VI Beynəlxalq Mstislav Rostropoviç Festivalı
2007-ci
ildən etibarən Bakıda hər ilin dekabr ayında
Rostropoviç Beynəlxalq Musiqi Festivalı keçirilir. Bu festival hər zaman maraqlı konsert proqramları və məşhur adlarla yadda qalır. Ötən illərdə
Festivalın iştirakçıları
olmuş aşağıda
adları sadalanan musiqiçilər və kollektivlər Rostropoviç
Beynəlxalq Musiqi Festivalına əsl musiqi bayramı əhvalını bəxş
edir: İsrail Filarmonik Orkestri, Flamand Operasının Simfonik Orkestri, Paris Kamera Orkestri, "Moskva solistləri" Kamera Ansamblı, Dmitri Yurovski (dirijor), İqnat Soljenitsın (dirijor), Lourens Foster (dirijor, ABŞ), Yaroslav Tkalenko (dirijor), Zubin Meta (dirijor), Maksim Vengerov (dirijor), Yuri Başmet (dirijor, viola), Rauf Abdullayev (dirijor), Teymur Göyçayev (dirijor), Qalina Vişnevskaya opera mərkəzinin
solistləri, Murad Adıgözəlzadə (piano), Jan - İv Tibode (piano, Fransa), Eliso Virsaladze (piano), Rudolf Buchbinder
(piano), Viktor Tretyakov (violin), Alyona Bayeva (violin), Yuri Reviç (violin), Pinchas
Zukerman (violin).
Bu il Heydər
Əliyev Fondunun dəstəyi və Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə 3-9 dekabr tarixində VI Rostropoviç
Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Festivalda Rusiya, İtaliya, Böyük Britaniyadan dünya şöhrətli musiqiçilər
və kollektivlər -
Zubin Meta, Enriko Dindo, Maksim Vengerov,
Plamena Mangova, Sergey Krılov, Badri Maysuradze, Canluka Marçiano, Stüart Nil,
Rauf Abdullayev, Fuad İbrahimov, Elvin Hoca Qəniyev, Maggio Musicale Fiorentino simfonik orkestri, İngilis və Litva kamera orkestrləri,
eyni zamanda Ü.Hacıbəyli adına
Azərbaycan Dövlət
Simfonik Orkestri iştirak edəcək. Festivalın bədii rəhbəri Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviçdir.
Ayşə Osmanova.
Mərkəz.-2012.-
4 dekabr.-S.-14.