VI Mstislav Rostropoviç Festivalı başa çatıb

 

Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən VI Beynəlxalq Mstislav Rostropoviç Festivalı çərçivəsində dekabrın 8-9-da dünya şöhrətli dirijor Zubin Meta "Maggio Musicale Fiorentino" simfonik orkestri ilə iki möhtəşəm konsert proqramı təqdim edib.

Mərkəz”in verdiyi xəbərə görə, dekabrın 8-də Heydər Əliyev Sarayında ilk konsertdən öncə festivalın bədii rəhbəri, Mstislav Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç, dirijor Zubin Meta, "Maggio Musicale Fiorentino"nun bədii rəhbəri Françeska Kolombo Mədəniyyət Turizm Nazirliyi İncəsənət şöbəsinin müdiri Fərəh Əliyevanın iştirakı ilə jurnalistlər üçün mətbuat konfransı keçirilib.

Konfransı giriş sözü ilə açan Fərəh Əliyeva Bakının altıncı dəfə ev sahibliyi etdiyi Mstislav Rortopoviç Festivalının ölkəmizin mədəni həyatında əlamətdar hadisə olduğunu, musiqi bayramında dünyanın tanınmış ifaçı kollektivlərinin iştirak etdiyini bildirib.

Sonra çıxış edən festivalın bədii rəhbəri, maestronun qızı Olqa Rostropoviç festivalın uğurla keçdiyini vurğulayıb: "Bakı festivalı artıq ənənə halını almış ölkənin mədəni həyatında mühüm hadisəyə çevrilmişdir. Festivalın Bakıda keçirilməsi bu şəhərdə doğulmuş onu dərin məhəbbətlə sevmiş maestronun öz xahişi ilə bağlıdır. Bakı sakinləri dahi həmyerliləri ilə fəxr edir onun xatirəsini əziz tuturlar".

Olqa Rostropoviç Bakıya növbəti səfərindən məmnunluğunu bildirib festivalın keçirilməsində əməyi keçən hər kəsə təşəkkür edib.

Françeska Kolombo da festivalda iştiraklarından məmnun olduğunu dilə gətirib "Maggio Musicale Fiorentino" orkestrinin fəaliyyətindən danışıb: "Kollektivimizin 2011-ci ildə Moskva Sankt Peterburqda hörmətli maestro Meta Zubinlə birgə verdiyi konsertləri məmnunluqla xatırlayıram. Ümidvarıq ki, buradakı konsertlər maraqla qarşılanacaq əməkdaşlığımız gələcəkdə davam edəcək. Maestro Zubin artıq 25 ildir ki, "Maggio Musicale Fiorentino" orkestri ilə birgə işləyir, kollektivimizin direktorudur. Biz opera teatrında fəaliyyət göstəririk. Hər il aprelin sonu - mayın əvvəlində İtaliyada festival keçiririk dünyanın bir çox musiqiçiləri həmin tədbirdə iştirak edirlər".

Dirijor Zubin Meta böyük musiqiçi Mstislav Rostropoviçlə yaxın dost olduqlarını onun adını daşıyan festivalda iştirakdan şərəf duyduğunu bildirib: "İlk dəfə onunla 1963-cü ildə Los-Ancelesdə birgə çıxış etmişik. Bir çox konsertlərimiz olub, ən son keçirdiyimiz tədbirlərdən birində Dvorjakın əsərlərindən ibarət konsert vermişdik. Mənə bu festivalda iştirakdan necə məmnun oldugumu ifadə etmək çətindir. İki il öncə burada gözəl auditoriya qarşısında çıxış etmişdik. Budəfəki konsertlərdə geniş proqramla çıxış edəcəyik".

Maestro Zubin jurnalistlərin suallarına cavab olaraq Rostropoviçin dirijor kimi fəaliyyətindən danışıb: "Slava böyük musiqi, istedadlı violençel ifaçısı olmaqla yanaşı, çox təcrübəli dirijor idi. Rəhbərlik etdiyi kollektivlə qədər ölkələrdə qastrolda omuşdu. O, mənim həyatda tanıdıgım ən böyük, nadir musiqiçi idi. Bir dəfə Vyana Filarmoniyasında orkestrə dirijorluq edirdi. Şostakoviçin    8-ci simfoniyasını ifa etməli idilər. Orkestr bu əsəri ilk dəfə ifa edəcəkdi. Rostropoviç orkestri elə idarə etdi ki, sanki kollektiv uzun illər bu əsəri ifa etmişdi".

Zubin Meta ailəsi, təhsili Bombey Simfonik Orkestrinin yaradıcısı olan atası ilə baglı jurnalistlərin suallarını da cavablandırıb. Klassik musiqiyə münasibətin dəyişməsi ilə bağlı fikirlərlə razılaşmayan dirijor qeyd edib ki: "Klassik musiqiyə münasibətin dəyişməsi ya marağın azalmasının nəsillərlə bağlı olduğunu deyə bilmərəm. Hər şey proqramdan asılıdır. Biz gənc nəsli müxtəlif, rəngarəng proqramlarla maraqlandırmalıyıq".

Mətbuat konfransında yerli media nümayəndələri ilə yanaşı , xarici jurnalistlər, o cümlədən "Euronews" telekanalının əməkdaşları da iştirak ediblər.

Zubin Metanın "Maggio Musicale Fiorentino" simfonik orkestri ilə təqdim etdiyi konsertlər maraqlı proqramı ilə yadda qalıb. Birinci konsertdə F.Şubert, P.Xindemit, L.Bethovenin əsərləri səslənib.

Dekabrın 9-da isə musiqisevərlərə C.Verdi, N.Rimski-Korsakov A.Dvorjakın əsərləri təqdim olunub hər iki konsert alqışlarla qarşılanıb.

Bununla da VI Beynəlxalq Mstislav Rostropoviç Festivalı başa çatıb.

 

Ayşə Osmanova.

 

Mərkəz.- 2012.- 11 dekabr.-S.- 14.