«Qarabağ problemi türk dünyasının ortaq problemidir»
Bu mövzuda konfrans keçirildi
Dünən, "Ortaq Dəyərlər"
İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının
dəstəyi ilə
"Qarabağ problemi
türk dünyasının
ortaq problemidir" mövzusunda müzakirələrin
yekunuyla bağlı mətbuat konfransı keçirdi.
QHT
rəhbərlərinin, bir
sıra ziyalıların,
türk toplumlarının
təmsilçilərinin, həmçinin,
gənclər təşkilatı
nümayəndələrinin də iştirak etdiyi konfransı giriş sözü ilə açan birliyin sədri Aqil Camal sözügedən
layihə və onun icrası haqqında geniş məlumat verdi.
O, layihə zamanı effektivliyin təmin edilməsi üçün
ortaqdeyerler.org saytının yaradıldığını və
eyni zamanda, layihə çərçivəsində
türk dünyasının
müxtəlif bölgələrindən
gəlib Azərbaycanda
təhsil alan
25 tələbənin iştirakı
ilə seminarın keçirildiyini bildirdi:
"Seminar zamanı iştirakçılar
Ermənistanın işğalçılıq
siyasəti və Azərbacanın ədalətli
mövqeyi barədə
ətraflı bilgiləndirildi".
A.Camal layihənin adının məhz "Qarabağ problemi türk dünyasının
ortaq problemidir" olmasına da aydınlıq gətirdi:
"İki hadisənin
baş verməsi səbəb olub. Birincisi, Avropa Komissiyasının prezidenti Jose Manuel Barrozonun
ölkəmizdəki çıxışı
və qurumun saytında çıxışın
təhrif edilməsi; ikincisi, Ermənistan prezidenti Serj Sarkisyanın Yunan Kiprinə səfər edərkən irəli sürdüyü iddialar.
Təkcə bu son hadisələr
türk dünyasının
gözünü açmaq
üçün gərəkli
faktorlardır".
Daha sonra çıxış edən
Azərbaycan Respublikasının
Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı
elmi işçisi cavid Vəliyev isə Dağlıq Qarabağ məsələsinin
həlli yolunda türk dövlətlərindən
gözləntilərin daha
böyük olduğunu
dedi: "Dünyada
350 milyon türk, 7 türk dövləti var.
Bu dövlətlərin də
hamısı Ermənistanın
işğalçı dövlət
kimi tanıyır və bu yöndə
bir sıra addımlar atırlar. Eyni zamanda, Avropa Şurası Parlament Assambleyasının prezidentliyinə
Mövlut Çavuşoğlunun
seçilməsi də
Qarabağ probleminin həllində ümidləri
bir qədər də artırdı".
Türkiyənin Bilkent Universitetinin müəllimi Hasan Ali Karasar isə Fələstin məsələsinin
islam dünyası
üçün önəmli
olduğu qədər
Dağlıq Qarabağın
da önəm daşıdığını dedi: "Əgər Qarabağ problemini həll etmək istəyiriksə, bütün
türk dünyası
dövlət səviyyəsində
buna təzyiq göstərməlidir".
Tədbir davamında QHT rəhbərləri,
türk toplumlarının
təmsilçiləri, gənclər
təşkilatlarının nümayəndələri çıxış
edərək fikirlərini
bölüşdülər.
S. MEHRALIYEV
Mərkəz.- 2011.-27 yanvar.- S.10.