AJQA “Jurnalist Klubu” yaradır
Azərbaycan Jurnalist Qadınlar
Assosiasiyasının (AJQA) sədri
Sevil Yusifovanın qəzetimizə müsahibəsi.
-
Sevil xanım, istərdim öncə rəhbərlik etdiyiniz təşkilatın fəaliyyəti
haqqında məlumat verəsiniz…
- Azərbaycan Jurnalist
Qadınlar Assosiasiyasının
əsas funksiyası mediada çalışan jurnalist qadınları bir araya toplamaq,
onlara müxtəlif layihələri həyata keçirməkdə yardımçı
olmaq, ölkə mətbuatının inkişafında
qadınların rolunu
artırmaqdan ibarətdir. Hesab edirəm ki,
AJQA fəaliyyəti dövründə
bu sahədə çox uğurlara imza atıb. Yeni-yeni uğurlar qazanmaq üçün səylə
çalışırıq.
-
Ötən ilin yekunlarına nəzər salsaq, AJQA-nın fəaliyyətini necə qiymətləndirmək olar?
-
Ötən il
bizim üçün
çox məhsuldar, çox uğurlu oldu. Bir sıra iri layihələr həyata keçirdik. “Azercell
Telekom”un maliyyə dəstəyi ilə Azərbaycan milli mətbuatı tarixində ilk dəfə
olaraq jurnalist qadınlar haqqında “Zərif imzalar” adlı klassik toplu hazırladıq və işıqüzü
gördü. Bundan əlavə,
ölkəmizdə ilk dəfə
olaraq AJQA tərəfindən
“Hepatit”lə mübarizə
üçün Türkiyədən
Hepatitlə Mübarizə
Dərnəyinin həkimləri
Azərbaycana dəvət
olundu. Türkiyəli həkimlər jurnalistlər
də daxil olmaqla, 2360 nəfəri pulsuz olaraq “Hepatit” yoxlamasından keçirdilər. Həmçinin,
bizim ötən ilin dekabr ayının
20-dən həyata keçirdiyimiz
və bu ilin yanvar ayının
30-da yekunlaşacaq daha
bir layihəmiz var ki, bu
da müxtəlif yazılı və elektron KİV-lərin xəbər departamentlərində
çalışan jurnalistlərin
“Ankara Medical center”də pulsuz
müayinədən keçməsidir.
Bu
il də
yeni layihələrimiz
olacaq. Bildiyiniz kimi, AJQA yeni
ofisə köçüb.
Burada biz
qadın jurnalistlərin
iştirakı ilə
“Jurnalist Klubu” yaradacağıq. “Jurnalist
Kulubu”na cəmiyyətdə tanınmış
şəxslər, dövlət
rəsmiləri dəvət
olunacaqlar. Bu şəxslər
qadın jurnalistlərin
suallarını cavablandıracaq.
Hesab edirəm ki, bu, jurnalistlərin vəzifəli şəxslərə,
diplomatlara birbaşa çıxışını təmin edəcək.
Layihələrimiz çoxdur, onları
zaman-zaman həyata keçirdikcə mətbuata
məlumat verəcəyik.
- Hazırda AJQA-nın
beynəlxalq əlaqələri
hansı səviyyədədir?
-
Bizim təşkilatın
çox geniş və sıx beynəlxalq əlaqələri
var. AJQA daha çox Avropa və Amerikada fəaliyyət göstərən jurnalist
təşkilatları və
jurnalistlərlə əməkdaşlıq
edir. Bu təşkilatlar
və jurnalistlər mütəmadi olaraq bizim gördüyümüz
işlər haqqında
məlumatlar yayırlar.
AJQA-nın türkdilli
ölkələrin qadın
jurnalist təşkilatları
ilə də geniş əlaqələri
var.
- Hazırda Azərbaycan
jurnalistikasında peşəkarlıqla
bağlı ciddi problemlər olduğu haqqında fikirlər söylənilir, sizin bu məsələyə münasibətiniz necədir?
-
Bu doğrudur, indi hamı jurnalistlərin peşəkarlığından şikayət edir. Amma mən bu məsələni
yazılı mətbuata
o qədər aid etmirəm.
Daha çox problem televiziyalardadır.
Televizayaların xəbərlər redaksiyalarında çalışan
müxbirlər bəzən
diksiyalarında, xəbərin
mətnində çox
ciddi səhvlərə
yol verirlər. Ümumiyyətlə, televiziyalarda çalışanların
çoxu gəncdir, buna görə də gənclər öz üzərlərində
daha çox işləməli, mütaliə
etməlidirlər. Bəzən baxırsan
ki, jurnalist tədbirə gəlib, ona press-reliz verməsən, tədbirdən
heç nə yaza bilməyəcək.
Bax bu, acınacaqlı haldır. İstər yazılı mətbuatda,
istərsə də televiziya və radiolarda çox istedadlı, təcrübəli
jurnalistlər var. Əgər
gənclər bu peşəni seçiblərsə,
mütləq onlardan nəyisə öyrənməlidirlər.
-
Qeyri-peşəkarlığın artmasını jurnalistikaya
axınla əlaqələndirmək
olarmı?
-
Bunu da səbəb
saymaq olar. Bu gün bir
çoxları jurnalistikaya
tranpilin kimi baxır. Amma jurnalistika elə
bir sahədir ki, özü ələyib ələkdən
keçirir. İstedadı olmayan heç kəs jurnalistikada qala bilməz. Bir müddətdən sonra özü bezib gedəcək.
-
Gənc jurnalistlərə
məsləhətiniz nə
olardı?
-
Çoxlu mütaliə
etsinlər. Yalnız bununla öz
peşəkarlıqlarını daha da artıra
bilərlər. İnsan nə
qədər çox kitab oxuyarsa, bir o qədər kamilləşər.
Oral ƏLİYEV
Mərkəz.- 2011.- 27 yanvar.- S.8.