Azərbaycanda Çin
Xalq Respublikasının Mədəniyyət
Günləri
Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və
Çin Xalq Respublikasının Mədəniyyət Nazirliyi
arasında 2011-2015-ci illər üçün mədəniyyət
sahəsində əməkdaşlıq haqqında Protokola əsasən
2012-ci il 10-14 dekabr tarixində Azərbaycanda Çin Xalq Respublikasının
Mədəniyyət Günlərinin keçiriləcək.
“Mərkəz”in
verdiyi xəbərə görə, tədbir çərçivəsində
11 dekabr, saat 17:00-da Milli İncəsənət Muzeyində
Çin rəssamlarının "Rəngkarlıq - İpək
yolu" adlı sərgisi açılacaq, 11 və 13 dekabr
tarixlərində, saat 19:00-da isə Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrının səhnəsində məşhur
Qansu Teatrının təqdimatında "Dunxuan
mağarasının cazibəsi" rəqs - tamaşası
göstəriləcək.
Ayşə Osmanova.
Mərkəz.- 2012.- 11
dekabr.-S.-14.