Həmişə
bizimlə olan «Bakılı oğlan»…
Anar Məmmədxanovun
vəfatından bir il
ötdü
Şən, hazırcavab, gülərüz,
mehriban, zarafatcıl, enerjidolu…
Anar Məmmədxanovu xarakterizə etmək
üçün o qədər
gözəl sözlər var ki, adam bilmir
hansını işlətsin. Amma bu sözlərin hamısı ona
yaraşır. Çünki Anar özü də hər
kəsin yaddaşında yaraşıqlı, şən və
hazırcavab kapitan kimi
qalıb. Dünən o kapitanın
anım günü idi.
Anarın yoxluğuyla
bizi birillik zaman kəsiyi ayırır. Amma
ölüm sevinməsin, qoy,
çünki Anarı sevənlər onu hələ də aralarında görüb hiss edirlər.
Elə yaxınları, doğmaları, dostları da Anar haqqında keçmiş zaman şəkilçisində
danışmırlar. Aprelin 22-də onun xatirəsinə
həsr olunan anım gecəsində də bunun şahidi olduq.
Yaxınlarının dediyinə
görə, Anar hamını özünə
dost sayırmış, onun
düşməni bir olub:
«Yumor hissi olmayanlar». O harda bir yeni lətifə
eşitdisə, həmin gün Anarın
şən hay-küyündən qulaq tutulurmuş: «Elə ki, bir lətifə eşitdi, mütləq telefonu
əlinə alıb bir-bir bütün
dost-tanışına zəng edib, həmin
lətifəni ucadan qəh-qəhə
çəkərək danışardı. Evə həmin gün gələn olsa,
mütləq Anarın yeni lətifəsini
dinləyib gülməli idi. Vay o adamın halına ki, gülməsin. Anar dərhal
ona məhəl qoymazdı. Bu insan hamıya pozitiv enerji paylamaq, sevinc ötürməklə
özünü çox
rahat hiss edirdi. Qanında idi bu xüsusiyyət»- həyat yoldaşı
İradə xanım belə deyir.
İndi isə gəlin
sizi, heç vaxt kədərli olmağı sevməyən
Anarın Tanrıya qovuşacağı vaxtdan
iki gün əvvəl
onun oxuduğu «Əlvida»
mahnısını zümzümə edib
doluxsunmasından xəbərdar edim. Sonuncu dəfə ailəsi ilə birgə qohumlardan birinin toy məclisində iştirak
edib. «Mən «Əlvida»
mahnısını oxumaq istəyirəm»,
-deyə israr etdikdən sonra
mikrafonu əlinə alıb və
özünəməxsus tərzlə oxuyub.
Səsi və hətta musiqi duyumu zəif olan Anar mahnını o qədər
ürəklə oxuyub ki,
hamını kövrəldib. Elə dünyadan köç edəcəyi
gün də yolu toy məclisindən keçəcəkmiş.
Toya məxsusi hazırlaşan Anar özünə kostyum
da sifariş veribmiş. Amma heç o kostyumu
əyninə geyinmək və həmin toy
məclisinə getmək ona nəsib
olmadı. Bəlkə də həmin toyda
daha bir «Əlvida»
oxuyacaqmış, amma bu «əlvida»nı mənzilində söyləməli
oldu…
Cəvahir Səlimqızı
Mərkəz.-2012.- 24 aprel.- S. 14.