Əbülfəs Qarayev
Albaniya Respublikasında rəsmi səfərdədir
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Albaniya Respublikasının müstəqillik qazanmasının 100 illiyi münasibətilə keçirilən rəsmi dövlət tədbirlərində iştirak etmək məqsədilə paytaxt Tirana şəhərində rəsmi səfərdədir. Belə ki, 28 noyabr 2012-ci il tarixdə nazir Əbülfəs Qarayev Albaniya Respublikasının Prezidenti cənab Bucar Nişani-nin iştirak etdiyi Yubiley Mərasimində, Skandenberg meydanında keçirilən parad, Rinia Prakında Müstəqillik Abidəsinin rəsmi açılış mərasimində, Konqres Sarayında təşkil olunan "Milli Səyahət" adlı konsert proqramı və Albaniyanın Dövlət Başçısı adından verilən rəsmi qəbulda iştirak etmişdir.
Səfər çərçivəsində həmçinin ikitərəfli görüşlər keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, Albaniya Respublikasının Baş naziri cənab Sali Berişa, Turizm, Mədəniyyət, Gənclər və İdman naziri cənab Aldo Bumçi ilə rəsmi görüşlər keçiriləcəkdir. Sonuncu görüş zamanı, Albaniya Respublikasının Turizm, Mədəniyyət, Gənclər və İdman nazirliyi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında mədəniyyət və turizm sahəsində əməkdaşlığa dair Sazişin imzalanması planlaşdırılır.
Səfər proqramı çərçivəsində, həmçinin Albaniyanın Vlora və Apollo şəhərlərində turizm potensialı, mədni irs nümunələri ilə tanışlıq nəzərədə tutulur.
Mərkəz.-2012.-30 noyabr.-S.-14.