Edit Pyexa Heydər
Əliyev Sarayında konsert proqramı ilə
çıxış edib
Tanınmış müğənni, SSRİ-nin xalq artisti Edit Pyexa Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib.
“Mərkəz”in məlumatına
görə, müğənni Bakı səhnəsində anadan olmasının 75 illiyini
və yaradıcılığa başlamasının 55 illiyini qeyd edib.
Tamaşaçıları salamlayan
müğənni sonuncu dəfə Azərbaycanda
53 il çıxış etdiyini
deyib: “Salam, gözəlləşmiş,
cavanlaşmış Bakı! Mən bu
şəhərdə ilk dəfə
1959-cu ildə çıxış etmişəm, o alqışları bu
günə kimi xatılayıram”. Edit Pyexa bakılı pərəstişkarlarına
repertuarındakı ən yaxşı mahnıları – “Gəncliyimin
şəhəri”, “Ana”, “Dünyaya
gülümsə”, “Sank-Peterburq” – təqdim
edib.
Müğənni
Bakıda Müslüm Maqomayevlə ilk
görüşünü də xatırlayıb. Səhnə
geyimini tez-tez dəyişən Edit Pyexa bunu etməyi sevdiyini
bildirib və qeyd edib ki, karyerasına başladığı
dövrdə onun yaxşı geyinmək imkanı olmayıb:
“İllər keçir, mən həyat yolunda irəliləyir
və yalnız ən yaxşı xatirələrlə
yaşayıram”.
Edit
Pyexanın konsertini izləməyə gələnlər
arasında Rusiyanın Azərbaycandakı səfiri Vladimir
Doroxin də olub.
Ayşə Osmanova.
Mərkəz.-2012.-6 dekabr.-S.-14.