İngilislər
xalq artistimizin səsini
möcüzə adlandırıblar
Nəzakət
Teymurovaya artıq İngiltərədən
dəvətlər gəlir.
Azərbaycanın
xalq artisti Nəzakət Teymurova bu dəfə də Londonu heyrətləndirməyi
bacarıb. ANS PRESS-in məlumatına görə, Azərbaycan
xanəndəsi Londonda keçirilən ənənəvi WOMAD
(“Dünya ölkələrinin musiqisi və rəqsləri”)
festivalında iştirak etməyə dəvət alıb.
Sözügedən festival 30 il ərzində hər il iyul
ayının axırlarında Londonun
yaxınlığında yerləşən Viltşir şəhərciyində
keçirilir. Bu il həmin festivala Nəzakət Teymurova dəvət
olunub. Azərbaycan sənətçisi festivalda Azərbaycanı
təmsil edib. Azərbaycanın xalq artistini tarda əməkdar
artist Əliağa Sədiyev, kamançada Elnur Mikayılov,
balabanda əməkdar artist Fətəliyev müşayət
ediblər.
Qeyd edək
ki, Nəzakət Teymurova festivala musiqişünas Sənubər
Bağırovanın təşəbbüsü ilə
qatılıb. Festival BBC radiosu vasitəsilə də canlı
yayımlanıb. BBC Radiosu vasitəsilə canlı
yayımlanan festivalda Azərbaycan sənətçisinin bir
saat davam edən çıxışı dinləyicilərə
böyük zövq verib. Azərbaycan xanəndəsinin
ifası böyük alqışlarla qarşılanıb.
Festivalı işıqlandıran xarici jurnalistlər, İngiltərə
mətbuatı bu barədə geniş məlumatlar yazıblar,
telekanallar bu barədə materiallar hazırlayıb, bir
çox nüfuzlu İngiltərə qəzetlərində məqalələr
yer alıb. Konsertdən sonra da Azərbaycanın xalq artistinə
böyük maraq yaranıb və sənətçimiz bir
neçə jurnal və qəzetlərə müsahibə
verib. Onun “WOMAD”dakı çıxışını təşkil
edən YUNESKO-nun eksperti Sənubər Bağırovanın
poçtuna gəlmiş ilk rəylər Nəzakət
Teymurovanın böyük uğurunu təsdiqləyirlər.
İngiltərənin ən nüfuzlu qəzetlərindən
sayılan ”London Evening Standard” qəzetində Samon Broutonun
imzasında sənətçimiz haqqında belə
yazılıb: “Ən təsirli səs Azərbaycanlı Nəzakət
Teymurovanın idi” /The most profound vojals jame from Azerbaican’s Nazaket
Teymurova/.
Ümumiyyətlə
Nəzakət Teymurovanın Londonda keçirilən
festivaldakı çıxışından sonra onun
haqqında Azərbaycana çoxsaylı rəylər göndərilib.
Xüsusilə də Sənubər Bağırovaya
ünvanlanan məktublarda Azərbaycan sənətçisinin təsirli
səsindən, xalq artistimizin səsinin, ifasının bənzərsizliyindən
danışılır. İngilis dinləyicisi Culian Le
Bas-ın BBC Radio 3-ə və S.Bağırovaya ünvanlanan məktubunda
da sənətçimiz haqqında xoş fikirlər səslənib:
“Nəzakət Teymurovanın və onun ansablının
qeyri-adi çıxışına mənim reaksiyama gəldikdə
isə, “Bu bir möcüzə idi! Musiqi mənə o qədər
dərin təsir buraxmışdır ki, mən
özümü lap əvvəl andan onun cazibəsi altında
hiss edirdim. Mən heç vaxt belə hərarətli musiqiyə
rast gəlməmişdim! Son musiqi nömrələri isə
ifa olunarkən, mən göz yaşlarımı saxlaya
bilmirdim… Mən Sizə hədsiz dərəcədə minnətdar
olardım, əgər Siz mənim bu sözlərimi Nəzakət
xanımın özünə çatdıra bilsəydiniz”
Festivalın
ən uğurlu çıxışlarından Hind, Finlandiya
və Azərbaycan musiqiçilərinin
çıxışları xüsusi vurğulandı. Nəzakət
Teymurova haqqında isə rəyçi belə
yazmışdı: “Ən təsirli oxuma Azərbaycandan Nəzakət
Teymurovadan gəldi” /The most profound vojals jame from Azerbaican’s
Nazaket Teymurova .
Bundan əlavə
xalq artistimiz Londonun Mərkəzi Kitabxanasına dəvət
olunub. Londonun Mərkəzi kitabxanasında olarkən Azərbaycanın
xalq artisti öz disklərini Kitabxanaya hədiyyə edib.
İngilis oxucuları görüş zamanı bu hədiyyənin
onlar üçün böyük əhəmiyyət
daşıdıqlarını dilə gətiriblər.
Məlumat
üçün onu da qeyd edək ki, Nəzakət Teymurova ilk
dəfə İngiltərədə qostrol səfərində
olub. Xalq artistimizin ifası, çıxışı o qədər
ingilisləri heyrətləndirib ki, sənətçimiz bir
neçə konsert təklifi alıb. Nəzakət Teymurova bu təklifləri
dəyərləndirdikdən sonra İngiltərənin bir
neçə şəhərində konsert proqramları ilə
çıxış edəcək.
Mərkəz.- 2012.- 8 avqust.- S. 14.