Vaqif Əliyev Latviyanın nümayəndə heyəti i görüşüb

 

 2012-ci il 30 noyabr tarixdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev ölkəmizdə səfərdə olan Latviyanın Mədəniyyət İnformasiya Sistemləri Dövlət Agentliyinin direktoru Armans Magoni, “RİX Technologies” şirkətinin satış üzrə direktoru Martins Berzins və şirkətin əməkdaşı Eva Butanedən ibarət nümayəndə heyətini qəbul edib.Nazirlikdən “Mərkəz”in verdiyi məlumata görə, işgüzar şəraitdə keçən görüşdə kitabxanaların informasiya cəmiyyətində rolunun artması və vəzifələrindən söhbət açılıb, kənd kitabxanalarının müasir mərhələdə inkişafı, kitabxanaçıların bilik səviyyəsinin artırılması, bələdiyyə kitabxanalarının inkişafı və onların oxucu tələbatının ödənilməsində rolu barədə müzakirələr aparılıb. Görüşdə Vaqif Əliyev Azərbaycanda kitabxana sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib. Azərbaycan və Latviya kitabxanaları arasında kitabxana-informasiya sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi görüşdə bir daha vurğulanıb və bu sahədə gələcək perspektivlər müzakirə edilib. Görüşdə, həmçinin muzey işi sahəsində əməkdaşlığın perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb.

 

 

 

Mərkəz.-2012.-1 dekabr.-S.-14.