Moskvada "Dolu"
filminin təqdimatı keçirilib
Moskvada
L.Ryumina Folklor Mərkəzinin konsert zalında "Azərbaycanfilm"
kinostudiyasının "Dolu" adlı yeni filminin təqdimatı
keçirilib. Film Aqil
Abbasovun eyni adlı
romanı əsasında çəkilib və Qarabağ
müharibəsinə həsr olunub. Filmin ssenari müəllifi
Aqil Abbas, rejissoru Elxan Cəfərovdur.
Filmin musiqisinin müəllifi
Polad Bülbüloğludur.
Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğlu Ermənistan-Azərbaycan
müharibəsi dövründə insan taleləri haqda məlumat
verən bu cür aydın və mənalı filmin
yaradıcılarına minnətdarlığını
bildirib.
Onun
sözlərinə görə, Milli Məclisin deputatı Aqil
Abbasın "Dolu" romanının motivləri əsasında
çəkilmiş film Azərbaycan gəncliyinin nümayəndələri
üçün böyük məna daşıyır.
Ssenari müəllifi Aqil Abbas deyib ki, bu film istedadlı rejissor Elxan Cəfərovun gözəl işi nəticəsində çəkilib. ""Dolu" filmində ən böyük əhəmiyyət kəsb edən məqamlardan biri də görkəmli bəstəkar, Azərbaycanın xaq artisti Polad Bülbülü oğlu tərəfindən xüsusi ilə bu film üçün yazılmış musiqidir. Buna görə, ona böyük minnətdarlığımı bilirirəm.
Bildirilib ki, "Dolu" filminin Sankt-Peteburq və Ekaterinburqda da təqdimatları olacaq.
Sonra
A.Abbas filmdə rol
almış Fuad Poladov,
Məmməd Səfa, Şamil Süleymanov, Pərviz Bağırov, Fərhad
İsrafilov və digər aktyorlardan
ibarət yaradıcı kollektivi təqdim
edib.
Filmin
çəkilişləri bir il yarım aparılıb.
Ayşə
Osmanova.
Mərkəz.- 2012.- 8 dekabr.- S.- 14.