Uşaq ədəbiyyatı ¹30
Respublika Uşaq
Təşkilatı, Azərbaycan
Yazıçılar Birliyi
Uşaq Ədəbiyyatı
şöbəsi və
“Mərkəz” qəzetinin
təşəbbüsü ilə hər həftənin cümə
günü qəzetimizdə
uşaq ədəbiyyatı
ilə bağlı səhifə veriləcək.
Uşaq ədəbiyyatının
keçmişi, bu günü və sabahı, onun problemləri, müasir dövrdə onun vəziyyəti, nəşri
və yayımı, yeni çıxan kitablar, uşaq mətbuatının indiki
durumu, uşaq şeirinin dili və müasirliyi, dərsliklərimiz haqqında
maraqlı yazılar səhifədə yer alacaq. Səhifədə həmçinin, balaca oxucularımız nağıllar, şeirlər,
tapmaca və yanıltmaclar, müsahibələr
və müsabiqələr,
eyni zamanda dünya uşaq şeirindən maraqlı nümunələr oxuyacaqlar.
İnanırıq ki, kiçik
yaşlı oxucularımız
səhifədə özlərini
və öz şeirlərini görə
biləcəklər.
Çömçə
Qazana girib
Dolaşsa bir
az.
İnanın, orda
Heç bir şey qalmaz.
Hamı çığırar:
-Çömçə, ay çömçə.
Ordan yemək
çək,
Mənə bir nimçə.
Çömçə
yeməyi
Daşıyar çölə.
Çalışar bizə
Yaxşı pay bölə.
Nə çox
çəkər o
Nimçəyə, nə az.
Amma özünə
Yemək saxlamaz.
Cücəylə cücü
Dost
idi
cücəylə cücü
cücənin çoxdu
cücüdən gücü.
cücə
cücünü
Gəzdirirdi.
cücü
cücəni
Bezdirirdi.
cücəylə cücü
cüt
bacıydı.
cücü
cücənin
Baş tacıydı.
cücü
cücədən
Küsdü bir gün.
cücü
dodağın
Büzdü bir gün.
Oynayanda
cücü
cücəyə
cığal
dedi.
Bilisiniz,
Nə baş
verdi?
cücə
hirslənib
cücünü yedi.
Noğul
Şirnilərdə
Birincidi.
Nə mirvari
Nə incidi.
Yupyumru bir
Şəkərdi o.
Nə halqa,
nə
Təkərdi o.
Nə qızdı,
Nə də oğuldu.
O,
yumru
Şirin noğuldu.
Xoruz
Xoruza bax,
Pipiyi al.
Lələkləri
Çil-çil, xal-xal.
Səhər erkən
Banlayır o.
Vaxtı yaxşı
Anlayır o.
Nə saatdır,
Nə saatsaz.
Nə yüyürməz,
Nə yubanmaz.
Üç qarışqa
Səhər-səhər
Üç qarışqa.
Biri gonbul,
Biri arıq,
Biri qaşqa.
Şeh tapdılar
İri damcı.
Parıldayan
Diri damcı.
Xorla: - Salam
-
Dedi onlar.
Nəzakətli
İdi onlar.
-Gəlin, çimin
Söylədi şeh.
Onlara əl
Eylədi şeh.
Çimdi şehdə
Üç qarışqa.
Biri gonbul,
Biri dəcəl,
Biri qaşqa.
Ağ pişik
Ay
ağ pişik,
Ağ pişik.
Kef-damağı
Çağ pişik.
Miyoldama
Eşikdə.
Belə olmaz
Keşikdə.
Duyub qaçar
Siçanlar.
Gizli yeraltı
Yollar.
Oyub qaçar
Siçanlar.
Qara pişik
Ay
pişik, qara pişik,
Yol gedir hara pişik.
Qaçma önümdən
pişik
Hara dönüm mən
pişik.
Keçmə yolum
düz olsun
Gecə yox, gündüz
olsun.
Get
siçanı ovla sən
Ağ siçanı tovla
sən.
Ya da get gir əhəngə
Tez boyan sən ağ
rəngə.
Ay
pişik, qara pişik
Gedirsən hara pişik?
Göy qurşağı
Çıxmaq olmaz
başına
Təpə kimi əyrisən.
Hər yan
rəngbərəng olar
Bir balaca səyrisən.
Parəbüzən
Parəbüzən, uç göyə
Gətir, gəl,
yağ yaxmacı.
Bəsdir, bekar
dolaşdın
Yaşıl çölü, yamacı.
Şimşək
Çax şimşək,
çax şimşək
Hər tərəfi qamçıla.
Yağ yağış,
yağ yağış
Göy üzündən damcıla.
İşıqfor
Yatmaq istədi
Bir gün işıqfor.
Dedi: - Yatmasam,
Olacağam kor.
Gözlərin yumub
Xoruldadı o.
Nə işıq
saçdı,
Parıldadı o.
Yuxusu yaman
Şipşirin idi.
Külək əsirdi
Çox sərin idi.
Qəfildən yuxu
Gördü işıqfor.
Gördü ki,
dolub
Maşınlarla yol.
Maşınlar ona
Deyirlər laylay.
Göydən onlara
Yol göstərir ay.
Gah yaşıl
olur,
Gah da qırmızı.
Maşınlar aydan
Qalıblar razı.
Şütüyüb
ötür
Onlar həvəslə.
Nəğmə deyirlər
Çox hündür
səslə:
-Yat, işıqfor, yat
Gözəldir həyat.
Açıqdır yollar
Səmada ay var.
Aydan bizlərə
İşıqlı
pay var.
Səksənib durdu
Bu an işıqfor.
Gördü ki,
dolub
Maşınlarla yol.
Yandı gözləri
Yaşıl, qırmızı.
Maşınlar ondan
Qaldılar razı.
Xəstələnib pişiyim
Xəstələnib
pişiyim
Günahkar olmuşam mən.
Çimdirmişəm
vannada
Pişiyimi mən dünən.
Sonra da oynamışam
Onunla yelçəkəndə.
Sən demə,
xəstələnir
Pişik də yel çəkəndə.
İndi hərarəti
var
Səhərədək yatmayıb.
Nə qədər
eləmişəm
Bir həb belə atmayıb.
Pəncəsinin altında
Gizlədibdir başını.
Gərək atım
bu gündən
Dəcəlliyin daşını.
Xəstələnib
pişiyim
Günahkar olmuşam mən.
Çimdirmişəm
vannada
Pişiyimi mən dünən.
Nəzakətli qız
Kimsə söz
soruşanda
“Bəli”, “Xeyir”
deyirəm.
Kiməsə toxunanda
Tez üzr istəyirəm.
Səhv edəndə
“bağışla”
Deməyi bacarıram.
Çətinliyə
düşənə
Köməyi bacarıram.
Nəzakətlə danışıb
Nəzakətlə dinirəm.
Bu
sehrli sözləri
Artıq əzbər bilirəm.
Ağıllı oğlan
Bunu hamı
bilir ki,
Mən ağıllı oğlanam.
Elə ona
görə də
Çox sevir məni anam.
Yol ötən
bir nənənin
Çantasını alıram.
Sonra qolundan tutub
Onu yola salıram.
Təmizkar oğlanam
mən
Yerə zibil atmıram.
Qızların hörüyünü
Tutub bərk-bərk dartmıram.
Qarışqa yuvasını
Çəpərə alıram mən.
Məstanın qayğısına
Hər zaman qalıram mən.
Bunu hamı
bilir ki,
Mən ağıllı oğlanam.
Elə ona
görə də
Çox sevir məni anam.
Ailəm
Evimiz də var
Eyvanımız da.
Xorhaxor yatan
Məstanımız da.
Gözəl nənəm
var
Saçı gümüşü.
“can” söyləməkdir
Nənəmin işi.
Bax, bu babamdır
Əlində əsa.
Sözü uzatmaz
Söyləyər qısa.
Anamla atam
Çalışır mənim.
Bacımla başım
Qarışır mənim.
Beş yaşında
mən
Bacım yaş yarım.
Bir də varımdır
Oyuncaqlarım.
Bir əmim
bir də
İki dayım var.
Filim, maşınım,
Dələm, ayım var.
Pişiyim
Çəkməsiz
gəzir
Qarda pişiklər.
Görəsən, yatır
Harda pişiklər?
Məstana bir
bax
Ayaqyalındır.
Hava soyuqdur
Qar çox qalındır.
Qaçım gətirim
Evə məstanı.
Yumşaq yataqda
İsinsin canı.
Nəlbəkisinə
İsti süd töküm.
Nənəmin qalın
Şalına büküm.
Hava soyuqdur
Qar çox qalındır.
Yazıq Məstanım
Ayaqyalındır.
Məktəbim
Çox sevir
məni
Əziz məktəbim.
Həyət-bacası
Təmiz məktəbim.
Hər gün
gəlirəm
Əlimdə çantam.
Məktəbə məni
Gətirir atam.
Kitabları çox
Əzən deyiləm.
Dəhlizlərdə
çox
Gəzən deyiləm.
Barmaqlarımla
Saymağım olur.
Çətinliklərdən
Doymağım olur.
Çox vaxt
dərsimi
Əla bilirəm.
Çox vaxt
şeiri
Əzbərləyirəm.
Bir az dəcələm,
Bir az dalaşqan.
Məktəbim məni
Çox sevir
inan!
Qoçaq ol
Gördün qonşu
eyvandan
Burulub qalxır tüstü.
Yanğınsöndürənlərə
Qaç, zəng elə
əlüstü.
Təcili yardım
çağır
Xəstələnəndə nənə.
Onu əmanət
edib
Gedibsə anan sənə.
Görsən, qonşu
həyətdən
Aşıb keçən oğrunu.
Polisə zəng
elə tez
Söylə ona doğrunu.
Yüz bir,
yüz iki, yüz üç
Əzbər bil bu sayları.
Onların sənin
üçün
Vardır xidmət payları.
Hər şeyin
öz adı var
Hər şeyin
öz adı var
Onu qoyub babalar.
Darayan “daraq”
olub
Yazılan “varaq” olub.
Bostanda bükülənin
Adı “kələm” qoyulub.
Xəttiylə öyünənin
Adı “qələm” qoyulub.
Bağçamızda
bitənlər
“
Sulananı “yetişmiş”
Daş kimisi “kal” olub.
Göydən tökülən
buza
“Dolu” deyib babalar.
Bax, bu insanın “sağı”
“Solu” deyib babalar.
Miyoldayana “pişik”
Hürənə “it” deyiblər.
Çağıranda
“gəl” deyib
Qovanda “get” deyiblər.
Yeyilən “dadlı”
olub
Yeyilməyənlər
“dadsız”
Hər şeyə
ad qoyulub
Heç nə qalmayıb
adsız.
Gilavar
Gilavar əsəndə
Qapını açırlar.
Xəzridən üşüyüb
Tez evə qaçırlar.
Leysan
Altında gəzmək
Deyildir asan.
Yağanda çətin
Dayanar leysan.
Çobanaldadan
Günəşli gündə
Çiləyən zaman.
Deyirlər: “Yağır
Çobanaldadan”.
Yanğınsöndürən
Yaxşı əmidir
Yanğınsöndürən.
Alovun üstə
Suyu göndərən.
Hər an
qırmızı
Maşında gəlir.
Dəmir dəbilqə
Başında gəlir.
Sevinc Nuruqızı
Mərkəz.- 2011.- 22 yanvar.- S. 10.