"Alüminium" V
Beynəlxalq Müasir İncəsənət
Biennalesi çərçivəsində
"YARAT!" Yaradıcılıq Məkanı layihəsinin
təqdimatı olub
Bakıda
keçirilən “Alüminium” V Beynəlxalq
Müasir İncəsənət Biennalesi çərçivəsində
dekabrın 13-də “YAY” Qalereyasında “YARAT!” Müasir
İncəsənət Məkanı layihəsinin təqdimatı
olmuşdur.
“Mərkəz” AzərTAc-a istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və “YARAT!” Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə keçirilən təqdimatda gənc fırça ustası Ramal Kazımovun əsərlərindən ibarət sərgi açılmışdır.
Tədbirdə çıxış edənlər bildirmişlər ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu olan R.Kazımov üçün qadağan edilmiş mövzular yoxdur. Onun bitkin və müəyyən qədər tutqun üslubu ekspressionist rəssamların obrazının yaratdığı təəssürat nəticəsində formalaşmışdır. Rəssamın yaratdığı əsərlərdə izhar olunan təhrikçilik qatı humanizm tərəfdarı sayılan və ədalətsizliyin bütün əlamətlərini pisləyən R.Kazımovun xasiyyəti ilə ahəngsizlik təşkil edir.
Tədbir iştirakçılarına minnətdarlığını bildirən Ramal Kazımov demişdir ki, bu, onun ilk fərdi sərgisidir. Sərgidə müxtəlif janrları əhatə edən əsərlərinin yer aldığını söyləyən rəssam bu sənət nümunələrinin insanlar tərəfindən müsbət qarşılanacağına ümidvar olduğunu söyləmişdir.
Layihə çərçivəsində nümayiş olunmuş əsərlər iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
Sərgi dekabrın 30-dək davam edəcəkdir.
Biennalenin koordinatoru “YARAT!” qeyri-kommersiya təşkilatının rəhbəri Aida Mahmudova, kuratoru sənətşünas və tənqidçi Dilarə Vahabova, direktoru Qalib Qasımovdur.
Ayşə Osmanova.
Mərkəz.- 2012.- 14 dekabr.- S.- 14.