Gəncədə Məhsəti Gəncəvi adına Uşaq Mədəniyyət Mərkəzi tikilir

 

“Mərkəz” Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə şəhərində abadlıq-quruculuq işləri aparılır. Görülən işlər çərçivəsində Gəncənin mədəniyyət ocaqları da inşa edilir. Ölkə başçısı İlham Əliyevin göstərişi ilə qədim mədəniyyət mərkəzi olan, Şeyx Nizaminin yurdu Gəncədə tikilən mədəniyyət ocaqlarından biri də Məhsəti Gəncəvi adına Uşaq Mədəniyyət Mərkəzidir. Mərkəz Gəncə çayının sol sahilində, köhnə Filarmoniya binasının yaxınlığında tikilir və binanın Gəncə çayına baxan hissəsi dairəvi, fasadı isə düzbucaqlı formada olacaq. Burada

şəhərimizin bir neçə mədəniyyət ocaqları da yerləşəcək. Həmçinin ikinci mərtəbədə Məhsəti Gəncəvinin muzeyi də yaradılacaq.

Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Bəxtiyar Muradov: “Hal-hazırda orada işlər davam edir. Bina üç mərtəbəli nəzərdə tutulub. Burada rəsm qalereyası, mədəniyyət evi, klub, kitabxana yerləşdiriləcək. Binanın qarşısında Məhsəti Gəncəvi adına park salınacaq, həmçinin Məhsəti Gəncəvinin heykəli də ucaldılacaq”.

Qeyd edək ki, Məhsəti Gəncəvi adına Uşaq Mədəniyyət Mərkəzində Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsi də yerləşəcək.

 

Ayşə Osmanova.

 

Mərkəz.-2012.- 5 dekabr.- S.-14.