Ərşə qalxan “Ana haqqı”...
Mərkəz”in məlumatına görə, bu gün
Nizami kinoteatrında Respublika Uşaq Təşkilatının
təşəbbüsü ilə “ANS” Televiziyası tərəfindən
ərsəyə gələn “Ana haqqı” filminin təqdimat mərasimi
keçirildi.
Qeyd edək ki, sözü gedən film 2011-ci ildə
martın 8-də Ağdam rayonu ərazisində erməni
terrorçuları tərəfindən xaincəsinə qətlə
yetirilmiş 9 yaşlı Fariz Bədəlovun xatirəsinə
həsr olunub. Filmin ideya rəhbəri millət vəkili,
Respublika Uşaq Təşkilatının sədri Gülər
Əhmədova, ssenari müəllifi və rejissoru Zəminə
Əliyevadır.
Milli
Məclisin bir qrup
deputatları, ölkənin tanınmış ictimai-siyasi
xadimləri, jurnalistlər və QHT nümayəndələrinin
qatıldığı mərasim ilk
öncə filmin nümayişi
ilə başlandı. Film Dağlıq Qarabağ münaqişəsi zamanı və
atəşkəs dövründə cəbhə xətti
bölgələrində erməni tərəfinin atəşkəsi
pozması nəticəsində həlak olan
azyaşlı uşaqlardan bəhs edir, erməni tərəfinin snayperlərinin
uşaqları qətlə yetirməsi hadisələrinin
ümumiləşdirilmiş süjetini
özündə əks etdirib.
Film maraqlı süjet xəttinə malikdir. Belə ki, ekran işində
eyni zamanda iki ananın – fransız və azərbaycanlı ananın
fikirləri əks olunur. Hər iki ana körpələrinin dünyaya
gəlməsindən, uşaqlıq
çağlarından və
tərbiyəsindən bəhs
edir. Fransız ana öz övladını rahat şəraitdə, Avropada
böyüdüb boya-başa
çatdırdığı bir vaxtda onun
azərbaycanlı həmkarı
erməni gülləsinin
qorxusu altında dünyaya uşaq gətirir və ona həyat verir. Tam fərqli
şəraitdə dünyaya
gələn, böyüyən
uşaqların yaşadığı
mühit də fərqlidir. Fransız uşaq
firavan həyat sürdüyü vaxt 9 yaşlı Farizin həyatına qəfildən
son qoyulur. Filmin əsas
ideyası və süjet xətti də məhz bundan sonra başlayır.
İki həmyaşıdı bir-birindən
fərqləndirən cəhət
də məhz bu nöqtədə tam olaraq canlanır. Müharibənin bəşəriyyətə vurduğu zərbələr
çılpaqlığı ilə canlandırılır.
Azərbaycanın uzun illər
ərzində bu bəladan əziyyət çəkməsi bütün
dünyaya mesaj olaraq çatdırılır.
Filmin təqdimatından sonra mərasimə toplaşanlar
filmlə bağlı
təəssüratlarını paylaşdılar.
Ekran işinin ideya rəhbəri Respublika Uşaq Təşkilatının
sədri, millət vəkili Gülər Əhmədova belə bir filmin ərsəyə
gəlməsinə görə
ANS şirkətlər qurupuna,
filmin ssenari müəllifi və rejissoruna, eləcə də Ağdam icra başçısına
öz minnətdarlığını
ifadə etdi. Filmin beynəlxalq auditoriya üçün nəzərdə tutulduğunu
deyən millət vəkili elə buna görə də yaxın günlərdə «Ana haqqı»nın müxtəlif
əcnəbi dillərə
ARUT tərəfindən tərcümə
ediləcəyini bildirdi.
Və bu işdə köməklik
üçün həmkarlarına
üz tutdu: «Bu qətl təkcə azərbaycanlı balası
olan Farizə deyil, bütün dünya uşaqlarına yönələn bir faciədir, qoy beynəlxalq aləmə yayılsın. Həmkarlarımdan bu işə
kömək etmələrini
xahiş edirəm.
Çünki əgər bu
qətllərin qarşısı
alınmasa, zərbə
gələcəyimiz olan
uşaqlara dəyəcək.
Həm də söhbət dünya uşaqlarından
gedir».
Rəhbərlik etdiyi təşkilatın
bu istiqamətdə nəinki ölkə daxili, habelə xaricdə də intensiv təbliğat apardığını bildirən
Gülər Əhmədova
“Uşaqları öldürməyin!” (Dont kill shildren)
beynəlxalq kampaniyasının
məhz bu zərurətdən meydana
gəldiyini də söylədi. Respublika Uşaq Təşkilatının
ən son layihəsi olan “Gənc Qarabağ Səfirləri”nin cəbhə bölgəsində həlak
olmuş uşaqlarının
haqq səsinin dünyaya çatdırılmasında
bir sıra tədbirlər həyata keçirdiyini söyləyən
Gülər Əhmədova
artıq beynəlxalq ictimaiyyətin, xüsusən
də xaricdə fəaliyyət göstərən
uşaq hüquqları
təşkilatlarının onların haqq səsinə səs verdiyini də dilə gətirdi.
Ağdam rayonundan olan millət vəkili Bəxtiyar Əliyev belə bir filmin
ərsəyə gəlməsinə
görə ilk növbədə
millət vəkili Gülər Əhmədovaya
minnətdarlığını çatdırdı: «Gülər
Əhmədova sağ
olsun ki, faciəmizin dünya ictimaiyyətinə çatdırılması
üçün belə
təşəbbüslə çıxış edib və çox böyük iş görüb». Filmə baxarkən çox sarsıldığını deyən
millət vəkili Azərbaycan xalqının
yaşadığı faciənin
insanlara çatdırılmasında
«Ana haqqı»nı böyük əhəmiyyətə
malik bir vasitə kimi dəyərləndirdi: «Azərbaycanlı
uşağın bir erməni snayperi tərəfindən qətlə
yetirilməsi təsadüf
deyil. Hər şeyi adı
ilə çağırmalıyıq;
bəli, bu sadə bir qətl
deyil, soyqırımdır.
Bizim faciəmizlə bağlı
çəkilən son filmlər,
eləcə də
«Ana haqqı» ekran işində ünvan açıq göstərilir.
Bəli,
açıq şəkildə
Avropa ictimaiyyəti faciəmizə göz yumur. Minsk qrupu həmsədrləri hələ
də xeyrimizə heç bir iş görməyiblər.
Farizin qətlinin araşdırılması
birbaşa onların üzərinə düşən
məsuliyyətdir. Əgər onlar
vaxtında tədbir görsəydilər Atəşkəs
dövründə belə
bir faciə baş verməzdi. Buna görə də
ictimaiyyət haqq səsini ucaltmalı, bizsə Minsk qrupu qarşısında irədamizi
ortaya qoymalıyıq.
Onlar bizim Qarabağda yaşamaq hüququmuzu bərpa etməlidirlər.
Bu filmdə yaşadığımız
acılar bir daha onu göstərir
ki, səbr kasamız daşıb.
Mən Farizi qəhrəman kimi tanıyıram, çünki
o, bu torpaqda şəhid olub»
Ağdam icra hakimiyyətinin
məsul işçisi
Amil Cavadov ağdamlılar adından
filmin ideya rəhbəri millət vəkili Gülər Əhmədovaya minnətdarlığını
çatdırdı: «Haqq
səsimizin dünyaya
çatdırılmasında bu film bir vasitədir.
Bayram günü Farizin anası balasından gül almaq əvəzinə oğlunun
cəsədini qan içində qucaqlayıb.
Bu azərbaycanlı uşaqlarına qarşı
tuşlanmış güllə
idi. Sağ olsun millət vəkilimiz Gülər Əhmədovanı ki, belə taleyüklü missiyanı üzərinə
götürüb və
ortaya gözəl bir ekran işi
çıxıb».
ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev də təssüratlarını
paylaşarkən millət
vəkili Gülər
Əhmədovaya minnətdarlığını
ifadə edib və bu cür
filmlərin hələ
çox çəkiləcəyini
dilə gətirib:
«Biz bu cür filmlərimizin çəkilişini
davam etdirəcəyik.
Nə vaxt Ali Baş Komandan hücum əmri versə, o zaman biz kameramızı yerə qoyub, silah götürəcəyik».
Fikirlərini göz yaşları
içərisində ifadə
edən millət vəkili Jalə Əliyeva belə bir filmin ərsəyə
gəlməsinə görə
başda millət vəkili, Respublika Uşaq təşkilatının
sədri Gülər Əhmədovaya və yaradıcı heyətə
təşəkkürlərini bildirdi: «Gülər Əhmədova qeyrətli xanımdır, həmişə
taleyüklü məsələlərdə
öz haqq səsini ucaldır. Bu filmin də ərsəyə gəlməsi
onun xidmətidir»
Göz yaşlarını boğa
bilməyən Fariz Bədəlovun nənəsi
Məlahət Bədəlova
onların ailəsinə
hər zaman diqqət və qayğı göstərdiyinə
görə, eləcə
də nəvəsinin
acı taleyindən bəhs edən belə bir filmə
görə millət vəkili Gülər Əhmədovaya minnətdar
olduğunu dedi: «Gülər Əhmədova
kişi qeyrətli bir xanımdır və onun Fariz
üçün elədiklərini
ölənə qədər
yadımdan çıxarmaram.
Mən Farizin nənəsi kimi hər bir
millət vəkilinə
düşmən gülləşinə
tuş gələn azərbaycanlı balalarına
qarşı bu qədər diqqətli olmağı arzulayıram».
Cəvahir Səlimqızı
Mərkəz.- 2012.- 13 aprel.- S.14.