Tapmacalar
O gələndə
Çaylar
daşar.
Çaylar daşıb
Bəndi
aşar.
Guruldayar
Tufan kimi.
Qorxuludur
Aslan kimi.
Sel
***
Ulduzlarla
Birgə
çıxar.
Pəncərəmdən
Mənə
baxar.
Yumru olar
Ya
da dilim.
Ha uzatsam
Çatmaz
əlim.
Ay
***
Asılıb Göydən
Yanar, odlu şar.
Bu şarın
isti
Şəfəqləri var.
Günəş
***
Qoynunda
Üzər
gəmilər.
Gəmilərdə
Var
əmilər.
Okeana
Yolu
olar.
Balıqlarla
Dolu
olar.
Qağayılar
Uçuşarlar.
Çaylar ona
Qarışarlar.
Dəniz
***
Tərəvəzlərin
Bir evciyi var
Orda yaşayır
Turp,
soğan, xiyar.
Badımcan da var
Vardır
kələm də.
Evcik əkilir
Hər yaz gələndə
Bostan
***
Yoxdur heç bir
Yerə
yolu.
Qoynu mavi
Suyla
dolu.
Göl
***
İlan kimi
Burular
o.
Düşünməyin
Yotular
o.
Sel gələndə
Tez
daşar o.
Daşıb yatağı
Aşar
o.
Çay
***
Başı buluda
Dəyə
də bilər.
Hərdən özünü
Öyə
də bilər.
Yayda başının
Qarı
əriməz.
Əgər qoçaqsan
Zirvəsində gəz.
Dağ
***
Daş kimiyəm, donmuşam
Nə
rəngim, nə dadım var.
Günəşdən qorxan canım
Üç
hərflik adım var.
Buz
***
Qucaqlaşıblar
Taxta
yataqlar.
Bu yataqlarda
cüt bacı
yatar.
Qoz
***
Hər dənəsi bir
Nadir incidir.
Başını kəsdim
Məndən
incidi.
Nar
***
Gilələrini
Qoy
bir-bir üzüm.
Parıltısından
Qamaşdı gözüm.
Üzüm
***
Bir yanağı ağ
Biri
qırmızı.
“Alma” desən
də
Aldım
o qızı.
Alma
***
Üst-üstə geyib
Gör
neçə donu.
Nə günəş görüb
Nə
şaxta onu.
Kələm
***
Niyə qəfildən
Oldu
qırmızı?
Kim utandırdı
Bu gombul qızı.
Pomidor
***
Hər paltarının
Altında
tül var.
Kəsmə başını,
Səni
ağladar.
Soğan
***
Ağ dişlərini
Ağardan
odur.
Köynəyini tez
Çıxardan odur.
Soğanla dostluq
Edir haçandır
Xəstəlik ondan
Qorxub
qaçandır.
Sarımsaq
***
Dadı həmişə
Acı
olubdur.
Badımcan ilə
Bacı
olubdur.
Bibər
***
Ona bişməmiş
Ələk
deyirlər.
Bostanda bitən
Mələk
deyirlər.
Çiyələk
***
Anam Yağışla Günəş
Yeddi
rəngli dağam mən.
Tez gəlib, tez getməyə
Yamanca
qoçağam mən.
Göy qurşağı
***
Papaqsız çıxma həyətə
Var
orada səndən qoçağı.
Sərt soyuqdan qamçısı
var
Ülgücdən iti bıçağı.
Şaxta
***
Göy üzünü parçaladı
Sürünüb bir odlu ilan.
Ondan sonra yağış
yağmaz
Kim söyləsə,
bir ağ
yalan.
Şimşək
***
Rəngbərəngdir
Bağ
deyil o.
Elə baxma,
Dağ
deyil o.
Yeddi gülün
Ləçəyidir.
Göy üzünün
Çiçəyidir.
Göy qurşağı
***
Guruldayıb
Çaxdı yaman.
Sonra yağış
Yağdı
yaman.
Şimşək
***
Toz olanda
Duyur
o.
Küçələri
Yuyur
o.
Şırıldayır
Şır-şır-şır.
Navalça
Dolub
daşır.
Yağış
***
Bıçaq kimi
Kəsə
bilir.
Hər tərəfi
Gəzə
bilir.
Pəncərəmi
Naxışlayır.
Bizə soyuq
Bağışlayır.
Şaxta
***
Dörd tərəfi su
Ortasında
torpağam.
Sanki ağacdan
qopub
Yerə
düşmüş yarpağam.
Ada
***
Bir tərəfi qupquru
Üç
yanında suyam mən.
Yaşayıram, yox dərdim
Hər
nəyəmsə, buyam
mən.
Yarımada
***
Ozü balaca
İşi
çox böyük.
Onda cəmləşib
Dağdan
ağır yük.
Dənizləri var,
Gölləri vardır.
Dünyanı tutan
Elləri
vardır.
Onun üstündə
Çox
qısadır yol.
Uzatsan çatar
Ölkələrə qol.
Xəritə
***
Səsinə bir bax
Yağır
şırhaşır.
O bərk
yağanda
Dağ
çayı daşır.
Yağış
***
Nə qaçır, nə
yeriyir
Bütün
günü əsir o.
Heç özü də
bilmir ki,
Haraya
tələsir o.
Külək
***
Çox sürətlidir
Həm
də ki, çox cəld.
Həm mülayimdir
Həm
də ki, çox cəld.
Külək
***
Səmadan qopub
Uçur
havada.
Elə bil çiçək
Açır
havada.
Zərif naxışlı
Ağappaqdır o.
İstidən yaman
Qorxacaqdır
o.
Qar dənəsi
***
Yarpaqları
Edər
sarı.
cürbəcürdür
Onun
Bağçaları
Yuyar
yağış.
O gedəndə
Başlayar
qız.
Payız
***
Dostluq edir
Günəşlə o.
Gələr isti
Atəşlə o.
Bağ-bostanlar
Əlvan
olur.
Ona baxan
Heyran
olur.
Yay
Şaxtasıyla
Öyünər o.
Çox zaman ağ
Geyinər
o.
Yeyər yayın
Barını
o.
Ələyər ağ
Qarını o.
Qış
Qəşəm Nəcəfzadə
Mərkəz.- 2011.- 22 yanvar.- S.10.