Vergilər Məcəlləsinə hansı dəyişikliklər olunmalıdır?

 

İqtisadi Sosial İnkişaf Mərkəzi sahibkarların xeyrinə olan təkliflərlə çıxış edib

 

Xəbər verdiyimiz kimi, 2011-ci ildə Azərbaycanın Vergi Məcəlləsinə ciddi və əhəmiyyətli dəyişikliklərin ediləcəyi planlaşdırılır. Vergilər nazirinin birinci müavini Natiq Əmirovun verdiyi məlumata görə, əlavə və dəyişiklikləri zəruri edən səbəblər həm 2011-ci ilin dövlət büdcəsinin təsdiqlənməsi barədə dövlət başçısının fərmanındakı tapşırıqlarla əlaqədardır, həm də ümumilikdə ölkə iqtisadiyyatının yeni inkişaf mərhələsinə daxil olması ilə bağlıdır. N.Əmirov qeyd edib ki, təklif olunan əlavə dəyişikliklər biznes mühitinin daha da yaxşılaşdırılması onun normal vergi qanunvericiliyi ilə müşayiət olunması məqsədi daşıyır.

Bəs, bu əlavə dəyişikliklər konkret hansı istiqamətlərdə həyata keçirilməlidir? İqtisadi Sosial İnkişaf Mərkəzinin ekspertləri hesab edir ki, iqtisadi inkişafın dəstəklənməsi, sahibkarlığın inkişafının stimullaşdırılması, vergidən yayınmaların qarşısının alınması və digər istiqamətdə islahatların davam etdirilməsinə ehtiyac var.

Mərkəzin rəhbəri Vüqar Bayramov konkret sahələrin adını çəkdi. O bildirdi ki, Azərbaycanda elektron ticarətin inkişafı üçün bu sahənin əlavə dəyər vergisindən (ƏDV) azad olunması vacibdir. Onun qənaətincə bu, elektron ticarətin inkişafına yardım göstərməklə yanaşı, e-ticarətin daha da leqallaşdırılmasına səbəb ola bilər.

İkinci bir təklif kimi ekspert ƏDV-nin dəyişən dərəcələrinin tətbiq edilməsini lazım bilir: "Əksər Avropa ölkələrində ƏDV standart deyil, bir neçə dərəcədə olur. Elə sferalar var ki, orada ƏDV-nin faizi standart faizdən aşağıdır. Azərbaycanda isə ƏDV- cəlb edilən bütün əməliyyatların hamısı eyni vergi dərəcəsi ilə -18%-lə cəlb edilib. Halbuki, ƏDV-nin sektorlar üzrə fərqləndirilməsi qeyri-neft sektorunun inkişafını stimullaşdırar vergidən yayınmanın qarşısını alar".

V.Bayramov bir sıra Avropa ölkələrində olduğu kimi rüblük bəyənnamələrin illik hesabatla əvəz edilməsini dəyişikliklər zamanı nəzərə alınmasını təklif edir. O hesab edir ki, bu düzəliş vergi müfəttişləri ilə sahibkarların birbaşa ünsiyyətinin azalmasına səbəb ola bilər.

Ekspertin başqa bir təklifinə əsasən, Vergi Məcəlləsi üzrə risk təhlili aparılmalıdır. Onun fikrincə, müstəqil tanınmış xarici şirkətlər tərəfindən həyata keçirilməsi tövsiyə edilən bu təhlil məsələnin korrupsiya üçün hansı imkanlar yaratdığını müəyyənləşdirər.

V.Bayramov Vergilər Nazirliyinin yanında Müşahidə Şurasının yaradılması həmin şuraya hökumət qurumlarının nümayəndələri ilə yanaşı, biznes vətəndaş cəmiyyətinin nümayəndələrinin cəlb edilməsini təklif edir.

O, bir sıra vergi dərəcələrinin azaldılmasını da vacib sayır. Ekspertin qənaətincə, vergi dərəcələrinin sahibkarılığın inkişafında rolu əvəzsizdir: "Yüksək vergi dərəcələri sahibkarların sərəncamında qalan vəsaitlərin həcmini azaldır onların likvidliyini aşağı salır. Artıq nəinki bəzi keçid ölkələrində, hətta bir sıra inkişaf etmiş ölkələrdə vergi dərəcələrinin azaldılması həyata keçirilib. Bu baxımdan təklif olunur ki, vergi dərəcələrinə 1 il müddətində azalmalar tətbiq olunsun. Əlavə Dəyər Vergisi 18%-dən 17%-ə, sosial sığorta ayırmasının işəgötürənlərdən tutulan hissəsi 22%-dən 20%-ə endirilsin. O cümlədən fiziki şəxslərin gəlir vergisində vergidən azad edilən hissəsi 75 manatdan 100 manatadək artırılsın eləcə güzəştin tətbiq edilmədiyi məbləğ 200 manatdan 250 manatadək artırılsın. Sadələşdirilmiş vergi fiziki şəxslər üçün nəzərdə tutulan illik maksimum məbləğ 90 min manatdan 120 min manatadək, hüquqi şəxslər üçün 150 min manatdan 200 min manatadək nəzərdə tutulsun".

V.Bayramov onu da qeyd etdi ki, investisiya vergi sisteminin tətbiqi prosesi gücləndirilməlidir. O xatırlatdı ki, Azərbaycanda investisiya vergilərinin tətbiqi məsələsi son illər ciddi şəkildə müzakirə edilsə , bu sistemi real olaraq tətbiq etmək mümkün olmayıb: "Qlobal böhranın neqativ təsirlərini azaltmaq məqsədi ilə bu vergi növünün tətbiq edilməsi məqsədəuyğun hesab edilir. Sistemin tətbiqi həmin güzəştdən istifadə etmək hüququ olacaq müəssisələrin sərəncamında əlavə vəsaitlərin qalmasına təbii ki, onların inkişafını stimullaşdırmağa xidmət edəcək. Başqa tərəfdən, yerli təkrar istehsalçıları dəstəkləmək üçün təkrar məhsulların istehsalı təkrar ixracı üçün xaricdən alınan xammala hesablanan ƏDV-nin ödənilməsinə 1 il müddətinə güzəşt tətbiq oluna bilər".

Nahayət, son təklif kimi V.Bayramov fiziki şəxslərdən tutulan gəlir vergisinin hədlərinin dəyişdirilməsini zəruri sayır. Onun verdiyi məlumata görə, Azərbaycanda gəlir vergisi dərəcələri MDB ölkələri arasında ən yüksəklərindən sayılır. Məsələn, Rusiyada bu dərəcə 13%, Ukraynada isə bu gostərici 15%-dir. Hazırda birinci vergi səviyyəsi üzrə gəlir vergisi dərəcəsi 14%-dir ki, bu da 2000 manata qədər olan gəlirə tətbiq olunur. İkinci səviyyə üzrə faiz dərəcəsi 30%-dir ki, bu isə 2000 manatdan yuxarı olan gəlirə tətbiq olunur. V.Bayramov təklif edir ki, birinci səviyyə üzrə gəlir vergisi dərəcəsinin 14%-dən 12%-ə endirilməsi məqsədəuyğundur.

 

 

Mərkəz.- 2011.- 27 yanvar.-S.6.