Müslüm Maqomayev haqqında bədii-sənədli musiqili film

 

Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" sənədli filmlər kinostudiyasında məşhur Azərbaycan müğənnisi və bəstəkarı, SSRİ Xalq artisti Müslüm Maqomayevə həsr olunmuş 3 hissəli bədii-sənədli musiqili film üzərində iş yekunlaşmaq üzrədir. “Mərkəz”in verdiyi məlumata  görə, filmin rejissoru və ssenari müəllifi xalq artisti Tofiq İsmayılov bildirib ki, ekran əsərinin dekabrın sonlarında tamaşaçılara təqdim olunması nəzərdə tutulur.

"Sən mənim nəğməmsən", "Sadiq dostlar" və "Mavi dəniz" bölmələrindən ibarət ekran əsərinin çəkilişləri Azərbaycan, Rusiya, Ukrayna və digər ölkələrdə aparılıb. Filmi Müslüm Maqomayev haqqında üç novella da adlandırmaq olar. Hər bir bölməyə ayrı-ayrılıqda baxmaq mümkündür. Artıq filmin iki hissəsinin çəkilişləri başa çatıb, üçüncü bölümün üzərində isə iş aparılır.

 

Ayşə Osmanova.

 

Mərkəz.-2012.- 8 dekabr.- S.- 14.