Qısa filmlərin
festivalı keçirildi
"Yarat!"
qeyri-kommersiya təşkilatının
təşkilatçılığı və Nizami Kino Mərkəzinin dəstəyi
ilə Bakıda
"Future Shorts" - qısametrajlı filmlər festivalı keçirilib.
Festivalın məqsədi və fərqliliyi
nümayiş olunan filmlərdə dünya və cəmiyyətin
tamaşaçının gördüyü kimi
göstərilməsindədir. Bu festivaldakı şoka salan filmlər bir növ "digər Hollivud"u təqdim edib. "Future Shorts" festivalı ümumilikdə 55 ölkəni,
150 şəhəri, bütün
iri yayım şəbəkələrini və
nüfuzlu qurumları
əhatə etməklə,
ən maraqlı qısametrajlı
filmlərin və istedadlı rejissorların
təqdimatını keçirir. Yeni yaz mövsümü
proqramında 7 klassik,
məşhur və ən çox qalib gəlmiş qisametrajlı filmlər nümayiş etdirilib:
"Sənin yanında
ölmək" (rejissorlar
Spayk Cons və Simon, Kann), "Səni daha çox sevirəm" (rejissor Sem Teylor-Vud, Boyük Britaniya), "Ayı" (rejissor Nes Edgerton, Avstraliya), "Başsız adam" (rejissor Xuan Solanas,
Fransa), "Dördbucaq"
(rejissor Emi Qrappel,
AB§), "Venus" (rejissor Tor Friierqard, Danimarka), "Qol" (rejissorlar Bri Larson, Sara Ramos, Cessi
Ennis, ABS).
2003-cu ildən keçirilən "Future Shorts" festivalı inqilabi şəhərlərin, dünya
mərkəzlərinin və
yeni ərazilərin ünsiyyəti və qisametrajlı filmlərin əsl kino bayramıdır.
Mərkəz.- 2012.- 12 aprel.- S.14.