Daha bir diaspor təşkilatı yaradıldı

 

Türkiyə-Azərbaycan Dərnəyinin təsis konfransı keçirilib

 

Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə-Azərbaycan Dərnəyinin (TAD) I konfransı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən «Mərkəz»ə daxil olan məlumata görə, konfransda Azərbaycan Türkiyənin müstəqilliyi uğrunda şəhid olan qəhrəman övladların əziz xatirəsi yad edilib. TAD sədri Sinan Oğan tədbiri açaraq konfrans iştirakçılarını salamlayıb və tədbirin təşkilinə göstərdikləri dəstəyə görə DİDK-ya Türkiyədəki Azərbaycan türklərinə təşəkkürünü bildirib. Tədbirdə DİDK-nin nümayəndəsi Elnar Məmmədov, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov media mənsubları iştirak ediblər.

Konfransda çıxış edən Elnar Məmmədov DİDK rəhbərliyinin təbrikini çatdırıb və deyib ki, TAD yarandığı qısa müddət ərzində Türkiyədə diqqətəlayiq fəaliyyət göstərir, önəmli toplantılar keçirir bu, Azərbaycanda da təqdir olunur. Prezident İlham Əliyevin vurğuladığı «Bir millətin iki diasporu olmamalıdır» fikrini bir daha diqqətə çatdıran DİDK təmsilçisi qeyd edib ki, Avropa Amerikadakı türk diasporu ilə qurulacaq əlaqələrə ortaq fəaliyyətə xüsusilə önəm verilməsi vacib şərtdir. E.Məmmədov dərnəyin Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasına (TADEF) üzv olmaq barədə qərarının da mühüm bir addım olduğunu bildirib.

ATXƏM-in sədri İlham İsmayılov TAD-ın fəaliyyətinin Türkiyədəki Azərbaycan diasporunu daha da gücləndirəcəyinə əmin olduğunu deyib. O bildirib ki, ATXƏM müxtəlif layihələrdə, xüsusilə də Azərbaycanın Qarabağ probleminə dair gerçəkliklərin təbliği istiqamətindəki fəaliyyətində TAD-la əməkdaşlıq etməyə hazırdır.

Konfransda Sinan Oğan TAD-ın sədri seçilib. Ənvər Türkoğlu dərnəyin sədr müavini, Əyyub Qartalqaya baş katib vəzifəsinə təsdiqlənib. TAD-ın gələcək fəaliyyət barədə məlumat verən S.Oğan ilk olaraq diaspor təşkilatlarının fəaliyyətinə göstərdiyi böyük diqqət qayğıya görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. O deyib ki, bu il Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyi digər dərnəklərlə birlikdə geniş tədbirlər keçiriləcək. Həmçinin, bu qətliamın Avropada daha geniş tanıdılması məqsədilə TAD ATXƏM- birgə Fransanın Strasburq şəhərində tədbir təşkil edəcək. S.Oğan əlavə edib ki, bu il Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyənin 50 şəhərində konfransların keçirilməsi planlaşdırılır. Bütün bu tədbirlər böyük Atatürkün «Azərbaycanın sevinci bizim süvincimiz, kədəri bizim kədərimizdir» ulu öndər Heydər Əliyevin «Azərbaycan Türkiyə bir millət, iki dövlətdir» kəlamlarına istinad edərək təşkil olunacaq.

 

 

Səxavət

 

Mərkəz.- 2011.- 25 yanvar.- S. 10.