbətimizdə
rəhbərlik etdiyi təşkilatın, eləcə də
QHT-lərin ölkədə milli-mənəvi dəyərlərin
təbliği istiqamətində gördüyü işlər
və bu sahədəki problemlərdən danışdıq.
-Rəhbərlik
etdiyiniz İctimai Birlik nə vaxtdan fəaliyyətə
başlayıb?
-Biz
bu QHT-ni 2006-cı ildən təsis etmişik. Amma birliyimiz
2008-ci ildə Ədliyyə Nazirliyi tərəfindən
qeydiyyata alınıb.
QHT
təsis edildiyi gündən könüllü şəkildə,
maliyyə vəsaiti olmadan müxtəlif tədbirlər həyata
keçirmişik.
-Məlumdur
ki, milli-mənəvi dəyərlərin, vətənpərvərlik
hisslərinin təbliği istiqamətində qərbyönümlü
təşkilatlara layihə ilə müraciət edən QHT-lər
maliyyələşdirilmirdi. Bəs Milli donorun yaranmasından
sonra necə, vəziyyət dəyişdimi?
-Düzdür,
qərbyönlü təşkilatlar öz siyasi və ideoloji
maraqlarına uyğun gələn QHT-lərin layihələrini
maliyyələşdirirdi. Onlar milli-mənəvi dəyərlərin,
əxlaqi keyfiyyətlərin, vətənpərvərlik hissinin
təbliği istiqamətində layihələrin keçirilməsinə
maraqlı deyildilər. Odur ki, ölkədə QHT-lər bu
sahədə layihələr həyata keçirə bilmirdilər.
Bu nöqteyi-nəzərdən şuranın yaranması
ideyası yüksək qiymətləndirilməlidir. Və bu
gün şura imkan daxilində bu istiqamətdə layihələri
maliyyələşdirir. Amma etiraf edək ki, bu gün milli
donorun maddi imkanlarının bir qədər məhdud
olması adıçəkilən sahədə lazımi sayda
layihələrin həyata keçirilməsini məhdudlaşdırır.
Bu gün bizim birlik şuranın maliyyə vəsaiti
hesabına «Məktəblərdə vətən sevgisi və əxlaqi
dəyərlərin formalaşmasında bədii ədəbiyyatın
rolu, sinifdən xaric işi» mövzusunda layihə həyata
keçirir.
-Sirr
deyilsə, bu layihəyəni həyata keçirməyə nə
qədər maliyyə vəsaiti ayrılıb? Və həmin
məbləğ layihənin icrasına kifayət edirmi?
-Layihəyə
3 min manat maliyyə yardımı ayrıldı. Amma təbii
ki, şuranın maliyyə imkanları məhduddur və biz
bunu anlayışla qarşılayırıq. Bununla belə
biz layihənin icrasına həvəslə başladıq.
Çünki amalımız gənc nəslin vətənpərvər,
əxlaqlı böyüməsini aşılamaqdır. Biz
ayrılan vəsait az olsa belə, məktəblərdə
şagirdlər arasında iş aparırıq. Amma ümumi
bu sektorun inkişafı üçün şuraya ayrılan vəsaitin
məbləği artırılmalıdır. Çünki
söhbət burada gənclərin vətənpərvər,
dövlətə, cəmiyyətə layiqli bir şəxsiyyət
kimi yetişdirilməsindən gedir. Bu günün gəncləri
sabah dövləti idarə edəcəklər. Odur ki, məsələyə
diqqət göstərilməlidir.
-Azərbaycan
Avropaya inteqrasiya edir. Gənclərin müasirləşməsi
onlara adət-ənənələrimizi unutdurmayıb ki?
-Biz
məktəblərdə tez-tez gənclərlə söhbətlər
aparırıq. Sevindirici
hallar da var, problemlər də. Gənclərin Avropaya inteqrasiyası
onların davranışına
mənfi təsir göstərib. Müasir gəncliyi
öz milli dəyərlərimizə xas
olan şəkildə
yetişdirmək üçün
düşünürəm ki, hələ çox işlər görülməlidir.
-Gənclərin vətənpərvər
ruhda böyüməsində
məktəbin rolu danılmazdır. Bəs dərsliklərimizdə
necə, bu istiqamətdə təbliğat
hansı səviyyədədir?
-Hesab edirəm ki, dərsliklərimiz istədiyimiz səviyyədə
vətəni sevdirmir.
Elə ədib tapmaq olmaz ki, onun
yaradıcılığında vətənpərvərlik mövzusu
yer almasın. Sadəcə
olaraq dərsliklər
hazırlanarkən bu,
xüsusi proqram kimi salınmalıdır.
Elə məktəblərdə də
ayrıca proqram kimi tədris olunmalıdır.
-
QHT-lərin həyata keçirdikləri layihələr
nə dərəcədə
səmərəli olur?
-Mən öz birliyimizin adından deyirəm ki, həyata keçirdiyimiz hər bir layihənin
səmərəli olması
üçün əlimizdən
gələni edirik. Hər bir QHT maliyyəni yönəltdiyi sahənin
inkişafına çalışmalıdır.
Amma ümumən QHT-lərin həyata keçirdiyi layihələrinin nə dərəcədə səmərə
verdiyini şura qiymətləndirir.
-2011-ci ilə yenicə
qədəm qoymuşuq. Rəhbərlik etdiyiniz
birlik bu il hansı
layihələrin həyata
keçirməyi planlaşdırır?
-Ötən il
də, bu il də orta
məktəblərdə hicab
məsələsi gündəmə
gəlib. Yaranmış mənzərə göstərir ki, bəzi gənclər İslam dinindəki əxlaqi dəyərləri
təlqin etmək əvəzinə dini fanatizmə meyillənib.
Gələcəyimiz olan gənclərin
milli şüurunun işğal edilməsi, onların hansısa dini cərəyanların təsiri altına düşməsi yolverilməzdir.
Odur ki, orta məktəblərdə
gənclərin İslamı
doğru-dürüst anlaması
yönündə və
xürafatçı meyillərdən
çəkinməsi üçün
layihə həyata keçirməyi planlaşdırırıq.
Digər
planımız orta məktəblərdə valideyn-şagird
və müəllim birliyinin yaradılmasıdır.
Əgər layihələrimiz maliyyə dəstəyi alarsa, bu planlarımızı
həyata keçirəcəyik.
Zülfiyyə QULİYEVA
Mərkəz.- 2011.- 20 yanvar.- S. 9.