Siyasi portret
Fizik və şərqşünas
ailəsində doğulan həkim…
Azərbaycan
Respublikası Prezidentinin həyat yoldaşı, Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin
deputatı, YUNESCO və İSESKO-nun Xoşməramlı Səfiri
Mehriban Əliyeva Arif
qızı 1964-cü il 26 avqustda Bakı şəhərində
ziyalı ailəsində anadan olub.
Atası
Arif Paşayev fizika-riyaziyyat elmlər doktoru və
Bakıdakı Milli Aviasiya Akademiyasının rektoru, anası
Aida İmanquliyeva görkəmli filoloq və ərəbşünas
olub.
Mehriban
Əliyeva yazıçı Mir Cəlal Paşayevin nəvəsidir.
Azərbaycan Prezidenti İlham Əliyevin həyat
yoldaşıdır. Azərbaycanın eks-prezidenti Heydər Əliyevin
gəlinidir. Leyla və Arzu Əliyevaların və Heydər Əliyevin
anasıdır. Onun üç nəvəsi var.
“First Lady”ye gedən yol…
1982-ci
ildə Bakı şəhəri 23 saylı orta məktəbi
qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan
Dövlət Tibb İnstitutunun müalicə-profilaktika
fakültəsinə daxil olmuş, 1988-ci ildə M.Seçenov
adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə
diplomu ilə bitirmişdir. Fəlsəfə elmləri namizədidir.
1988-1992-ci
illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi
altında Göz Xəstəlikləri Elmi-tədqiqat
İnstitutunda işləmişdir.
1995-ci
ildə Mehriban Əliyevanın təşəbbüsü ilə
hal-hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin
Dostları Fondu təsis olunmuşdur
1996-cı
ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin
geniş təbliğ olunması məqsədilə
üç dildə (Azərbaycan, ingilis və rus) çap
olunan “Azərbaycan – İrs” jurnalını təsis edib.
2002-ci
ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika
Federasiyasının prezidenti seçilib.
Mehriban
Əliyeva həmçinin Heydər Əliyev Fonduna rəhbərlik
edir. 2004-cü il may ayının 10-da fondun rəsmi açılışı olub.
Azərbaycan xanımın dünyadakı
siması…
2004-cü
il dekabrın 28-də
Mehriban Əliyeva Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə
Komitəsinə üzv
seçilib.
2004-cü
ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.
2004-cü
ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 2005-ci il
noyabrın 6-da Milli Məclisə keçirilən
seçkilərdə namizədliyi
Yeni Azərbaycan Partiyası tərəfindən
14 saylı Əzizbəyov
ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban
Əliyeva 92.12% (23106 səs)
səs toplayaraq deputat seçilib.
Aldığı mükafatlar …
2004-cü
il avqustun 13-də Azərbaycanın şifahi
xalq ədəbiyyatının
və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə
görə Mehriban Əliyeva UNESCO-nun xoşməramlı
səfiri adına layiq görülüb.
2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən Mehriban Əliyeva “İlin qadını” adına layiq görülüb. 2005-ci il
iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə
görə, təhsil
və mədəniyyət
müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə
görə Rusiyanın
Yüzilliyin mesenatları
Beynəlxalq Xeyriyyə
Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb.
Milli Qəhrəman Çingiz Mustafayev Fondu və “ANS” Şirkətlər
Qrupu ölkəmizin təhsil sisteminin inkişafında xidmətlərinə,
milli mədəni irsimizin qorunub saxlanılmasına və dünyada təbliğinə,
xarici ölkələrdə
xalqımızın müsbət
imicinin möhkəmlənməsi
üçün gördüyü
işlərə, bədii
gimnastika üzrə
27-ci dünya çempionatının
respublikamızda yüksək
səviyyədə hazırlanıb
keçirilməsinə, genişmiqyaslı
xeyriyyəçilik fəaliyyətinə
görə Mehriban Əliyevanı 2005-ci ilin adamı elan edib.
Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə
genişmiqyaslı və
fədakar fəaliyyətinə,
qayğıya ehtiyacı
olan uşaqlara diqqətinə, onların
yaşayış şəraitinin
yaxşılaşmasına, təhsilə, həmçinin
İslam aləmində
görülən işlərə
böyük dəstəyinə
görə Mehriban Əliyeva 2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri
adına layiq görülüb.
Dünya
Səhiyyə Təşkilatı
(DST) İcraiyyə Komitəsinin
2007-ci il yanvarın
29-da Cenevrədə keçirilən
120-ci sessiyasının yekdil
qərarı ilə Mehriban Əliyeva ana, uşaq və ailə sağlamlığının qorunması
və möhkəmlənməsi
işində müstəsna
xidmətlərinə görə
bu beynəlxalq təşkilatın mükafatına
layiq görülüb.
Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə,
bəşəriyyətin ali
ideallarına xidmət
sahəsində yüksək
nailiyyətlərinə görə
2007-ci ilin mayında Mehriban Əliyeva “Qızıl ürək” beynəlxalq mükafatına
layiq görülüb.
2009-cu ildə Polşa prezidenti Lex Kaçinski tərəfindən
Azərbaycanla Polşa
arasında dostluq münasibətlərinin inkişafındakı
xidmətlərinə görə
“Böyük Komandor Xaçı” ordeni ilə təltif olunub.
2010-cu ildə Fransa prezidenti Nikolya Sarkozinin sərəncamı
ilə “Şərəf
Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib. O, bu ali
mükafata Fransaya münasibətdə göstərdiyi
xidmətlərinə və
nümayiş etdirdiyi
sadiqliyinə görə
layiq görülüb.
Şərqin gözəllik ikonası…
“Harpeers Bazaar” jurnalına verdiyi müsahibəsində
Mehriban Əliyeva gözəllik haqqında fikirlərini bölüşüb.
Azərbaycanın gözəllik simvolu
və birinci ledi hesab edir
ki, xarici gözəllik, daha doğrusu ümumi harmoniya insanın qismət payıdır.
“Biz əvvəl-axır daxili
“mən”imizə qayıdırıq.
Daxilimizdəki gözəllik
bizim üzümüzdə
əks olunur”.
“Mənim anam çox gözəl qadın olub. İstənilən məclisdə
bütün nəzərlər
həmişə onda olub. Onun gözəlliyi
individual olub. Aida xanım
Azərbaycanda ilk şərqşünas
alim olub. Heç kim evdə mənə nəyi necə etməyi öyrətməyib.
Bu yəqin ki, ailədən gəlib. Uşaqlıqdan bilirdim ki, mən dərslərimi
yaxşı oxumalı,
səliqəli görünməli
və öz borclarımı layiqincə
yerinə yetirməliyəm.
Biz bacımla həmişə
ailənin adət-ənənələrinə
riayət etmişik. Ailəmizdə həmişə
bütün bayramları
bir masa arxasında qeyd etmişik”.
Bəzi
qadınlar üçün
Mehriban Əliyeva son dəbi, düzgün geyim qaydalarını öyrənmək üçün
bir ikonadır.
Mehriban xanım Əliyeva həmişə zövqlə
geyinir və öz individuallığı
hər zaman geyimlərində hiss edilir.
Fransızlar deyir: “İnsan öz üslubundan ibarətdir”.
Həmişə öz üslubu
ilə fərqlənən
Mehriban xanım bütün geyimlərində
o individuallığı qoruyub-saxlaya
bilir. “Geyimlərimin üslubu yəqin ki, az da
olsa mənim xarakterimdən xəbər
verir. Ancaq mən heç vaxt bu detallara
fikir verməmişəm.
Üslub ən xırda şeydən başlamalıdır”.
Qeyd etmək yerinə düşər ki, Mehriban xanım öz geyimlərində hündür daban ayaqqabılara xüsusi önəm verir. Bu isə onun etiket
qaydalarına və getdiyi məkanların üslubuna düzgün riayət etməsindən irəli gəlir.
Övladlarına dost olan Mehriban Əliyeva…
Mehriban Əliyeva və İlham Əliyev 22 dekabr 1983-cü ildə ailə həyatı qurublar. İki qız, bir oğul
anasıdır. 3 nəvəsi
var.
“Qızım Leyla anadan olanda mən
çox gənc idim. Heç vaxt ana olduğum
anı, yaşadığım
gözəl hissləri
unutmaram. Taleyimə minnətdaram ki, 19 yaşımda belə bir gözəl hissləri keçirmişəm.
Mənim övladlarım
mənim həyatımdır.
Mən 3 övlad anasıyam. Həyatımın
ən mühüm hissəsini övladlarım təşkil
edir. Həmişə
məndən məsləhət
alır, problemlərini
bölüşür və
məsləhətləşirlər. Onların fikirlərini diqqətlə dinləyirəm.
Ancaq seçimi həmişə öz öhdəliklərinə buraxıram.
Hədsiz sevgimə baxmayaraq məsləhətdən
sonra seçimi özlərinin etməsini
tövsiyə edirəm.
Çünki istənilən
halda bu həyat onlarındır və seçimi onlar etməlidir. Övladlarımın
uğuru, sevinci,
kədəri mənə
doğma və çox qiymətlidir”.
Qızları və Mehriban Əliyeva …
- Qızlarınızın məsləhətlərinə
qulaq asırsınız?
- “Bəli,
həm də çox vaxt. Qızlarımın sayəsində
mən internetdən istifadə etməyi öyrənmişəm.
İndi mənə nə isə kömək lazım olanda
mütləq onlara müraciət edirəm”.
Arzu Əliyeva:
“Anam bizə də geyim seçməkdə çox məharətlidir.
Əgər biz onun yanında deyiliksə, o, çox
rahatlıqla bizə geyim seçə bilir və
aldığı paltarlar bizim həm zövqümüzə, həm
ölçümüzə uyğun gəlir. Bu mənada o
heç vaxt yanılmır”.
Leyla
Əliyeva: “Anam hansı geyimi hansı aksessuarla
uyğunlaşdırmağı çox gözəl
bacarır. Həmişə geyim seçimlərimdə anamla
məsləhətləşirəm. Başqa birinə ehtiyac
qalmır”.
Mərkəz.-2012.-25 avqust.-S.2.