Mehriban Əliyeva – Azərbaycan
xanımlığının təntənəsi
“…Həyatda
hər bir kəsin yerini və taleyini tarix müəyyən
edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs
özünü şəxsi
həyatının və
dünyanın yaradıcısı,
yaxud dağıdıcısı
kimi təcəssüm
etdirir.
Kimsənsə, elə də olmalısan – bax, budur bizim həyatımız.
Ona görə də özgələrin rollarını və obrazlarını gərək
öz üzərinə
götürməyəsən. Çünki sənin də dünyada yerin yeganə və bənzərsizdir”.
Azərbaycan Respublikası Prezidentinin
xanımı, Heydər
Əliyev Fondunun Prezidenti, YUNESKO və
İSESKO-nun Xoşməramlı Səfiri, millət vəkili Mehriban Əliyevanın söylədiyi
bu sözlər onun dünyaya, insanlığa, mənəvi-əxlaqi
dəyərlərə yanaşma
fəlsəfəsinin kredosudur. Azərbaycan mədəniyyətini dünya
mədəniyyətləri xəttinə qovuşduran
Mehriban xanım Əliyevanın milli irsimizin qoruyucusu, təbliğatçısı, himayədarı kimi formalaşan bu portreti onun doğum
günü ərəfəsində
ayrı-ayrı ictimai
xadimlərimiz tərəfindən
bir daha xarakterizə olundu.
“Simurq” Azərbaycan Mədəniyyəti
Assosiasiyasının rəhbəri,
professor Fuad Məmmədov:
- Mədəniyyətin inkişaf
prosesinin idarə olunmasına yönələn
universal kulturoloji yanaşma
Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın sosial-mədəni
fəaliyyətinin əsasını
təşkil edir.
YUNESKO və İSESKO-nun Xoşməramlı
Səfiri Mehriban Əliyevanın çoxillik
uğurlu idarəçilik
fəaliyyəti sərt
qloballaşma şəraitində
milli mədəniyyətimizin
modernləşdirilməsi və
təbliği sahəsindəki
mükəmməliyini üzə
çıxartdı. Bu ilin
may ayında onun rəhbərliyi altında
təşkil olunan və dünyanın bir çox ölkələri tərəfindən
heyranlıqla qarşılanan,
mədəniyyətimizin yüksək
intellektual, etik, estetik, bədii və siyasi vəhdətinə çevrilən
“Eurovision” mahnı müsabiqəsi
Mehriban Əliyevanın
mükəmməl təşkilatçılıq
qabiliyyətinin yalnız
bir nümunəsidir.
Ìehriban xanım öz sözlərini, hərəkət
və davranışlarını
diqqətlə ölçüb-biçən,
yüksək mədəniyyətə,
intellektə və etikaya sahib bir insandır. O, təbiətən
malik olduğu qeyri-adi zəkası, mükəmməl məntiqi,
yüksək mədəni
düşüncəsi, məsuliyyət
və özünəhörmət
hissi, insanlara münasibətdə diqqətli
davranışı ilə
seçilir.
Mehriban xanım uşaqlıqdan layiqli tərbiyə və təhsil alıb. Hələ uşaqlıqdan ailə dəyərlərini düzgün
qiymətləndirməyi öyrənib.
Onun insanlarda dürüstlüyü, ləyaqəti,
səmimiliyi, mehribanlığı,
ağlı və professionallığı dəyərləndirməsi,
qeyri-səmimiliyi və
yalanı əsla qəbul etməməsi yüksək daxili mədəniyyətindən xəbər
verir. Onun həyat fəlsəfəsi
– “hər zaman ləyaqətini qorumaq, özünə və prinsiplərinə sadiq qalmaq”dır.
Nəhayət ən önəmli
faktor odur ki, Mehriban xanım
Ümummilli Lider Heydər Əliyev məktəbinin davamçısıdır.
Buna görə də
o, Azərbaycanın sosial-mədəni
inkişaf tarixində
kifayət qədər
uğurlara imza atıb. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkənin sosial-mədəni inkişafının
təkanverici qüvvəsinə
çevrilib. Fondun əsas fəaliyyət prinsipində milli-mədəni
irsimizin qorunması, inkişafı, milli təhsilin və səhiyyənin inkişafına
dəstək, valideyn himayəsindən məhrum
uşaqlara maddi, mənəvi dəstəyin
göstərilməsi və
sair cəmiyyət qarşısındakı tarixi
xidmətləri dayanır.
“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri, şərqşünas-türkoloq Esmira Orucova:
- Həyatda elə insanlar var ki,
onların keçdiyi
həyat yolu, cəmiyyətdə tutduğu
mövqeyi əvvəldən
müəyyən olunmuş
alın yazısıdır.
Nəcib əməlləri,
həssas münasibəti,
böyük qayğı
və diqqəti nəticəsində insanların
qəlbində əlçatmaz
zirvələr fəth
etmiş, Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva belə insanlardandır.
Mehriban xanımın sözün
əsl mənasında
xalqın fondu olan Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və
İSESKO-nun Xoşməramlı Səfiri, millət vəkili kimi vətən, millət naminə istər təhsil, səhiyyə, mənəvi irsimizin qorunması, istərsə
də Qarabağ həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması
sahəsində irəli
sürdüyü təşəbbüslərin,
həyata keçirdiyi
qlobal layihə və proqramların sayı-hesabı yoxdur. Mehriban xanım hər zaman yardıma ehtiyacı olanların yanında olub, kimsəsizlərin kimsəsi olub, köməyini onlardan əsirgəməyib.
Biz erməni terrorizminin və vəhşiliyinin ifşa olunması ilə bağlı təbliğatın aparılması
və canlı müharibə qurbanlarının
ümid yeri olması məqsədilə
ictimai birliyimizin qərargahla təmin olunması üçün
Mehriban xanıma müraciət etmişdik.
Hər zaman olduğu kimi bizim də xahişimiz
öz müsbət həllini tapdı.
“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin üzvləri olan əsir-girovluqdan azad edilmiş soydaşlarımız
və əsir-itkin-girov
ailələri adından,
eyni zamanda, öz adımdan Mehriban xanım Əliyevaya cansağlığı,
uzun ömür, övladları və nəvələri ilə birlikdə ailə səadəti, xoşbəxt
həyat arzulayıram!
Azərbaycan Türk Qadınları
Birliyinin sədri Tənzilə Rüstəmxanlı:
- Ümummilli Liderimiz Heydər Əliyev bir çıxışında
belə demişdi: “Təbiət dünyanı
dəyişdirərkən cənnəti
qadınla əvəz
etdi. Həqiqətən
belədir! Nə qədər gözəl sözdür və qadının yerini nə qədər gözəl təsvir edir. Azərbaycan qadını tarix boyu öz ağlı,
zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı,
çalışqanlığı, mərdliyi, vətənpərvərliyilə
millətinə, torpağına
olan hədsiz məhəbbəti və gözəlliyi ilə tanınıb.
Tarixi keçmişimizə nəzər
salsaq, həmişə
ilkləri ilə tarixə iz salan türklərin öz qeyrətli, savadlı qadınları ilə fəxr duymalarının şahidi
olarıq. İlk qadın hökmdarlarımızdan
olan Tomris, Şərqdə ilk diplomat qadın
Saraxatun, düşmənlərini
adı ilə lərzəyə salan Nüşabə, misraları
dillər əzbəri
olan Məhsəti, öz xeyirxah əməlləri ilə tarixə səs salan Natəvan və bu kimi
yüzlərlə azəri
qanı daşıyan
Azərbaycan xanımlarının
adlarını çəkə
bilərik.
XXI əsr Azərbaycan qadını üçün
böyük nailiyyətlər,
uğurlar əsri olub. Azərbaycan xanımlarının cəmiyyətdə
rolunun ən bariz nümayəndəsi Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır. Azərbaycanın
birinci xanımı,
YUNESKO və İSESKO-nun Xoşməramlı
Səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva gördüyü xeyriyyə
və uğurlu işləri ilə nəinki bütün Azərbaycan xanımlarının,
eləcə də bir çox ölkələrin xanımlarının
rəğbətini qazanıb.
Bütün Azərbaycan
qadınları Heydər
Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın çoxşaxəli
fəaliyyətindən, nəcib
və xeyirxahlıq keyfiyyətlərindən nümunə
götürərək cəmiyyətdə
öz yerlərini tutmaq üçün çalışmalıdırlar. Hesab edirəm ki, ölkəmizin birinci xanımı və hörmətli prezidentimizin
silahdaşı Mehriban
xanım Əliyeva öz fəaliyyəti ilə XXI əsr qadın hərəkatını
nəinki canlandırdı,
mən deyərdim ki, onun tarixində
yeni bir mərhələ açdı.
Mehriban Əliyevanın
fəaliyyəti ilə
qadın hərəkatının
forma və metodları
müasirləşdi. O, bütün
layihələrində həm
zadəgan dəyərlərinin
davamçısı, həm
də birinci xeyriyyəçi kimi müqəddəs analığın
xidmətindədir. Onun
təşəbbüsü ilə əlil və valideynsiz uşaqlara sosial himayə göstərilməsi
həqiqətən bir
ənənəyə çevrildi.
Bu gün hətta gənc tələbə qızlar belə, vəsait toplayıb uşaq evlərinə, internat məktəblərinə,
fiziki cəhətdən
qüsurlu uşaqların
tərbiyə aldığı
mərkəzlərə gedirlər.
Bu şərəfli yol
Mehriban Əliyevaya aiddir.
Mehriban Əliyeva qadın hərəkatının yönünü
həm də təhsilə, məktəbə,
səhiyyəyə, uşaqların
sağlamlığına, mədəniyyət
və idman proqramlarına çevirdi.
Nəticədə onun
fəaliyyəti beynəlxalq
miqyasda diqqəti cəlb etdi. Bu gün YUNESKO və
İSESKO-nun xoşməramlı səfirinin fəaliyyəti
Azərbaycan qadınlığının
təntənəsinə çevrilib.
Hazırda Mehriban Əliyevanın humanist və
mədəni layihələri
onlarla ölkələr
tərəfindən dəstəklənir.
Onun nüfuzu və işgüzarlığı
sayəsində Azərbaycan
YUNESKO tədbirlərinin mərkəzinə
çevrilib.
Mehriban
Əliyevanı bu səbəblərdən dolayı “Azərbaycan
qadınının mayakı” adlandırmaq olar. Çünki
Azərbaycan qadını Mehriban Əliyeva sayəsində
ölkə sərhədlərindən kənarda lider-örnək
şəxsiyyət axtarmır. Azərbaycan qadın hərəkatı
sadəcə öz lideri ilə qürur duyur.
Tahirə Qafarlı
Mərkəz.-2012.-25 avqust.-S.6.